Məhkəmə qərarları › İş №3(005)-2176/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2176/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2176/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “BMC” servis xidmətləri elektrik köməkçisi vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadənin 21 iyun 2023-cü il tarixli qərarından və 24 may 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü X5 xx.xx.2023-cü il tarixdə saat 14:50 radələrində ona təhkim olunmuş, yol vərəqəsi ilə idarə etdiyi Reno Kanqo markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Z.Bünyadov prospektində tüneldə hərəkətdə olan zaman düzgün ara məsafəsi seçmədiyinə görə ehtiyatsızlıq edərək qarşısında hərəkətdə olan sürücü X7 idarə etdiyi BMW markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş, zərbənin təsirindən BMV markalı avtomobil itirərək onunla sol zolaqla hərəkət edən sürücü X1 idarə etdiyi Fiat Doblo markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sürücü X10 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə əxminən 14:50 radələrində ona təhkim olunmuş, yol vərəqəsi ilə idarə etdiyi Reno Karqo markalı ** JB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Z.Bünyadov prospekti ilə üzü xan adlanan Koroğlu istiqamətə doğru körpü istiqamətinə doğru körpünün içinə 50 metr çatmamış sağdan birinci zolaqla saatda 70-80 km sürətlə hərəkət edərək yol irəlidə boş olmuşdur, ondan irəlidə soldan birinci zolaqla metalik rəngli BMW markalı avtomobil hərəkət və sağ zolağa doğru zolağını dəyişmişdir.Daha sonra isə sağdan birinci zolağa keçdikdən sonra BMV markalı avtomobil sürüşdüyündən avtomobilinin sağ qabaq hissəsi ilə markalı avtomobilin sol arxa bufer fara hissəsinə toqquşmuşdur.Toqquşma nəticəsində BMV markalı avtomobil idarə etməni itirib tunelin içində olan sağ tərəfdə olan maneəyə dəymiş və daha sonra istiqamətini itirib sol zolaqla hərəkət edən Fiat Doblo markalı avtomobilin sağ qapı tərəfinə toqquşmuşdur.Bundan sonra hadisə yerinə YPX daşı gəlmiş və daha sonra TTYS yaxınlaşmışdır.O hadisə nəticəsində xəsarət almamışdır, maşında tək olmuşdur.BMV markalı ** CU *** dövlət nömrə nişanlı avtomobillə da olan məsafə 30 metr olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı Vət.X13 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat radələrində o özünə məxsus, idarə etdiyi BMW markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Z.Bünyadov prospekti ilə üzü Çingizxan adlanan Koroğlu istiqamətə körpü istiqamətinə doğru körpünün içinə 50 metr çatmamış soldan ikinci zolağı ilə saatda 50-55/km sürətlə hərəkət edərkən öz zolağından sağ zolağa doğru hərəkətinə davam düzünə tunelə doğru hərəkət edərkən avtomobilinin arxa hissəsinə bərk zərbə dəymiş zərbədən idarə etməni itirib sağ beton maneəyə avtomobili çırpılmışdır.Daha sonra arxadan toqquşan sonradan bildiyi Reno markalı avtomobil təkrar arxa hissəyə toqquşmuş onun avtomobili sol tərəfə istiqamətlənib ondan sol tərəflə hərəkət edən Fiat Doblo ilı avtomobilin sağ qapı hissəsinə toqquşmuşdur.Onun sağ qolu sıyrılmışdır.Hadisə yerinə YPX əməkdaşı yaxınlaşmışdır, daha sonra isə TTYS gəlib onu yoxlamışdır.Yanında sağ qabaq oturacaqda əyləşən dostu Elvin heç bir xəsarət almamışdır.YNH-si sağdan zolaqda baş verib, o öz yolu ilə hərəkət etmişdir, onun avtomobilini arxadan Reno markalı avtomobil toqquşub. Araşdırma zamanı Vət. X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 14.50 radələrində o idarə etdiyi Fiat Doblo markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Z.Bünyadov prospekti ilə üzü Çingiz adlanan Koroğlu istiqamətinə doğru körpü istiqamətinə doğru körpünün içinə 50 metr çatmamış sağdan 2-ci zolaqla saatda 60-70 km sürətlə hərəkət etmiş və bir anlıq əyləc səsi eşitmiş və sağa baxdıqda avtomobilinin sağ qapı hissəsinə BMW markalı avtomobil toqquşduğunu görmüşdür.Hadisə nəticəsində xəsarət almayıb, maşında tək olub. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Ərşad Məmmədov tərəfindən tərtib edilmiş HK 1N 568/102-7236 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:55-də DİN-in 102 Xidməti-zəng Mərkəzinə müraciət edən vət. X13 məlumat verərək, Z.Bünyadov pr. tunelin içərisində idarə etdiyi BMW markalı **-CU-*** d.q.n-lı avtomobil ilə Renault markalı **-JB-*** d.q.n-lı avtomobilin toqquşması nəticəsində qolundan xəsarət almasını bildirmişdir. 2/16359 nömrəli, 25 may 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, X5 həmin gün ayıq olmuşdur; “BMC” X14” MMC tərəfindən tərtib edilmiş yol vərəqəsindən görünür ki, X4 Renault Kango markalı **-JB-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili təhkim olunmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW markalı ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X11r; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X1 idarə etdiyi X16 Minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" ASC-dir. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AD 095687 nömrəli, xx.xx.2018-cı il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, X5 BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 01 iyun 2023-cü il tarixli, 644 nömrəli rəyindən görünür ki, vətəndaş X8 aşkar olunmuş xəsarət- sağ saidin orta üçdə birinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları- küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər, və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü X5 barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, X2 törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X5 İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar