Məhkəmə qərarları › İş №3(005)-2178/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2178/2023

27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2178/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 iştirakı ilə, Şəxs MMC barəsində Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, baxılması üçün məhkəməyə göndərmişdir. Göstərilən qərardan görünür ki, Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətindən Şəxs MMC-nin işçisi X2 xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus olan, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, “Gənclik Mail” ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Bravo” supermarketdə çay fasiləsində yıxılaraq xəsarət alması faktı barədə məlumat daxil olmuşdur. Həmin material üzrə araşdırmanın aparılması rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor Rafiq Şixəliyevə həvalə edildiyindən sonuncu tərəfindən material araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı izahatlar alınmış, müvafiq sorğular verilmiş, habelə məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilməklə müvafiq rəylər əldə olunmuş və digər zəruri işlər görülmüşdür. Gənclik Mail” ticarət mərkəzində “Bravo” marketdə işlərin görülməsinə cəlb edilmiş X2 qoruyucu vasitələr, xüsusi geyim və ayaqqabı ilə təmin edilmədən işə buraxılmasına yol verildiyinə görə «qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında təlimat» ın 3-cü bəndinin tələbləri Şəxs MMC-nin direktoru tərəfindən pozulmuşdur. X2 xüsusi (konkret halda sürüşməyən) ayaqqabı ilə təmin edilmədən işə buraxıldığını nəzərə aldıqda, onun tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Araşdırma zamanı Şəxs MMC-nin direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X11 əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından 12 iyul 2023-cü il tarixdə rayon rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X9 tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, Şəxs MMCnin direktoru olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X16 tərəfindən X2 qoruyucu vasitələr, xüsusi geyim və ayaqqabı ilə təmin edilmədən işə buraxılmasına yol verildiyinə görə «qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında təlimat»ın 3-cü bəndinin tələblərinin pozulması nəticəsində AZ AĞİR xəsarət almış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X14 yazılı etiraz təqdim edərək bildirmişdir ki, Nərimanov rayon Prokurorurluğunun prokuror köməkçisi vəzifəsini tutan stajor Rafiq Şıxaliyəv tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 12 iyul 2023-cü il tarixli qərara əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsinin daşıyan Şəxs MMC-ııin direktoru İrfan Yılmaz tərəfindən X1 qoruyucu vasitələr, xüsusi geyim və ayaqqabı ilə təmin edilmədən işə buraxılmasına yol verdiyinə görə “Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlamması və istifadəsi qaydaları” haqqında təlimatın 3-cii bəndlərinin tələblərini pozmuşdur. Nəticədə Şəxs MMC-nin işçisi X7 az agır xəsarət almışdır. X7 Şəxs MMC-də “Vitrin tərtibatçısı” vəzifəsində işləyir. Həmin vəzifəni tutan işçilərin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin etmə öhdəliyimiz yoxdur. Əlavə olaraq bildirmişdir ki, X7 əmək vəzifəsinin icrası zamanı deyil, çay fasiləsi zamanı yıxılıb xəsarət almışdır. Nərimanov rayon Prokurorunun stajor köməkçisi Rafiq Şıxaliyəv, X2 əmək vəzifəsinin icrası zamanı deyil, çay fasiləsi zamanı yıxılıb xəsarət almasım 12 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarında göstərmişdir. Hadisənin əmək vəzifəsinin icrası zamanı baş vermədiyini nəzərə aldıqda, görünür ki, heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Sun Food” MMC-də 5 illik müddətə iş yerlərinin attestasiyası keçirilmişdir. İş yerlərinin attestasiyasının nəticələrinə əsasən tərtib edilmiş attestasiya pasportunda Şəxs MMC-də hər hansı əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlar, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı iş yerləri və işçilərin olması qeyd edilməmişdir. Bununla əlaqədar Şəxs MMC-niır işçilərini, o cümlədən vitrin tərtibatçısı X5 xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin etmə öhdəliyi olmamışdır. Nərimanov rayon Prokurorunun stajor köməkçisi Rafiq Şıxaliyəvin öz qərarında istinad etdiyi “Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanıması və istifadəsi qaydaları” haqqında 1960-cı ildə qəbul edilniş təlimat SSRİ DÖVLƏT ƏMƏK VƏ SOSİAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN VƏ Ül-İİMŞ RƏYASƏT HEYƏTİ tərəfindən qəbul edilmiş 24 may 1983-cü il tarixli 100/İİ-9 saylı qərar ilə qüvvədən düşmüşdür. İş materillarına əlavə edilmiş qərardan görünür ki, Nərimanov rayon Prokurorunun stajor köməkçisi Rafiq Şıxaliyəv qüvvədə olmayan normativ hüquqi aktı rəhbər tutaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. İXM-nin 53.1.1 -ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə göstərilən orqanın şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Nərimanov rayon prokurorluğunda toplanmış material üzrə sənədləri məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: Araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, 19 sentyabr 2018-ci il tarixdən Şəxs MMC-də əmək müqaviləsi əsasında vitrin tərtibatçısı kimi işə götürülmüşdür. Vitrin tərtibatçısı olaraq işi vitrin faizlərini sərgiləmək və gələn məhsulları vitrinə yerləşdirmək və s, ibarət olmuşdur. İş rejimi həftənin beş günü saat 08:30-dan 18:00-dəkdir. Şəxs MMC “Gənclik” Mail ticarət mərkəzində, “Bravo” marketin içərisində yerləşir. 15 noyabr 2022-ci il tarixdə təxminən 16 radələıində işdə olan zaman çay fasiləsinə çıxıb, mətbəxə girdikdən sonra özünə çay süzüb oturacaqda əyləşmişdir. Çayını içib qurtardıqdan sonra, çayı içdiyi stəkanı yumaq üçün su krantına yaxınlaşan zaman sol ayağı sürüşmüş və sağ dizi üstünə düşmüşdür. Bundan sonra geyim otağına keçib və dizinə buz parçası qoymuşdur ki, dizində şişkinlik əmələ gəlməsin, lakin görmüşdür ki, dizi get-gedə şişməyə başlayır və dərhal müdirləri olan Ülviyyə Hüseynliyə zəng edərək, yıxıldığını, xəsarət aldığını bildirmişdir, bununla bağlı evə getmək üçün icazə istəmiş, ona icazə verilmiş, lakin diz qapağı dəhşətli dərəcədə ağrıdığı üçün yerindən tərpənə bilmirdi. Bundan sonra iş yoldaşları X2 bu vəziyyətdə olduğunu görüb, dizi göyərib şişməsin deyə buz parçası gətirib diz qapağının üstünə qoymuşlar, lakin dizinin düzəlmədiyini, ağrıların getmədiyini görüb və taksi çağırıb evə getmişdir. Səhəri gün 16 noyabr 2022-ci il tarixdə yuxudan oyandıqda görmüşdür ki, dizin şişi yatmayıb, daha çox şişməyə başlayıb və bilmişdir ki, bu ağrılarla işə gedə bilməyək. O da şirkət həkiminə getməli olduğunu bildirmiş və taksi çağırıb Şəxs MMC-yə getmişdir. Orada Firuz həkim onu qəbul etmiş, sadəcə baxış keçirərək “City Hospital”-a yönləndirib MRT” müayinəsindən və rentgen müayinəsindən keçməyini ona bildirmiş və həmin günü o “City Hospital"-a yaxınlaşıb “MRT” müayinəsindən və rantgen müayinəsindən keçmişdir. Bir iki saat sonra “MRT” müayinəsinin nəticəsini “City Hospitalıdan mənə təqdim etmişlər və müayinənin nəticəsi 3-cü dərəcəli menisk yırtığı diaqnozu qoyulmuşdur. O da müdirləri Ülviyyə Hüseynliyə zəng edərək müayinənin nəticəsi barədə bildirmişdir və “MRT” müayinəsinin nəticələrini “Whatsapp” tətbiqi vasitəsilə çəkərək ona yollamışdır. Bundan sonra “City Hospital”- da Vidadi həkimə yaxınlaşıb, ona menisk yırtığının yalnız əməliyyat yolu ilə aradan qaldırıla biləcəyini, müalicə ilə keçməyəcəyini bildirmiş və bundan sonra müvəqqəti olaraq diz qapağının üzərinə gips qoyaraq “get evdəkilərlə də məsləhətləş, nə vaxt əməliyyat olmaq istəyərsən, o zaman yaxınlaşarsan əməliyyat edərəm” deyə bildirmişdir. Bundan sonra 8 dekabr 2022-ci il tarixdə “City Hospital”-dan Sənan həkim ona zəng edərək əməliyyat pulunun Şəxs MMC tərəfindən qarşılandığını, 9 dekabr tarixində əməliyyat edə biləcəyini bildirmişdir. Bundan sonra 9 dekabr 2022-ci il tarixdə “City Hospital”-da Sənan həkim tərəfindən əməliyyat olunmuşdur, orada 3 gün stasionar müalicədə olmuşdur. Bundan sonra evdə müalicəni davam etdirmiş, 16 yanvar 2023-cü il tarixdə qismən sağalmışdır və 17 yanvar 2023-cü il tarixdən Şəxs MMC-də yenidən işə davam etmişdir. Daha sonra o Şəxs MMC-yə 60 günlük bülleten təqdim etmiş və Şəxs MMC şirkəti 14 günlük bülletenini qarşılamışlar və geri qalanını DSMF-nun qarşılayacağını bildirmişlər. Bununla bağlı 1 aydan çox gözləmişdir ki, DSMF tərəfindən bülleteni ödənəcək, lakin ödənmədi. Təxminən 2023-cü ilin mart ayında bununla bağlı “DOST” mərkəzinə müraciət etmişdir, onlar da ona bildirmişlər ki, sənəddə əskiklik vardır, bülleten kağızının üzərində yıxılıb xəsarət almağınla bağlı heç bir akt yoxdur və ona bildirmişlər ki, onun yıxılıb xəsarət almağıla bağlı hər-hansı hüquq-mühafizə orqanı tərəfindən izahatının alınıb- alınmamasını soruşulmuş və o, bununla bağlı heç bir hüquq mühafizə orqanında izahat vermədiyini bildirdi. Bundan sonra müdirləri Ülviyyə Hüseynliyə bülletenimdə sənəd əskikliyi olduğunu bildirmişdir, o da X3 bu barədə maraqlanacağını demişdir. Araşdırma zamanı izahatı alınmış Sun Food” MMC-də vitrin tərtibatı nəzarətçisi X10 bildirmişdir ki, iş rejimi həftənin beş günü saat 08:30-dan 18:00-dəkdir. "xxxx" MMC Heydər Əliyev prospektində yerləşir, Şəxs MMC-nin məhsulları digər böyük marketlərdə, həmçinin “Gənclik” Mail ticarət mərkəzində, "Bravo” marketdə satılır. Bununla bağlı Şəxs MMC öz işçilərini vitrin tərtibatçı kimi həmin marketlərə göndərir. X7 Şəxs MMC-nin vitrin tərtibatçısıdır. X10 həmin şəxsin üst rəhbəridir, onlar onların vitrin tərtibatına nəzarət edirilər. 15 noyabr 2022-ci il tarixdə iş saatının bitməyinə 15- 20 dəqiqə qalmış, təxminən 17:40 radələrində Dürxanım Babayeva onun mobil nömrəmə zəng edərək "Bravo” marketin yeməkxanasında olan zaman ayağının sürüşdüyünü və yıxıldığını, bunla bağlı özünü narahat hiss etdiyini və evə getmək istədiyini bildirdi və X10 ciddi bir şey olub-olmamasını soruşmuş, o sadəcə yıxıldığını bildirmişdir. Bundan sonra səhəri gün, 16 noyabr 2022-ci il tarixdə Dürxanım Babayeva onun mobil nömrəsinə zəng edəcək “ ayağı ağrıdığı üçün işə çıxa bilmir” deyə bilirdi və bununla bağlı X10 daxili prosedur qaydalarına uyğun olaraq şirkətin Kadrlar şöbəsinə məlumat vermiş və Dürxanım Babayeva şirkət həkiminə yönləndirildi. Şəxs MMC-nin həkimi Firuz həkim Dürxanım Babayevanı müayinə etmiş və “CİTY hospital” xəstəxanasına yönləntmişdir. Bundan sonra Dürxanım Babayeva həmin gün Şəxs MMC-nin işçisi olan Toğrul Əliyevlə birlikdə “CİTY hospital” xəstəxanasına göndərilmişdir. “CİTY hospital" xəstəxanasına yaxınlaşmış, Dürxanım Babayevanın ayağına həkim tərəfindən gips qoyulmuş və sonra taksi sifariş verərək evə getmişdir. Dürxanım Babayeva 15 noyabr 2022-ci ildə yıxıldığı üçün həkim tərəfindən sağ diz oynağında menisk yırtığı diaqnozu qoyulmuş, bununla bağlı 09 dekabr 2022-ci il tarixdə ''City Hospitalıda əməliyyat olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 10/3951 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında təlimat»ın 3-cü bəndinin tələbləri pozulmuşdur. "Gənclik Mail” ticarət mərkəzində "Bravo” marketdə işlərin görülməsinə cəlb edilmiş X2 qoruyucu vasitələr, xüsusi geyim və ayaqqabı ilə təmin edilmədən işə buraxılmasına yol verildiyinə görə, «Qoruyucu vasitələrin, xüsusi ayaqqabırın, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda təlimat»ın 3-cü bəndinin tələbləri Şəxs MMC-nin direktoru tərəfindən pozulmuşdur. X1 xüsusi (konkret halda sürüşməyən) ayaqqabı ilə təmin edilmədən işə buraxıldığını nəzərə aldıqda onun tərəfindəndən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X19 10 iyun 2023-cü il tarixli, 627 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, Vət. X4 aşkar edilmiş xəsarət- ağrı simptomu və hərəkət məhdudluqdu ( sağ diz oynaöının bükmə funksiyasının pzoulması) ilə müşayiət edilən patella inferio-medialda dərialtı ödemi, sağ diz oynağının medial meniskin arxa buynuzun bucket handle tipli yırtığı, ön çarpaz bağın tam 111 dərəcəli postravmatik yırtığı (sağ diz oynağının medial meniskin arxa buynuzun artroskopik hissəvi rezeksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət) -küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixlərdə yer səthinə öz boyu hündürlüyündən sağ diz oynağının üzərinə yıxılması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin direktoru və rəhbəri olmaqla X11 əməlində Azərbaycan Respublikası CM-nin 162-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmiş; Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin direktoru olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X11 əməlində Azərbaycan Respublikası CM- nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılması rədd edilmişdir. X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi nəzərə alınsın və barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmasından imtina edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs MMC-nin direktoru olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X11 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyətə səbəb olur və min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, ekspert rəylərini və digər iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 199.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar