Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2179/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi X7 iştirakları ilə, Şəxs MMC-nin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 12 iyul 2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, Şəxs MMC-nin direktoru olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X15 tərəfindən X2 qoruyucu vasitələr, xüsusi geyim və ayaqqabı ilə təmin edilmədən işə buraxılmasına yol verildiyinə görə sonuncu «qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında təlimat»ın 3-cü bəndinin tələblərinin pozulması nəticəsində AZ AGİR xəsarət almış, bununla da Şəxs MMC-nin direktoru X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun nümayəndəsi X8 qərarın məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin direktoru X10 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi X11 izahatında göstərdi ki, Nərimanov rayon Prokurorluğunun prokuror köməkçisi vəzifəsini tutan stajor Rafiq Şıxaliyəv tərəfindən aparılmış araşdırma nəticəsində qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 12 iyul 2023-cü il tarixli qərara əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsinin daşıyan Şəxs MMC-nin direktoru İrfan Yılmaz tərəfindən X2 qoruyucu vasitələr, xüsusi geyim və ayaqqabı ilə təmin edilmədən işə buraxılmasına yol verdiyinə görə “Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanması və istifadəsi qaydaları haqqında” Təlimatın 3-cü bəndinin tələblərini pozmuşdur. Nəticədə Şəxs MMC-nin işçisi X5 az ağır xəsarət almışdır. Əvvəla bildirmək istəyirlər ki, X5 Şəxs MMC-də “Vitrin tərtibatçısı” vəzifəsində işləyir. Həmin vəzifəni tutan işçilərin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin etmə öhdəlikləri yoxdur. Əlavə olaraq bildirmək istəyirlər ki, X5 əmək vəzifəsinin icrası zamanı deyil, çay fasiləsi zamanı yıxılıb xəsarət almışdır. Nərimanov rayon Prokurorunun stajor köməkçisi Rafiq Şıxəliyəv, X2 əmək vəzifəsinin icrası zamanı deyil, çay fasiləsi zamanı yıxılıb xəsarət almasını 12 iyul 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar”da göstərmişdir. Hadisənin əmək vəzifəsinin icrası zamanı baş vermədiyini nəzərə aldıqda, görünür ki, heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Bildirirlər ki, 2019-cu ildə Şəxs MMC-də 5 illik müddətə iş yerlərinin attestasiyası keçirilmişdir. İş yerlərinin attestasiyasının nəticələrinə əsasən tərtib edilmiş attestasiya pasportunda Şəxs MMC-də hər hansı əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlar, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı iş yerləri və işçilərin olması qeyd edilməmişdir. Bununla əlaqədar Şəxs MMC-nin işçilərini, o cümlədən vitrin tərtibatçısı X2 xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin etmə öhdəliyi olmamışdır. Nərimanov rayon Prokurorunun stajor köməkçisi Rafiq Şıxəliyev apardığı araşdırma nəticəsində qəbul edilmiş qərarda istinad edilmiş “Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanıması və istifadəsi qaydaları” haqqında 1960-cı ildə qəbul edimiş təlimat SSRİ Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin və ÜHİMŞ Rəyasət Heyəti tərəfindən qəbul edilmiş 24 may 1983-cü il tarixli qərarı ilə qüvvədən düşmüşdür. İş materillarına əlavə edilmiş qərardan görünür ki, Nərimanov rayon prokurorluğu qüvvədə olmayan normativ hüquqi aktı rəhbər tutaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində çalışır. Mahiyyəti üzrə bildirir ki, hazırki tip işlər onların az hallarda rastlaşdıqları işlərdir. O, MMC-nin nümayəndəsi ilə razılaşır ki, həqiqətən ekspert rəyində istinad olunmuş təlimat hazırda qüvvədə düşmüşdür. Lakin, bununla belə bu heç də o demək deyil ki, işəgötürənin əmək prosesində risklərin qarşısını almaq üçün işçiləri xüsusi geyim vasitələri ilə, o cümlədən ayaqqabı ilə təchiz etmək vəzifəsi yoxdur. Belə ki, onun hazırda məhkəməyə təqdim etdiyi və hal-hazırda da qüvvədə olan 1989-cu il tarixli “Əməyin təhlükəsizliyi sistemi standartları”nda anoloji norma öz əksini tapmışdır. Başqa sözlə desək, ekspertiza üzrə gəlinən nəticə düzgündür. Əlavə olaraq deyə bilər ki, Standart təlimatla müqayisədə üstün hüquqi qüvvəyə malikdir. İndiki vəziyyətdə də işəgötürən zəruri risk faktorlarının qarşısını almaqdan ötrü onu əmək prosesində xüsusi vasitələrlə təmin etməli idi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin direktoru X15 tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “İstehsalatda bədbəxt hadisə haqqında” 01 nömrəli aktdan görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinə əsasən “Sun Food" MMC-nin vitrin tərtibatçısı X2 ehtiyyatsızlığını müəyyən etmişdir. X2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-d il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydalarına uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və Şəxs MMC-də uçota alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X17 xx.xx.2023-cü il tarixli, 627 nömrəli rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarət - ağrı simptomu və hərəkət məhdudluğu (sağ diz oynağının bükmə funksiyasının pozulması) ilə müşayiət edilən patelladan inferiomedialda dərialtı ödemi, sağ diz oynağının medial meniskin arxa buynuzun bucket handle tipli yırtığı, ön çarpaz bağın tam İİİ dərəcəli postramvatik yırtığı (sağ diz oynağının medial meniskin arxa buynuzun antroskopik hissəvi reaksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət) - küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yer səthinə öz boyu hündürlüyündən sağ diz oynağının üzərinə yıxılması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan X13 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 13 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan görünür ki, Şəxs MMC-nin direktoru X15 İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 10/3951 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında təlimat»ın 3-cü bəndinin tələbləri pozulmuşdur. “Gənclik Mail” ticarət mərkəzində “Bravo” marketdə işlərin görülməsinə cəlb edilmiş X2 qoruyucu vasitələr, xüsusi geyim və ayaqqabı ilə təmin edilmədən işə buraxılmasına yol verildiyinə görə «Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında təlimat»ın 3-cü bəndinin tələbləri Şəxs MMC-nin direktoru tərəfindən pozulmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs MMC-nin direktoru olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan X10 əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, onun əməlində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsinini tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin direktoru və rəhbəri olmaqla texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini daşıyan vəzifəli şəxs X15 tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması səbəbindən Şəxs MMC-nin işçisi X5 xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus olan Nərimanov rayonu, F.X.Xoyski küçəsi “Gənclik Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Bravo” supermarketdə çay fasiləsində yıxılması nəticəsində az ağır xəsarət almış, bununla da Şəxs MMC-nin direktoru X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 10/3951 nömrəli ekspert rəyində istinad edilmiş «Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqqında” 1960-cı il tarixli Təlimatın qüvvədən düşməsi ilə bağlı barəsində icraat aparılan şəxsin nümayəndəsinin qeyd etdiyi xüsusatlara münasibətdə bildirir ki, qeyd olunan ziddiyyət məhkəmə iclasında dindirilmiş ekspertin izahatı ilə, həmçinin 1989-cu il tarixli “Əməyin təhlükəsizliyi sistemi standartları” aradan qaldırılmışdır. Belə ki, həmin Standartın 2.1-ci bəndindən da aydın olur ki, işçilər üçün mühafizə vasitələri təhlükəli və zərərli istehsal amillərinin təsirinin qarşısının alınmasını və ya azaldılmasını təmin etməlidir. Bundan başqa, X6 “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli Konvensiyasının (Azərbaycan Respublikası həmin Konvensiyaya 01 fevral 2023-cü il tarixdə qoşulmuşdur) 16-cı maddəsində göstərilir ki, işəgötürənlərdən, zəruri hallarda, bədbəxt hadisələr riskinin qarşısını almaq üçün, mümkün qədər, adekvat qoruyucu geyim və qoruyucu vasitələrlə təmin etmək tələb olunur. Məhkəmə, həmçinin bədbəxt hadisənin çay fasiləsi zamanı baş verməsi, yəni işçinin əmək vəzifəsinin icrası zamanı baş vermədiyini nəzərə almaqla inzibati xəta tərkibinin olmaması barədə barəsində icraat aparılan şəxsin nümayəndəsinin bildirdiyi xüsusatlara münasibətdə aşağıdakıları qeyd etməyi zəruri bilir: Əvvəla, əmək qanunvericiliyində yalnız “iş vaxtı”, “istirahət vaxtı” və “nahar üçün fasilə” anlayışları mövcuddur. İşçinin iş vaxtı ərzində qısa fasilə edərək çay içdiyi müddətin iş vaxtından kənar hesab edilməsi ağlabatan olmazdı. İşin hallarından və zərərçəkmiş şəxsin izahatında görünür ki, bədbəxt hadisə saat 16 radələrində baş verib. Yəni, həmin vaxt faktiki olaraq “iş vaxtı” ilə əhatə olunur. Həmçinin, hazırki vəziyyətdə X2 xəsarət alması faktı ilə əməyin təhlükəsizliyi qaydalarının pozulması, yəni onun işəgötürən tərəfindən müvafiq vasitələrlə (o cümlədən sürüşməyən ayaqqabı və s.) təmin edilməməsi arasında səbəbli əlaqə mövcuddur. Nəzərə alınmalıdır ki, işçi çay fasiləsində olsa belə, bədbəxt hadisənin baş verməsinə səbəb olmuş hal, yəni yerlərin sürüşkən olması və işçinin bədbəxt hadisələr riskinin qarşısını almaq üçün, mümkün qədər, adekvat qoruyucu geyim və vasitələrlə, o cümlədən ayaqqabı ilə təmin edilməməsi hər hansı kənar ərazidə deyil, məhz əmək funksiyasının faktiki icra olunduğu yerdə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən marketdə baş vermişdir. Belə olan halda, işçinin iş vaxtı ərzində, əmək funksiyalarının icra edildiyi iş yerində belə xəsarət alması işəgötürən tərəfindən qeyd edilən təhlükəsizlik normalarının pozulması qənaətinə gəlmək üçün əsas verir. Başqa sözlə, X2 xəsarət almasına real səbəb onun özünün ehtiyatsız davranışı deyil, məhz əmək təhlükəsizliyi qaydalarına riayət edilməsindən ibarət işəgötürənin ona münasibətdə yaranan qanuni öhdəliyini icra etməməsidir. Belə olan halda həmçinin nəzərə alınmalıdır ki, əməllə (hərəkətsizliklə) nəticə arasında dolayı səbəbli əlaqə mövcuddur. Birbaşa səbəbli əlaqə ilə yanaşı dolayı səbəbli əlaqə də hüquqi əhəmiyyət kəsb edir və məsuliyyətə səbəb olur. Bu əlaqənin müəyyən edilməsi üçün nəzərə alınmalıdır: - Hadisələr arasındakı əlaqə obyektiv xarakterlidir və dərkediləndir. İnsan belə əlaqələri öz təxəyyülü ilə uydurmur, aşkar edir. - İnzibati xəta subyektinin hərəkət və ya hərəkətsizliyi baş verən nəticənin səbəbi, yaxud da onun baş verməsinə kömək edən şərait rolunu oynayır. Əməyin təhlükəsizliyi qaydalarına riayət edilmədiyi halda baş vermiş bədbəxt hadisənin həqiqi səbəbi zərərçəkmiş şəxsin ehtiyatsız davranışı ola bilməz. - Səbəb (conditio sine quo non) elə şəraitdir ki, bunsuz nəticə baş verə bilməz. Əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasındakı səbəbli əlaqə nisbətən uzaq, vasitəli əlaqə də ola bilər. Belə hallarda əməl başqa adamların hərəkətləri, mexanizmlərlə, qanunauyğunluqlarla rabitəyə girərək nəticəni doğurur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 12 iyul 2023-cü il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs MMC-nin direktoru X15 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs MMC-nin direktoru X15 həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs MMC-nin direktoru X10 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin direktoru X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin direktoru X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2179/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2179/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver