Məhkəmə qərarları › İş №3(005)-218/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-218/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-218/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X2 ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 fakiti olaraq yaşayır. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Məhkəmə hesab edir ki, X1 barəsində İXM-in 327.1-ci maddəsi ilə tərtib edilmiş TP seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair müraciəti üzrə material onun qeydiyyatda olduğu yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov rayon X4 Şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı qərarından verdiyi şikayət üzrə iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar