Məhkəmə qərarları › İş №3(005)-2183/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2183/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2183/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X17, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1950-ci ildə Ermənistanının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X26 12 icra sənədinin icra edilməməsi ilə ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 18 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, icra sənədləri üzrə borclu "xxxx" MMC-nin borclu qismində olduğu 12 icra sənədi şöbənin icraatındadır. Məhkəmə qərarları çıxdığı gündən heç bir icra sənədi tam icra edilməmiş və icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X26 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, "xxxx" MMC-nin təsisçilərindən və həqiqi rəhbərlərindən biri olan X12 və başqaları "xxxx" MMC-yə tikintinin qanuni şəkildə həyata keçirilməməsi ilə bağlı heç bir paket sənədləri olmayan, elə bu səbəbdən də sökülmüş ünvan 2 ünvanda yerləşmiş yarımçıq tikili ilə bağlı müxtəlif vətəndaşlarla alqı-sarqı müqaviləsi imzalayaraq dələduzluq yolu ilə onların pul vəsaitini talamışlar. Tərəflərindən qeyd olunan hal ilə Azərbaycan Respublikası Prokurorluğu yanında Korrupsiya idarəsində şikayətləri əsasında işin istintaqı davam edir. İistintaq tərəfindən bu vaxta qədər ayrı-ayrı zərər çəkənlərə böyük məbləğdə pulun ödənilməsinə nail olunmuşdur. O, həmin dövrdə işləməmişdir. İstintaq tərəfindən əvvəlki təsisçilər tərəfindən böyük məbləğdə ödənişlər olmuşdur və ayrı ayrı vaxtlarda davam edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: 1 saylı Bakı İnzibati –İqtisadi Məhkəməsinin 2-2(81)-253/2014 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, "Nikoyl" İKB ilə cavabdeh "xxxx" MMC arasında 01 yanvar 2012-ci il tarixli kredit müqaviləsindən irəli gəlkən ödənilməmiş 570 000 manat əsas borcun, 245 221.78 manat faiz borcunun, gecikdirilməyə görə hesablanmış 2000 manat dəbbə pulu və iddia qaldırılması üçün ödəilmiş 20 manat rüsumun "xxxx" MMC-dən "Nikoyl" X7 Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021-027 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər X1 ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli 265 a saylı müqavilə və ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv. olan mənzilə dair hissədə X19 ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixli 264 saylı müqavilənin etibarsız hesab edilməsi, əqdlərin etibarsızlığının hüquqi nəticəsi tətbiq edilməklə ünvan 3 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv.m olan mənzilə dair hissədə cavabdehlər X18 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv. olan mənzil cavabdeh X18 tərəfindən və ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cii mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzilin X19 tərəfindən boşaldılaraq iddiaçı X22 təhvil verilməsi, cavabdeh "xxxx" MMC-dən maddi ziyana görə 31500 (otuz bir min beş yüz) manat və mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun iddiaçı X20 xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-424/2019-010 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 16 oktyabr 2010-cu il tarixli, 1 nömrəli Mənzil Tikintisinə və Satışına dair müqavilə üzrə cavabdeh “Svit Haus" MMC-dən 50.000 (əlli min) manat, gecikdirilmış vaxt üçün illik 5% hesablanmaqla 15.1 73,61 (on beş min bir yüz yetmiş üç manat, altmış bir qəpik) manat, ümumilikdə 65.173,61 (altmış beş min bir yüz yetmiş üç manat, altmış bır qəpik) manat, vurulmuş mənəvi zərərə görə 1.000 (bir min) manat və 11 (on bir) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 nömrəli, xx.xx.2019cu il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X8 cavabdeh "xxxx" MMC-yə qarşı “pul və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, 44995.6 (qırx dörd min doqquz yüz doxsan beş dollar 60 sent) ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumun cavabdeh Svit Haus” MMC-dən tutularaq iddiaçı X13 ödənilməsi, iddinın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-737/2018 nömrəli, xx.xx.2018ci il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X21 ilə cavabdeh "xxxx" MMC arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, iddiaçı X21 ilə cavabdeh "xxxx" MMC arasında mənzilin tikintisinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə üzrə ödənilmiş 127.100 (bir yüz iyirmi yeddi min bir yüz) manat məbləğində pulun, 182.900 (bir yüz səksən iki min doqquz yüz) manat məbləğində zərərin, cəmi 310.000 (üç yüz on min) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X14 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rusumunun iddiaçı X14 aid edilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı X9 ilə cavabdeh "Svit Haus” MMC arasında bağlanmış 09 iyul 2012-ci il tarixli Mənzilin Tikintisinə və Satışına dair müqaviləsi ləğv edilməsi, cavabdeh "Svit Haus”MMC-dən 17000 (on yeddi min) manat məbləğində pulun, 1700 (min yeddi yüz) manat məbləğində bank uçot faiz dərəcəsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 18730 (on səkkiz min yeddi yüz otuz) manat məbləğində pulun tutularaq, iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, 40264 (qırx min iki yüz altımış dörd) manat 10 (on) qəpik əsas borcun, 2348 (iki min üç yüz qırx səkkiz) manat 70 (yetmiş) qəpik faiz borcunun, cəmi 42612 (qırx iki min altı yüz on iki manat 80 (səksən) qəpik məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq X10 xeyrinə verilməsi, 23545 (iyirmi üç min beş yüz qırx beş) manat 90 (doxsan) qəpik əsas borcun, 1373 (min üç yüz yetmiş üç) manat 50 (əlli) qəpik faiz borcunun, cəmi 24919 (iyirmi dörd min doqquz yüz on doqquz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaitinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq X3 xeyrinə verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq iddiaçılar X15 və X5 verilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6658/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Gündüz Filman oğlu ilə "xxxx" MMC arasında bağlanmış “Mənzil tikintisi və satışı”na dair müqavilənin ləğv edilməsi və cavabdeh "xxxx" MMC-dən mənzilə görə ödənilmiş 13700 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, əldən çıxmış fayda manat dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq Gündüz Filman oğluna ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015-007 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X9 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 09 iyul 2012-ci il tarixli Mənzilin Tikintisinə və Satışına dair müqavilənin ləğv edilməsi, "xxxx" MMC-dən 17000 (on yeddi min) manat məbləğində pulun, 1700 (min yeddi yüz) manat məbləğində bank uçot faiz dərəcəsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 18730 ( on səkkiz min yeddi yüz otuz) manat məbləğində pulun tutularaq, iddiaçı Qasımova MətanətTərlan qızına ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2 000 (iki min) manat məbləğində mənəvi ziyanın iddiaçı X6 xeyrinə tutulması, 01 yanvar 2016-cı il tarixdən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X11 peşə əmək qabiliyyətinin 70 faiz itirilməsinə görə aldığı 400 manat əmək haqqının 70 faizi - miqdarında yəni, 280 (iki yüz səksən) manat məbləğində aylıq ödənc verilməsi, Peşə əmək qabiliyyətinin itirilmə faizinin 70 faizdən fərqli miqdarının TSEK tərəfindən təyin ediləcəyi tarixədək 70 faizə uyğun ödəncin verilməsinin davam etdirilməsi, Qətnamənın qəbul edilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edərsə, həmin faiz 70 faizdən fərqli olarsa, fərqli faizin təyin edildiyi tarixdən etibarən aylıq ödəncin həmin faizə uyğun verilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2015-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1848/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6658/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1114/2015-007 nömrəli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4613/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3362/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5491/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-337/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədlərinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, icra işinin materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs nzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar