Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2184/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X2, İlqar Məmmədovun Azərbaycan Respublikası DİN-in BDYPİ-nin inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X1 ərizə ilə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayət və müddətin bərpası haqqında müvafiq ərizələrdə şəxsin yalnız ad və soyadı qeyd olunmuş, ata adı göstərilməmiş, ərizənin tarixi qeyd olunmamış və ərizə imzalanmamışdır. Bundan əlavə şikayət ərizəsinin məzmununda barəsində şikayət verilən inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi əksini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtin edilmədiyindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İlqar Məmmədovun Azərbaycan Respublikası DİN-in BDYPİ-nin inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İlqar Məmmədova düzgün tərtib edilmiş şikayət ərizəsi ilə yenidən məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2184/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2184/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver