Məhkəmə qərarları › İş №3(005)-2185/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2185/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2185/2023 14.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 17ci PŞ-nin sahə inspektoru Nicat Ələkbərovun, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsTapdıq qızının iştirakları ilə, xx.xx.1957-ci ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Əmirvarlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan ŞəxsTapdıq qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə inspektoru Nicat Ələkbərov, ŞəxsTapdıq qızının barəsində Azərbaycan Respublikası İXMin 157-ci maddəsi ilə 14 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, vətəndaş ŞəxsTapdıq qızı xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 2090 ünvanında saat 18:00 radələrində vətəndaş Zərərçəkmiş şəxs mübahisə zəminində döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Nicat Ələkbərov protokolda qeyd olunanlara uyğun çıxış edərək ŞəxsTapdıq qızının Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan ŞəxsTapdıq qızı özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, göstərilən ünvanda 2005-ci ildən etibarən ailəsi ilə birlikdə yaşayır. Son 1 ildir ki, qonşusu Bahariyyə ilə münaqişədədirlər. Münaqişəyə səbəb isə onun nəvələrinin evin həyətində səs-küy salması və futbol oynamasıdır. 14 iyun 2023-cü il tarixdə saat 18 radələrində o, gəlinləri Sevda və Cəmalə ilə birlikdə yaşadığı evin qarşısında əyləşmişlər, həmin zaman nəvələri evin həyətində ağacın üstünə çıxıb oynayırmışlar və heç kimə mane olmurmuşlar. Bu zaman Bahariyyə və onun qızı Sevinc uşaqlara səs-küy saldıqlarına görə irad tutmuşlar. Bu zaman Sevinc barmağı ilə onlar tərəfi göstərərək uşaqların it kimi hürməyi onlardan öyrəndiyini demişdir. Bu zaman onların arasında mübahisə yaranmış, sonuncular onları söyüb təhqir etmişlər. Həmin zaman Bahariyyənin oğlu Mahir də mübahisəyə müdaxilə etmiş, gəlib onu təhqir etmiş, sol qolundan tutaraq ona xəsarət yetirmişdir. Bundan sonra sonuncular həmçinin onun nəvələrinin oynadığı topu bıçaqla cırmışlar. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ŞəxsTapdıq qızı barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsTapdıq qızının müdafiəçisi X4 çıxış edərək ŞəxsTapdıq qızının barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, göstərilən ünvanda 2006-cı ildən etibarən qızı və oğlu ilə birlikdə yaşayır. Son 1 ildir ki, qonşuları Sevda və Cəmalə adlı şəxslərin azyaşlı övladları yaşadıqları evin həyətində səs-küy salırlar, futbol topunu evin divarına vuraraq onları narahat edirlər. Bir dəfə borunu sındırıblar. Başqa vaxtlarda onlara ziyan vurmuşlar. Onlar dəfələrlə sonunculara iradlarını bildirmişlər ki, övladlarının bu hərəkətlərinə son qoysunlar. Lakin həmin iradları nəticəsiz olmuşdur, həmin şəxslər yenə də istədiklərini edirlər. 14 iyun 2023-cü il tarixdə saat 18 radələrində qızı çıxıb uşaqlara qışqıranda uşaqlar qızına “it hürər, karvan keçər” deyə cavab veriblər. Mübahisə qeyd etdiyi səbəbdən baş yaranmış, bu zaman Sevda və Cəmalə qaynanaları Nadya ilə birlikdə onun üzərinə hücum çəkərək ona qarşı zor tətbiq etmişlər. Nəticədə o, sağ və sol qollarından xəsarət almışdır. Həmçinin bildirmişdir ki, Nadya onun oğluna şər atır. Belə ki, oğlu onu vurmamışdır. Sonda Zərərçəkmiş şəxs, ŞəxsTapdıq qızının barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xəsarət alması faktı əsasında toplanmış HK-1/1739 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 xx.xx.2023-cü il tarixli 759 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - sağ və sol bazuların, sol saidin qançırları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 800 nömrəli rəyindən görünür ki, vət. Şəxs aşkar edilmiş xəsarətlər - sol bazunun yuxarı üçdə birinin ön və iç səthinin qançırları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ŞəxsTapdıq qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ŞəxsTapdıq qızının törətdiyi əməli etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsTapdıq qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, ŞəxsTapdıq qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsTapdıq qızına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 5 iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsTapdıq qızının hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosuna köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar