Məhkəmə qərarları › İş №3(005)-2189/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2189/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2189/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X7, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Nərimanov rayonu Hüseyn Arif küçəsi 25-də uşaq bağçasını təsis edərək işlədir. Qeyd olunan uşaq bağçasına güya o, əmək qanunvericilinin tələbləri pozulmaqla işçi götürərək işlətmişdir. Halbuki tərəfindən heç bir qanun pozuntusu törədilməmiş və o, işçini işə götürməyi barədə AR Əmək Məcəlləsinin 7ci maddəsinin 2-ci bəndinə uyğun olaraq işə götürülməsini iddia etdiyi gün 19 aprel 2024cü il tarixdə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra əməyə cəlb etmişdir. Buna baxmayaraq, AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin baş əmək müfəttişi Namik Ağayevin MN ******* saylı protokoluna əsasən guya o vətəndaş X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “dərnək müəllimi” işini yerinə yetirilməsinə cəlb etmişdir. Həmin protokola əsasən AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin rəi', müavini Fərid Bağırovun MN ******* saylı 20 iyun 2024-cü il tarixli qərara əsasən AR İXM-nin 192.1-ci maddəsilə təqsirli bilinib 4000 manat inzibati qaydada cərimə edilmişdir. İşin hallarından göründüyü kimi, X12 Xidmətinə Vüsalə İdrisova tərəfindən müvafiq şikayət xx.xx.2024-cü il tarixdə daxil olmuş, lakin inzibati xəta haqqında protokol qanunla inzibati xəta haqqında protokol tərtib edilməsi üçün müəyyən edilmiş hətta araşdırma aparılmalı olduğu halda 1 aylıq müddət keçdikdən sonra 05 iyun 2024-cü il tarixdə tərtib edilmişdir. Qanunun tələbindən göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən, maddədə qeyd olunan digər hallarla yanaşı inzibati xətanın törədildiyi yer göstərilməlidir. Lakin, tərtib edilmiş inzibati xəta haqqında protokolda törədilməsi qeyd olunan inzibati xətanın yeri göstərilməmişdir. Məhkəmə iclasında iştriak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X14 protokolu müdafiə edərək bildirmişdir ki, əmək müqaviləsi bağlamadan X8 tərəfindən X10 işlərə cəlb edilmiş və əmək haqqı almamışdır. Buna görə də protokol tərtib edilərək qərar qəbul edilmişdir. Şikayətin əsassız olduğunu qeyd edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X8 çıxış edərək bildirmişdir ki, X10 xx.xx.2024-cü il tarixdə onun idarə etdiyi “Avropa kids” uşaq baxçasına gələrək, iş üçün müraciət etmişdir, ona növbəti həftədən işə başlaması bildirilsə də israr edərək həmin gündən işə başlamaq istədiyini bildirmişdir. Bundan sonra qarşılıqlı razılıq əsasında əmək müqaviləsi hazırlanmış və əmək müqaviləsi bildirişi elektron sistemə yerləşdirilmişdir. Daha sonra Vüsalə İdrisova barəsində çoxsaylı şikayətlər olduğundan onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bu barədə sənədləri məhkəməyə təqdim edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 4000 (dörd min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı X2 görünür ki, X8 tərəfindən X10 xx.xx.2024-cü il tarixdə işə götürülmüş bununla bağlı məlumat elektron sistemə xx.xx.2024-cü il tarixdə əlavə edilmişdir. X13 verilməsi ilə bağlı X2 görünür ki, X8 tərəfindən X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bununla bağlı məlumatda elektron sistemə xx.xx.2024-cü il tarixdə əlavə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X8 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 “dərnək müəllimi” işinə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, protokolda göstərilən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində X5 əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi üzrə tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərar qanunvericiliyin normalarına uyğun tərtib edilməməklə yanaşı əsassızdır. Belə ki, protokolda inzibati xətanın törədildiyi yer qeyd olunmamış, barəsində protokol tərtib olunmuş şəxsin izahatı alınmamış, protokola heç bir sənəd əlavə edilməmişdir. Həmçinin qərarda göstərilən müddətdə X8 tərəfindən X5 əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə elektron sistemə daxil edilərək elektron qaydada imzalanmış və həmin tarixdən də işə başlamışdır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, X8 tərəfindən X11 xx.xx.2024-cü il tarixdə işə götürülmüş və onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu səbəbdən də Ülkər Hüseynova barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar