Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-219/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, X3 Bakı Nəqliyyat Agentliyinin 06.01.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Bakı Nəqliyyat Agentliyinin 06.01.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, 05.01.2022-ci il tarixdə saat 21:45:53-də idarə etdiyi “Hyundai Accent” minik markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobili Həsən Əliyev küçəsində saxlamış və Rahat marketdə alış veriş etmişdir. 06.01.2022-ci il tarixdə ona sms bildiriş gəlmişdir ki, saat 21:45:53-də avtomobili saxladığı üçün cərimə olunmuşdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X4 şikayəti qəbul etmədi və izahatında göstərdi ki, X6 idarə etdiyi “Hyundaı Accent” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 05 yanvar 2022-ci il tarixdə, saat 21:45 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 4cü hissəsinin 9-cu bəndinin tələbini pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkidə saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir Həmin yol sahəsində X3 idarə etdiyi nəqliyyat vasitəsini piyadalar üçün nəzərdə tutulmuş səkidə saxlaması faktı qərara əlavə olunmuş foto görüntülərdə də öz əksini tapmışdır. Hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 05 yanvar 2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X3 şikayəti əsassızdır və təmin edilməməlidir. Bakı Nəqliyyat Agentliyinin 05 yanvar 2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyinin 06.01.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, planəetin (bort kompyuterin məlumatlarına (fotoşəklə) əsasən “Hyundaı Accent” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 yanvar 2022-ci il tarixdə, saat 21:45:53-də Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində dayanma və durma qaydalarını pozmuşdur. Nəticədə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə barəsində 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. BNA Web portalının 05 yanvar 2022-ci il tarixdə saat 21:42:41 və 21:45:53-də qeydə aldığı fotoşəkillərinə əsasən müəyyən edilir ki, “Hyundai Accent” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində “piyadalar üçün nəzərdə tutulmuş səkildə saxlanılmışdır. «AsanPay» internet səhifəsindən çıxarışından görünür ki, 06.01.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4cü hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə dayanma qadağandır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd: Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə iclasında müəyyən edildi ki, X6 idarə etdiyi “Hyundaı Accent” markalı, **- HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 05 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 4-cü hissəsinin 9-cu bəndinin tələbini pozaraq piyadalar üçün nəzərdə tutulmuş səkidə saxlamış, yəni dayanma və durma qaydasını pozmuşdur. İnzibati qanunvericiliyin tələblərinə əsasən inzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə -iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. İnzibati tənbeh vermə haqqında qəbul etmiş səlahiyyətli şəxsin əldə etdiyi sübutlar X5 tərəfindən İXM-in 346.1-ci maddəsinin tələblərini pozduğunu təsdiq edir. Bu səbəbdən X3 Bakı Nəqliyyat Agentliyinin 06.01.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı Nəqliyyat Agentliyinin 06.01.2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-219/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-219/2022
31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver