Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-220/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 505-ci maddəsi ilə tərtib edilmiş 11 yanvar 2023-cü il tarixli, 00100- 00052/23 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 505-ci maddəsi üzrə tərtib olunmuş 11 yanvar 2023-ci il tarixli, 00100-00052/23 nömrəli inzibati xəta haqqında protokola əsasən, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/030274 saylı xx.xx.2022-ci il tarixli raportun icrası ilə əlaqədar olaraq bildiririk ki, raportda qeyd edilən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin adına İspaniyadan 33BKL16/33CYC11 nömrəli avtomaşınla daxil olmuş 1 verdən ibarət, brutto çəkisi 127.6 kq olan “süfrə və mətbəx qabları” yükü **********3390 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli, 33BKL45/33AEG692 nömrəli avtomaşınla daxil olmuş 1 verdən ibarət, brutto çəkisi 193,4 kq olan yük **********6614 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, 33EGF47/33CRN14 nömrəli avtomaşınla daxil olmuş 5 verdən ibarət, brutto çəkisi 1832,20 kq olan yük **********6233 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, 33ADE531/33CRN14 nömrəli avtomaşınla daxil olmuş 4 verdən ibarət, brutto çəkisi 1417,4 kq olan yük **********4148 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, 33EGF47/33AEG909 nömrəli avtomaşınla daxil olmuş 54 yerdən ibarət, brutto çəkisi 2561 kq olan yük **********8830 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, 33BKL45/33AEG697 nömrəli avtomaşınla daxil olmuş 41 yerdən ibarət, brutto çəkisi 2139 kq olan yük **********4330 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, 33BKL29/33AEG923 nömrəli avtomaşınla daxil olmuş 2 verdən ibarət, brutto çəkisi 382 kq olan yük **********5361 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və "xxxx" MMC-nin adına İspaniyadan 06BTH382/34ZU1804 nömrəli avtomaşınla daxil olmuş 6 verdən ibarət, brutto çəkisi 340 kq olan **********4217 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi üçün təqdim edilən 924 saylı xx.xx.2022-ci il tarixli, 810 saylı xx.xx.2021-ci il tarixli, 796 saylı xx.xx.2021-ci il tarixli, 851 saylı xx.xx.2021-ci il tarixli, 833 saylı xx.xx.2021-ci il tarixli, 907 saylı 25.11,2021-ci il tarixli, və 900 saylı xx.xx.2021- ci il tarixli və 989 saylı xx.xx.2022-ci il tarixli invoyslarda qeyd edilən dəyərin araşdırılması üçün DGK-nin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəsilə X1 orqanına 1400-011/0xx-xx/002524 nömrəli xx.xx.2022-ci il tarixli və 1400- 011/006- 25/005216 saylı xx.xx.2022-ci il tarixli məktublarla müraciət etmişdir. 1235.48 avro deyil, 2495.30 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 810 saylı xx.xx.2021-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri 1573 avro deyil, 3169.92 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 796 saylı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 13230 avro deyil, 30819.19 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 851 saylı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 7903.50 avro deyil, 25098.45 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 833 saylı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 14306 avro deyil, 39587.40 avro və çatdırılma şərtinin EXW GUADARRAMA olduğu, 907 saylı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 7587 avro deyil, 27414 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 900 saylı 19.11,2021-ci il invoys sənədində qeyd olunan yükün invoys dəyəri 2157,07 avro deyil, 7634.12 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu bildirilir. "xxxx" MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən 989 saylı xx.xx.2022-ci il tarixli invoys sənədində qeyd olunan yükün dəyəri X1 və Aksiz Xidmətindən alınmış cavab məktubunda göstərilən dəyərlə eynilik təşkil edir. Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən 924 saylı xx.xx.2022-ci tarixli, invoys sənədində qeyd olunan yükün dəyəri 1235.48 avro deyil, 2495.30 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 810 saylı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 1573 avro deyil, 3169.92 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 796 saylı 15.01,2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 13230 avro deyil, 30819.19 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 851 saylı xx.xx.2021ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 7903.50 avro devil, 25098.45 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 833 saylı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 14306 avro deyil, 39587.40 avro və çatdırılma şərtinin EXW GUADARRAMA olduğu, 907 saylı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 7587 avro devil, 27414 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu, 900 saylı 19.11,2021-ci il invovs sənədində qeyd olunan yükün invovs dəyəri 2157.07 avro devil, 7634.12 avro və çatdırılma şərtinin FCA SİLEA olduğu halda mövcud qiymət fərqinin və çatdırılma şərtinin gömrük ödənişlərinə təsir edib-etmədiyi, təsir etdiyi təqdirdə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə məlumat əldə edilməsindən ötrü 34/013/030726 saylı xx.xx.2022-ci il tarixli raportla Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsinə müraciət edilmişdir. Ümumilikdə 496.09azn gömrük ödənişi və 148.93 azn gömrük borcu yaranmışdır. Ona görə də, ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nin 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş müəssisəyə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 yanvar 2023-cü il tarixli 00100-00052/23 saylı protokoldan aydın olur ki, ŞəxsMMC tərəfindən **********3390 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi üzrə yaranmış 208.44 azn idxal gömrük rüsumu, 287.65 azn əlavə dəyər vergisi olmaqla ümumilikdə 496.09 azn gömrük ödənişi və 148.93 azn dəbbə pulu gömrük borcu ödənməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunmalıdır ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-02807/22 nömrəli iş başlanmış və ilk dəfə törətdiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilmilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 70 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin, yəni 496.09 manat məbləğinin 70 (yetmiş) faizi miqdarında, yəni 347 (üç yüz qırx yeddi) manat 26 (iyirmi altı) qəpik məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-220/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-220/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver