Məhkəmə qərarları › İş №3(005)-2202/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2202/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2202/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, “X6” MMC-nin vəkili və nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, “X6” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər Nərimanov Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərara və materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu tərəfindən “X6” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 23 iyun 2025-ci il tarixli qərarı və müvafiq materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan və digər materiallardan görünür ki, hüquqi ünvanı ünvan 1rbaycan” MMC MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbi pozaraq, yəni, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şahid3 və Şahid4 28 yanvar 2025-ci il tarixdən 2025-ci ilin mart ayının əvvəllərinə kimi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən “GirlsGym” idman zalında rəngsaz kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş əmək qanunvericiliyini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Bakı şəhər Nərimanov Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. “X6” MMC-nin vəkili və nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili Nümayəndə bildirmişdir ki, Şahid3 və Şahid4 “X6” MMC tərəfindən heç bir işin yerinə yetirilməsinə və xidmətlər göstərilməsinə cəlb edilməmişdir. Həmin şəxslərin müvafiq izahatları yalan xarakteri daşıyır. Belə ki, bu şəxslər hazırda Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2025-ci ilin yanvar-fevral ayları ərzində Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində cavabdeh Şahid1 məxsus qeyri-yaşayış sahəsində təmir işləri apardıqlarını və cavabdehin onlara 2320 ödənilməmiş borcu qaldığını bildirmişlər. Bu hal bir daha onu təsdiq edir ki, Şahid3 və Şahid4 “X6” MMC və ya X3 tərəfindən işə cəlb etməmişdir. Ona görə də “X6” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X3 bildirmişdir ki, Şəxs MMC-də direktor vəzifəsində işləyir. Fəaliyyəti dizayn layihələrinin verilməsi, təmirlərin gedişatına nəzarətin edilməsindən ibarətdir. Şahid1 uzun müddətdir tanıyır və dotluq münasibətlərio olmuşdur. Şahid1 obyektində aparılan tikinti təmir işlərinə nəzarətin edilməsi məqsədilə aralarında müqavilə imzalanmışdır. Bu məqsədlə ustaların fəaliyyətinə nəzarət etmişdir. Lakin heç bir ustanı işə cəlb etməmiş və onlara əmək haqqı verməmişdir. Şahid2 makler kimi təmir işlərini görən şəxs kimi tanımışdır. Şahid4 və Şahid3 obyektə usta işlədikləri üçün tanımışdır. Onları işə cəlb etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 izahatında bildirmişdir ki, təmir işlərini gördüklərini və usta işlədiklərini bildirmişdir. “Tiktok” sosial şəbəkə platformasında iş elanlarına baxmışlar üzünü görməsələr də X3 ilə tanış olmuşlar. İşə başlamadan öncə Muxtar Vəliyevi real həyatda görməmişdir. X3 bir neçə günə onlar ilə əlaqə saxlayaraq onları işlə təmin edəcəyini bildirmişdir, sonradan əlaqə saxlayaraq Nərimanov ərazisinə çağırmışdır. Həmin əraziyə gedəndə Şahid2 qarşılamışdır və Şahid1 ilə tanış etmişdir. Obyekt Şahid1 məxsus olmuşdur və 1 kvadmetrin təmiri üçün 3 manatdan razılığa gəlmişlər və onlara iş tapşırığını və əmək haqlarını Süleyma İsmayılov vermişdir. Obyekt 2 mərtəbəli idman olmuşdur, X3 onlara obyektdə işləyərkən nəzarət etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Şəxs şirkətini tanımır amma tiktokda “Vrprojrct” şirkətini görmüşdür ora yazmışdır. Əmək haqqını Şahid1 ödəsə də Muxtar Vəliyev nəzarət edirdi. Sonradan pullarını vermədikləri üçün şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, halhazırda ustadır, tikinti sahəsində fəaliyyət göstərir. “Tiktok” sosial şəbəkə platformasında X3 ilə tanış olmuşdur. X2 əlaqə nömrəsini vermişdir və bir müddət sonra onlarla əlaqə saxlayaraq Nərimanov ərazisinə gəlməli olduqlarını bildirmişlər. Şahid2 ilə görüşmüşlər, sonra obyektə gedərək Şahid1 ilə tanış olmuşlar, Şahid1la 1 kvadratmetri 3 manat məbləğdən təmir etməyə razılaşmışlar. Onlara bildiriblər ki, ödənişi Şahid1 edəcək. İşin yarısını təhvil verdikdən sonra, onlara Şahid1 tərəfindən 850 manat pul ödənilmişdir. Sonra Şahid1 tərəfindən 25 manat, 50 manat, 200 manat, 250 manat pul məbləği də ödənilmişdir. Lakin pulun qalan məbləği ödənilməmişdir. Onlar “pulun ödənilməsi” tələbi ilə bağlı Sabunçu Rayon məhkəməsinə də müraciət etmişlər. “Tiktok” sosial şəbəkə platformasında şirkətin adı “BİR Proje” yazılsa da, sonradan şirkətin adının tamam başqa ad olduğunu öyrənmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, obyektin sahibi və onlara əmək haqqı ödəyən Şahid1 olmuşdur. Obyektdə təmir işləri apararkən Muxtar Vəliyev və Rza da nəzarət edirdi, hamısı nəzarət edirdi. “Tiktok” sosial şəbəkəsində danışarkən üçünü görməsə də Muxtar Vəliyevlə danışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, “Girlsgym” idman zalında təmir işi ilə əlaqədar ustaya ehtiyac olduğundan dostu Muxtar Vəliyevə demişdir, o da Şahid2 ilə əlaqələndirmişdir. Şahid2 isə Şahid3 və Şahid4 onunla tanış etmişdir. O həmin şəxslərlə kvadrat hesabı ilə razılığa gəlmişlər. Ustaların gəlirlərinin bir hissəsi əvvəlcədən ödəmişdir. Lakin aralarında narazılıq olduğundan işləri dayandırmışlar. Təmir işlərinə nəzarət etməsi üçün Muxtar Vəliyevlə müqavilə bağlamışdır. Muxtar Vəliyev obyektin təmirinə memar kimi nəzarət etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ustalar ilə əmək müqaviləsi bağlamamışdır və onların işlərinə X3 nəzarət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, “Tiktok” sosial şəbəkə platformasında ustaların daxil olduğu qrup vardır. İş ilə əlaqədar olaraq ustaya ehtiyac olduqda həmin qrupda olan ustalar ilə əlaqə saxlayaraq iş ilə bağlı razılıq əldə edirlər. Belə ki, Şahid1 ustaya ehtiyac olduğunu bildirdikdə o, həmin qrupa yazmış Şahid3 və Şahid4 Şahid1 ilə tanış etmişdir. Şahid1 və ustalar öz aralarında iş ilə bağlı razılıq əldə etmişlər. Obyektin sahibi Şahid1 olmuşdur. İşlərin ustalar tərəfindən neçə icra olunmasına isə X3 nəzarət etmişdir. Muxtar Vəliyevlə tikinti sahəsində işlədiyimizdən tanışıq. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Şahid3 müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda toplanmış 128-C-25 nömrəli mateial üzrə X1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162- 1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şəxs MMC-nin qanuni təmsilçisi və baş redaktoru X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan barələrində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov Rayon Prokuroruna məlumat verilməsi qeyd edilmişdir. Şəxs MMC ilə Şahid1 barəsində bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən cari təmir işləri zamanı nəzarətin edilməsi və tövsiyyələrin verilməsinə dair 180124 saylı müqavilə imzalanmışdır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat materialını nəzərdən keçirərək, barəsində qərar qəbul edilmiş şəxsi, şahidləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şahid3 və Şahid4 X3 tərəfindən əmək müqaviləsi bağlanmadan Şəxs MMCdə işlərə cəlb edilməsi öz təsdiqini tapmır və Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu tərəfindən məhkəməyə bu halları təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Qeyd olunan hallar nəzərə alınaraq məhkəmə hesab edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərar üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikaısnın Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Həmin maddənin 3-cü bəndinə əsaəsn işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin maddənin 5-ci bəndində əsasən isə əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə hesab edir ki, istər məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələrindən, eləcə də məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə materialdan aydın olur ki, Şahid3 və Şahid4 Şahid1 məxsus “Girlsgym” idman zalında təmir işlərinə cəlb olunmaqları, habelə işə başlamazdan əvvəl iş yerinin, təmir şərtlərinin və əmək haqqının razılaşdırılmasının mülkiyyət sahibi, yəni Şahid1 ilə razılaşdırılması və onlara əmək haqlarının yenə də Şahid1 tərəfindən ödənilməsi inzibati xəta haqqında iş üzrə icraatın mübahisəsiz halıdır. Həmçinin, X1 təmir işlərinə nəzarət etməsi, həmin obyektdə ustaların fəaliyyətini izləməsi, istər məhkəməyə təqdim edilmiş Şəxs MMC ilə Şahid1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə ilə, istərsə də Şahid3 və Şahid4 Nərimanov Rayon Prokurorluğunda və məhkəmə iclasında verdikləri ifadələr ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, X1 əmlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, habelə Şəxs MMC ilə Şahid1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə ilə və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, və işdə olan digər sənədlər ilə tam təkzib edilir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi müəyyən edir ki, əmək müqaviləsi bağlanmadan işçi çalışdıran şəxs inzibati məsuliyyət daşıyır. Lakin hazırki iş üzrə Muxtar Vəliyev işəgötürən olmamış, işçilər Şəxs MMC-də işləməmiş, o, yalnız nəzarətçi rolunu yerinə yetirmiş, buna görə də işçilərlə əlaqə qurmaq və ya onların əmək müqavilələrini tənzimləmək səlahiyyəti yoxdur. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, Şahid3 və Şahid4 Şahid1 məxsus “Girlsgym” idman zalında təmir işlərinə cəlb olunmaqla həmin işlərin görülməsi və əmək haqqı barəsində X3 ilə deyil əmlakın mülkiyyətçisi Şahid1 ilə razılaşmaqla işlərə başlamışlar. Onların gördükləri iş müqabilində əmək haqqı da Şahid1 tərəfindən onlara verilmişdir. Qeyd olunan hal işçilərin Muxtar Vəliyev tərəfindən əmək müqaviləsi olmadan işə cəlb olunmadığını və “X7" MMC-də işləmədiklərini təsdiq edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, “X7" MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli qərar üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: “X7" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar