Məhkəmə qərarları › İş №3(005)-2207/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2207/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2207/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, MN seriyalı ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 12:30-radələrində Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanında X2 qarşı dələduzluq edərək 60 manat pulunu almışdır. İş materiallarında olan Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Emin Quliyevin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı X1 60 manat pulunu və X3 50 manat pulunu ələ keçirən şəxs - xx.xx.1979-cı ildə Bakı şəhərində anadan olan, ünvan 1 1055 ünvanında qeydiyyatda olan Şəxs olduğu müəyyən edilmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı Emin Quliyevin rəhbərliyə ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Şəxs vətəndaşlar X1 və X3 etibarlarından sui-istifadə edərək, G.Ağasıyevaya 60 manat, A.Dəmirovaya isə 50 manat maddi ziyan vurmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, X1 60 manat pulunu və X3 50 manat pulunu ələ keçirən şəxs - xx.xx.1979-cı ildə Bakı şəhərində anadan olan, ünvan 1 1055 ünvanında qeydiyyatda olan Şəxsdur. Qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd olunması barədə tərəfindən qərar qəbul edilmişdir. Hadisəni törədən Şəxs müəyyən edilərək barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, təhqiqat araşdırması zamanı Şəxs X1 60 manat pulunu və X3 50 manat pulunu ələ keçirdiyi müəyyən edilmişdir. Şəxs iki nəfər şəxsə qarşı dələduzluq etdiyi halda, inzibati xəta haqqında protokolda onun törətməsi ehtimal olunan əməllərdən biri qeyd edilmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda törədilməsi ehtimal olunan əməlin törədilmə vaxtı xx xxxxxxx 2020-ci il tarix, saat 12:30 radələri göstərilmişdir. Lakin təqdim olunan sənədlərdən göründüyü kimi, X4 xx.xx.2020-ci il tarixdə Polis Şöbəsinə ərizə ilə müraciət edərək təxminən bir ay əvvəl adının Zaur olduğunun bildiyi bir nəfər şəxsin onu aldatdığını, dələduzluq yolu ilə 60 manat pulunu ələ keçirdiyini bildirmişdir. İXM-227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İXM-in: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar; 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edildiyi kimi, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt səhv və bu xətanın mahiyyəti natamam şəkildə göstərilmişdir ki, göstərilən nöqsanların işə baxılması zamanı aradan qaldırılması mümkün deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs İXMin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar