Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2207/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş 25 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 iyun 2025-ci il tarixdə Nərimanov rayonu, M.Sənani küçəsində səs-küy salaraq mübahisə yaradıb ictimai qaydanı pozmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin polis sahə inspektoru X5 məhkəmə iclasında inzibati xəta haqqında protokola uyğun çıxış edərək bildirmişdir ki, 24 iyun 2025-ci il tarixdə saat 16:50 radələrində Nərimanov rayonu, M.Sənani küçəsində üç nəfər şəxsin bir-biriləri ilə mübahisə etdiyini və uca səslə nalayiq ifadələr işlətdiklərini görüb onlara yaxınlaşaraq özlərini təqdim edib nizam-intizama dəvət etmişlər. Bu şəxslər ictimai qaydanı pozub xırda xuliqanlıq etdiklərinə görə barəsində tədbir görülməsi üçün avtopatrulun köməyi ilə Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilmişlər. Şöbədə onların izahatları alınmış, daha sonra isə barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün mişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 24 iyun 2025-ci il tarixdə saat 16:50 radələrində Nərimanov rayonu, M.Sənani küçəsi ərazisində tanıdığı iki nəfər şəxsin bir-biriləri ilə mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq ayırmaq istəmiş, bu zaman nalayiq ifadələr işlətmiş, ətrafda səs-küy salmışlar. Ona görə polis şöbəsinə gətirilmiş və inzibati qaydada tutulmuşlar. Əməlindən peşmandır. Bir daha təkrarlamayacaqdır. Gənc olmağını nəzərə alıb barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X6 X3 polis nəfəri X1 izahatında göstərmişdir ki, 24 iyun 2025-ci il saat 16:50 radələrində üç nəfər vətəndaşın Nərimanov rayonu, M.Sənani küçəsi ərazisində ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlətdiyini və söyüş söydüyünü eşitmişlər. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, onları nizam-intizama dəvət etmişlər. Bu şəxslər özlərini sakit aparmadıqlarına görə barəsində tədbir görülməsi üçün avtopatrulun köməyi ilə Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirmişlər. Orada şəxslər inzibati qaydada tutulmuş və izahatları alınaraq barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 17:45-də inzibati qaydada tutulmuşdur. Şəxs Nərimanov RPİ-nin 16-cı PŞ-nə verdiyi izahatından görünür ki, həmin izahat məhkəmə iclasında verdiyi izahatla oxşar məzmunludur. Nərimanov RPİ-nin 16-cı PŞ-nin rəisinə ünvanlanan raportdan görünür ki, xx.xx.2025-ci il saat 16:50 radələrində üç nəfər şəxs ünvan 3 ünvanında dava-dalaş etdiklərinə görə və polisin göstərişinə məhəl qoymadıqlarına görə 16-cı PŞ-nə gətirilmişlər. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi izahatı, iş materiallarında olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il saat 16:50 radələrində ünvan 3 ünvanında ictimai yerdə ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara və inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən Şəxs barəsində inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında iş materiallarında Şəxs inzibati qaydada tutma haqqında protokola əsasən tutulması xx.xx.2025-ci il saat 17:45 kimi qeyd olunsa da onun faktiki olaraq azadlığı həmin gün saat 16:50-dən məhdudlaşdırıldığına görə tutulması bu saatdan nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, o məhkəmə iclas zalında dərhal tutmadan azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 48-61, 105.1 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal inzibati qaydada tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2207/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2207/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver