Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2213/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X6 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən qəbul edilmiş sorğuya əsasən mülkiyyətdə olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndəsi X2 izahatında göstərdi ki, Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X6ndən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sorğu daxil olduqdan sonra rəhbərlik tərəfindən məsələyə ciddi yanaşılmış və sorğuya rəsmi cavab verilmişdir. Bu baxımdan hesab edirlər ki, MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət X6nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət X6nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Web Portalının çıxarışından görünür ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən balansında olan “MAZDA 3” minik markalı, **-AN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X6ndən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və “Abbasov Anar” soyad adlı şəxs tərəfindən qəbul olunmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən Nərimanov RPİ-nin Dövlət X6nə ünvanlanmış 16 mart 2023-cü il tarixli, 118/1 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mülkiyyətində olan “MAZDA 3” minik markalı, **-AN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini AC 005895 nömrəli sürücülük vəsiqəsi əsasında Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Tağı-zadə Təhminə Pərviz qızı idarə edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov RPİnin Dövlət X6ndən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına ünvanlanmış sorğu 15 mart 2023-cü il tarixdə “Abbasov Anar” soyad adlı şəxs tərəfindən qəbul olunmuş və bir gün sonra yəni, 16 mart 2023-cü il tarixli, 118/1 nömrəli məktubla sorğu cavablandırılaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mülkiyyətində olan “MAZDA 3” minik markalı, **-AN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin AC 005895 nömrəli sürücülük vəsiqəsi əsasında Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Tağı-zadə Təhminə Pərviz qızı tərəfindən idarə edilməsi barədə məlumat verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası mülkiyyətində olan “MAZDA 3” minik markalı, **-AN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə idarə etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin Dövlət X6ndən sorğu daxil olduqdan sonra 5 gün müddətində məlumat vermişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının hərəkətlərində İXM-nin 347-ci maddəsinin tərkibi yoxdur. Buna görə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 347-ci maddəsinin dispozisiyasına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-in 8, 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası barəsində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2213/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2213/2023
01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver