Məhkəmə qərarları › İş №3(005)-2216/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2216/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2216/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmnalı Pınar Zakir qızının katibliyi ilə, Şəxs MMC-nin hüquqşünas və etibarnamə əsasında nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək işlərin görülməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikas Əmək Məcəlləsinin 7-ci və 49-cü maddələrinin tələbləri pozulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X8 protokola uyğun ifadə verərək, protokolun əsaslı olduğunu, Şahid izahatı əsasında protokolun tərtib edildiyini bildirmiş və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin hüquqşünas və etibarnamə əsasında nümayəndələri Nümayəndə2 və Nümayəndə1 ayrı-ayrılıqda Əmək Müfəttişliyinin əməkdaşları tərəfindən tərtib edilmiş protokolun əsassız olduğunu qeyd edərək bildirmişdirlər ki, DƏMX tərəfindən tərtib edilmiş protokol heç bir maddi və prosessual hüquq normasına əsaslanmamışdır. Belə ki, yalnız bir nəfər Şahid DƏMX tərəfindən alınmış izahatına və Şəxs MMC-nin keçmiş əməkdaşı olmuş X3 izahatına əsasən protokol tərtib edilmişdir. Şahid izahatında qeyd edir ki, güya o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə dək Şəxs MMC-də ekskavator operatoru peşəsində çalışmışdır. Lakin buna dair bir sübut belə protokola əlavə edilməmişdir. Şahid ümumiyyətlə Şəxs MMC ilə heç bir əməkdaşlığı hər hansı bir münasibəti olmamışdır. Belə ki, Səbuhi Əhmədov həmin dövürdə yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi başqa bir müəssisədə ekskavator operatoru peşəsində çalışmışdır. S.Əhmədovun rəsmi olaraq başqa bir müəssisədə çalışdığı müddətdə onun Şəxs MMC-də işləməsi qeyri mümkündür. DƏMX tərəfindən protokol tərtib edilən zaman digər şəxsin izahatını almış DƏMX-nin əməkdaşı X10 Əhmədovun Şəxs MMC-də işləyib- işləməməsinə dair bir sual belə verilməmiş məsələyə aydınlıq gətirilməmişdir. Belə olduğu halda həmin şəxsin DƏMX tərəfindən izahatının hansı məqsədlə alınması da məlum deyil. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin pozulduğunu qeyd etmişlər. Bu barədə etirazlarını məhkəməyə təqdim edərək inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdlər. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid məhkəmə iclasında bildirmişdir ki, o Qarabağ ərazisində "xxxx" MMC-də işləmişdir. Rəsmi şəkildə Şəxs MMCdə işləməmişdir. Qarabağ ərazisində olan zaman onunla eyni rayondan olan dostu Kamil Qaybalıyev Şəxs MMC-də işləyirdi. xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi oldu və orada rəhmətə getmişdir. Hadisə olanlan ərəfədə həmin əraziyə özü də getmişdir. Buna görə də X5 tərəfindən izahatı alınmışdır. Hadisə olan ərəfədə "xxxx" MMC-də əmək müqaviləsi ilə rəsmi işçi olmuşdur. Lakin həmin müəssisədəki işdən çıxmaq istəyirdi. Dostu Kamil ona təklif etmişdir ki, onun işlədiyi Şəxs MMC-də işə başlasın, bəzən onu əvəz etməsini də istəmişdir. Həmin müəssisədə Paşa adlı şəxslə görüşmüşdür. Müəssisədən heç bir əmək haqqı almamışdır. Rəsmi sənədlər təqdim etəməmişdir. Hadisə olandan sonra da işlər dayanmış, həmin müəssisədə işləməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs MMC-də 2017-ci ilən maliyyə direktoru vəzifəsində çalışır. Müəsisənin daxili qaydalarına və qanunvericiliyikn tələblərinə əsasən işçilərin şirkət tərəfindən işə göürülməsi Bakı ofisində həyata keçirilir. Müəssisənin 400-ə yaxın işçisi vardır. Qarabağ əraizində həyata keçirilməli layihə üçün də işçilərin hər biri Bakı ofisində seçilmiş, müvafiq sənədləşmələr aparılmış, portaldan icazə alınmaqla əraziyə göndərilmiş, iş şəraiti ilə tanış olmuşlar və əmək müqavilələri bağlanmaqla işlərə cəlb edilmişlər və hər birinin əmək haqqısı ödənilmişdir. Əlavə hansısa bir şirkətin işçisinin onların layihələrinə cəlb edilməsi qeyri-mümkün idi. Üstəlik həmin ərazidə nəzarət çox güclüdür və şirkətlər öz işçilərini digər şirkətə verə bilməslər. Həmçinin bədbəxt hadisə olan vaxtı artıq layihə bitmə ərəfəsində idi və heç bir işəgötürən layihənin sonunda işçi götürmək istəməz. Şahid adlı şirkətin işçisi olmamışdır və heç bir işə də cəlb edilməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyə kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasənda protokol tərtib edilmiş, Səbuhi Əhmədovun kimin tərəfindən işə cəlb olunması məsələsi də araşdırılmadan, ümumiyyətlə şəxsin işə cəlb olunub-olunmaması, həmin vaxt harda işləməsi müəyyən edilmədən səthi araşdırılma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Şahid hadisə olan vaxt "xxxx" MMC-nin işçisi olmuş, həmin MMC-nin Qarabağ ərazisində aparılmış layihəsində çalışmışdır. Qeyd olunan hal, həm “Mygov” portalından əldə edilmiş çıxarışda, həm də şəxsin izahatında öz əksini tapmışdır. Bundan başqa bədbəxt hadisə zamanı dünyasını dəyişmiş X4 Məmmədovun yaxın münasibətlərinin olduğunu və ona özünün işlədiyi şirkətə keçərək işləməsi təklifini Kamilin etdiyini də məhkəmə iclasında bildirmişdir. Müsəssisədə məsul şəxsin onu hər hansı işlərə cəlb etmədiyini, Kamilin bəzən onu əvəz etməsini istədiyini bildirmişdir ki, qeyd olunan fakt da heç bir sübutla öz təsdiqini tapmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X5 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxsin hüquqi şəxs tərəfindən hansı əməyə cəlb olunub-olunmaması araşdırılmamış, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunmuş, məhkəmə iclasında da qeyd olunan məsələlərə aydınlıq gətirməməklə məhkəmə iclasında iştirak etməkdən yayınmışlar. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 18 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar