Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2223/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin nümayəndəsi X18, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X9 nümayəndəsi və vəkli Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, "xxxx" MMC-nin direktoru X21 Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X21 Azərbaycan Respublikasınən Əmək və X20 Nazirliyi yanında X22 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi (bundan sonra - DƏMX) tərəfindən barəsində 1 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.Protokola əsasən, DƏMX tərəfindən müəyyən edilmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X10, Əliyev Loğman Vəkil oğlu, X11, X24, X12, X19, X2, X25, X26 işəgötürən tərəfindən AR ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 may 2024-cü il tarixdən 2 iyul 2024-cü il tarixədək işlərin yerinə yetirilməsinə cəlb olunmuşlar. Lakin Əmək və X23 qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmişdirBaşqa sözlə, DƏMX fiziki şəxslərin adlarının “Qarabağ və Şərqi Zəngəzur giriş icarə sistemi”ndə olmasını əsas gətirərək, həmin şəxslərin "xxxx" MMC tərəfindən əmək fəaliyyətə cəlb edilməsi nəticəsinə gəlmişdir.AR İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi şəxsin adının icazə portalında olması deyil, şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsidir. Hər hansı şəxsin adının icazə portalında olması onun həmin ərazidə əmək fəaliyyətinə cəlb edilməsini təsdiq etmir.Qeyd edilən şəxslərlə 2024-ci il may ayı ərzində əmək müqavilələri bağlanmış və buna müvafiq olaraq da “Qarabağ və Şərqi Zəngəzur giriş icazə alt sisteıni”ndə həmin şəxslər üçün icazə alınmışdır. Lakin qısa müddət sonra həmiş şəxslərlə qarşılıqlı razılıq əsasında əmək müqavilələrinə xitam verilmişdir. X30 verilməsi haqqında əmrlərin surəti əlavə olunur. Göründüyü kimi, "xxxx" MMC tərəfindən AR Əmək Məcəlləsinin bütün tələblərinə tam şəkildə riayət olunmuş, işçilərlə X6 və ona xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla həyata keçirilmişdir. İcazə alınmış şəxslərinin adının portalda qalması hər hansı inzibati xəta yaratmır. AR İXM-nin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri AR İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Lakin, iş üzrə materiallardan aydın olur ki, DƏMX istinad etdiyi inzibati xətanın törədilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yalnız “Qarabağ və Şərqi Zəngəzur giriş icazə alt sistem”ində mövcud olan məlumatlara əsaslanaraq, "xxxx" MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində şübhələnərək, yalnız bu şübhənin əsasında tamamilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün həmin maddədə nəzərdə tutulan fakt, yəni işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi sübuta yetirilməlidir. Şəxslərin həmin əraziyə giriş-çıxış icazələrinə malik olması nəinki onların işə cəlb edilməsi faktını, heç həmin şəxslərin həmin əraziyə daxil olub-olmadıqları faktını belə təsdiqləmir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru "xxxx" MMC-nin direktoru X9 nümayəndəsi və vəkili Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək barəsində olan Azərbaycan Respublikasınən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin nümayəndəsi X31 protokolu müdafiə edərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin direktoru X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat miqdarında şərti cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. X6 ilə bağlı X7 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Əliyev Loğman Vəkil oğlu işə götürülmüş, bu barədə məlumat xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. X30 verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrindən görünür ki, Əliyev Loğman Vəkil oğlunun əmək müvqailəsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X6 ilə bağlı X7 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən X11 işə götürülmüş, bu barədə məlumat xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. X30 verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrindən görünür ki, X3 əmək müvqailəsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X6 ilə bağlı X7 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən X10 işə götürülmüş, bu barədə məlumat xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. X30 verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrindən görünür ki, X4 əmək müvqailəsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X6 ilə bağlı X7 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən X12 işə götürülmüş, bu barədə məlumat xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. X30 verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrindən görünür ki, X5 əmək müvqailəsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X6 ilə bağlı X7 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən X19 işə götürülmüş, bu barədə məlumat xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. X30 verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrindən görünür ki, X8 əmək müvqailəsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X6 ilə bağlı X7 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən X26 işə götürülmüş, bu barədə məlumat xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. X30 verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrindən görünür ki, X14 əmək müvqailəsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X6 ilə bağlı X7 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən X24 işə götürülmüş, bu barədə məlumat xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. X30 verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrindən görünür ki, X15 əmək müvqailəsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X6 ilə bağlı X7 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən X25 işə götürülmüş, bu barədə məlumat xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. X30 verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrindən görünür ki, X16 əmək müvqailəsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. X6 ilə bağlı X7 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən X2 işə götürülmüş, bu barədə məlumat xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. X30 verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrindən görünür ki, X1 əmək müvqailəsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli "xxxx" MMC-nin direktoru X9 İXM-nin 192.1-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC-nin direktoru X9 əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 11 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2223/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2223/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver