Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2225/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan VAZ 21703 markalı, **-KN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində hərəkətdə olarkən X4 tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə barəsində inzibati qaydada tənbeh tədbiri tətbiq edilmiş və avtomobilim duracağa yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə X5 əməkdaşı tərəfindən idarə etdiyi avtomobillə saxlanıldığı zaman polis məmuru inzibati tənbehin hansı əsaslarla tətbiq olunması barədə ona heç bir məlumat verməmiş, fikrini yalnız guya avtomobilin yaylarını kəsməklə avtomobilə etdiyi “Konstruktiv Dəyişikliklər”lə əsaslandırmışdır. Polis Məmuruna avtomobilin heç bir texniki normativ tələblərini pozmadığını bildirsə də nəqliyyat vasitəsini əsassız olaraq duracağa yerləşdirilmişdir. Belə ki, VÄZ 21703 markalı avtomobili üçün Rusiya Federasiyasından sifariş etdiyi (sənəd qoşmaya əlavə edilir) yayların uzunluğu sadəcə qısa olduğundan avtomobil sadəcə kənardan “Konstruktiv Dəyişiklik” edilmiş halda görünür. Tərəfindən edilmiş yaylar tamamilə zavod istehsaladır və Rusiya Federasiyası tərəfindən müvafiq qaydada sertifikatlaşdırılmışdır. Bu isə o deməkdir ki, zavod istehsallı yayların qısa olması səbəbindən ona qanunsuz və əsassız olaraq inzibati qaydada tənbeh tədbiri tətbiq edilmiş və avtomobili duracağa yerləşdirilmişdir. Bu səbəbdən hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar əsassız və qanunsuz olduğundan ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış edərək “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-cı maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, işə yenidən baxılması Bakı şəhər X4 İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati xəta haqqında” Protokolun surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə, saat 15:40-da Bakı şəhəri, Heydər Əliyev prospektində “Vaz 21703” minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-nin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bununla da inzibati orqan inzibati xəta haqqında protokola baxaraq qərar qəbul edərkən X1 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Bakı şəhəri X4 İdarəsinə tapşırılmalı, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətdə göstərilən xüsusatlar yenidən ətraflı araşdırılmalı, müvafiq sübutlar əldə olunmaqla iş üzrə obyektiv qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhər X4 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2225/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2225/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver