Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2225/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair X3 tərəfindən verilmiş vəsatətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasıbda X3 qeyd edilən qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yazışmalar aparılmışdır. Buna görə də şikayətin verilməsi üçün əlavə müddət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən X3 vəsatəti müdafiə edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə yazışmalar aparılmış və idxal edilmiş malların məhv edilməsi ilə bağlı qərarın ləğv edilməsinə çalışmışlar. Bununla bağlı məhkəməyə müraciət etməmişlər. X2 Agentliyinə müraciət edilmiş, onlar da müraciətlərinə rədd cavabı verərək, məhkəməyə müraciət etmələrini bildirmişlər. Buna görə də yekunda məcbur olub məhkəməyə müraciət etmişlər. Hazırda şikayətin verilməsi üçün əlavə müddət verilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, vəsatət təmin edilməməlidir. Belə ki, mübahisələndirilən qərardan verilmiş şikayətin qanunla müəyyən edilmiş müddətini ötürməsini üzrlü hesab etməyə əsas verən hər hansı üzürlü səbəb təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər İXM-nin 130-cu maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi X3 tərəfindən buraxılmış, dəfələrlə məhkəməyə müraciət etmək hüquqları izah edilməsinə baxmayaraq, prosessual müddət buraxılmışdır. Məhkəmə hesab edir ki, bu səbəbdən müddətin bərpası mümkünsüzdür. Qeyd olunanlara əsasən və İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X3 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2225/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2225/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver