Məhkəmə qərarları › İş №3(005)-2227/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2227/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2227/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Nərimanov rayon icra məmuru tərəfindən edilən çağırışa əsasən müəyyən etdi ki, Azərbaycan Respublikaı Daxili işlər Nazirliyi tərəfindən barəsində guya tütün məmulatlarını ətraf mühitə atmağıma görə İXM-nin 212.4cü maddəsi ilə MN ******* saylı protokol tətib edilmiş və xx.xx.2023-cü il tarixli qərarla 50 manat məbləğində inzibati tənbehə məruz qalmışdır. İcra məmurunun bildirməsinə görə guya polis əməkdaşı ona yaxınlaşmış və o, şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Halbuki, bu cür hal ümumiyyətlə, baş verməmişdir. Belə ki, asan ödəniş sisteminə daxil olduqdan sonra orada bununla bağlı bir dənə olsun belə sübut tapa bilməmişdir. Nə foto, nə də videoçəkiliş olmamışdır. Azər Hüseynov adlı şəxslər çoxdur və kimsə bununla bağlı səhv məlumat vermiş və ya protokol tərtib edərkən səhv istinad edilmişdir. Belə ki, inzibati xətanın törədildiyi yer və saat ümumiyyətlə göstərilməmişdir. Həmin məcəlləyə əsasən, inzibati xəta haqqında protokolun və qərarın surətini almaq, onunla tanış olmaq hüququm da var ki, bunların heç biri təmin edilməmişdir. Onun bu inzibati xətaya heç bir aidiyyəti yoxdur. Ona görə də məhkəmədən MN ******* saylı protokol üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli 50 manat cərimə olunmağımı nəzərdə tutan inzibati xəta haqqında qərarı ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinin tələbinə əsasən xitam verməyinizi xahiş etmişdir. Bundan əlavə barəsində xx.xx.2023-ci il tarixli EQ 15531857 saylı inzibati xəta haqqında protokol üzrə dövlət yol polisi idarəsi tərəfindən qərar qəbul edilmişdir. Guya o X3 yolunun 96-cı kilometrliyində hərəkət sürətini aşmış və 328.1 -ci maddədə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ən gülməli tərəfi odur ki, işə əlavə edilnə fotoşəkildən görünür ki, inzibati xətanı mən deyil ** YP *** nömrəli dövlət yol patrul xidmətinə məxsus olan avtomobil törətmişdir. Sadəcə gün işığı düşdüyündən seriyanın YP hərfləri, VP kimi oxunmuş və ona inzibati xəta haqqında protokol tərtib edilmişdir. Açıq-aşkar görünür ki, onun bu inzibati xətaya da aidiyyəti yoxdur. Hazırda bununla da bağlı ayrıca şikayət vermişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, qərarın heç bir araşdırma və yoxlama aparmadan qəbul edildiyini bildirmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış inzibati qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 212.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi səbəbilə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan X6 barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Belə ki, inzibati X5 İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz təsdiqini tapmadığından, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərəfindən qəbul edilmiş MN seriyalı xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməlidir və yenidən araşdırılma aparılması üçün inzibati tənbeh barədə qərar qəbul edən quruma göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxs) qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, şəxs təqsiri olmayan hesab edilməlidir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs təqsirsizliyini sübut etməyə borclu deyil və bütün şübhələr onun xeyrinə həll edilməlidir. Azərbayçan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən vəya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Qeyd olunan Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, barəsində icraat aparılan və zərərçəkmiş şəxslərin, şahidlərin izahatları və digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertizanın rəyi ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sadalananları nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar