Məhkəmə qərarları › İş №3(005)-2229/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2229/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2229/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmanlı Pınar Zakir qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X7, "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakları ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 16 iyul 2024-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən vətəndaş X8 xx.xx.2024-cü il tarixdən, X13 xx.xx.2024-cü il tarixdən və X19 xx.xx.2024-cü il tarixdən bugünədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetiriməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X18 protokola uyğun ifadə verərək müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X9 çıxış edərək bildirmişdir ki, X8 ilə əmək müqaviləsi bağlanılmış və bu barədə əmək müqaviləsi bildirişi sistemə əlavə edilmişdir, xx.xx.2024-cü il tarixdə isə müddətli X17 verilmişdir. X13 ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmış və bu barədə əmək müqaviləsi bildirişi sistemə əlavə edilmişdir, xx.xx.2024-cü il tarixdə isə müqavilə müddəti bitmişdir. X19 ilə isə xidmət müqaviləsi bağlanılmışdır və işlərin görülməsinə cəlb edilmişdir. Elektron sistemdən də verilmiş çıxarışdan aydın olur ki, həmin şəxslərə verilmiş icazə deaktiv olunmuşdur. Qeyd edilən ifadələrin nəzərə alınmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, vətəndaş X8 xx.xx.2024-cü il tarixdən, X13 xx.xx.2024-cü il tarixdən və X19 xx.xx.2024-cü il tarixdən bugünədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetiriməsinə cəlb edilmişdir. Məhkəmədə tədqiq edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı X3 görünür ki, X1 İşaat Turizm X11 Sanayi və Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2024-cü il tarixdə işə başlamış, bununla bağlı əmək müqaviləsi xx.xx.2024cü il tarixdə bağlanılmış, xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Məhkəmədə tədqiq edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı X3 görünür ki, X2 İşaat Turizm X11 Sanayi və Ticaret Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2024-cü il tarixdə işə başlamış, bununla bağlı əmək müqaviləsi xx.xx.2024cü il tarixdə bağlanılmış, xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Məhkəmədə tədqiq edilmiş X17 Verilməsi ilə bağlı X3 görünür ki, X6 müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, həmin tarixdə də sistemə daxil edilmişdir. Məhkəmədə tədqiq edilmiş X17 Verilməsi ilə bağlı X3 görünür ki, X5 müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, həmin tarixdə də sistemə daxil edilmişdir. Məhkəmədə tədqiq edilmiş Sistemdən əldə edilmiş çıxarışdan görünür ki, X8, X6 işğaldan azad edilmiş ərazilərə giriş məqsədi ilə alınan portaldan icazə deaktiv edilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 0**-GM-***4 saylı Xidmət Müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru Engin Bingöl ilə X19 arasında xidmət müqaviləsindən görünür ki, müəssisə ilə X19 arasında bir sıra xidmətlərin göstərilməsi səbəbilə xidmət müqaviləsi imzalanmışdır. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin Azərbyacan Respublikasının Əmək və X12 Nazirliyi yanında X16 Xidmətinə ünvanlanmış məktubdan görünür ki, qeyd edilən müəssisə X14 işğaldan azad edilmiş ərazilərədə giriş (portal) icazəsi olması və müəssisə daxilində daxili xidmət müqaviləsinin olması barədə məlumat vermişdir. "xxxx" MMC ilə X23 X11 Sanayi və Ticaret Limited Şirkəti arasında olan xx.xx.2024cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, iş üzrə zəruri materialları nəzərdən keçirərək hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 16 iyul 2024-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, "xxxx" MMC ilə X23 X11 Sanayi və Ticaret Limited Şirkəti arasında olan xx.xx.2024-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. "xxxx" MMC tərəfindən işlərə cəlb edilmiş 3 nəfər şəxslə əmək müqaviləsi mövcud olmuşdur. İşğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilmişlər, həmin şəxslərin müqavilə müddəti ərzində həmin ərazilərə keçid üçün portal icazələri olmuşdur və daha sonradan deaktiv edilmişdir. Məhkəməyə təqdim edilən müvafiq sübutlarla müəyyən edilmişdir ki, protokolda qeyd edilən tarixlər aralığında hər 3 şəxsin əmək müqviləsi olmuş bu barədə sistemə məlumat yerləşdirilmiş, həmçinin daha sonra xitam müqavilələri və işğaldan azad edilmiş ərazilərə getmək üçün əldə edilən icazələr deaktiv edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar