Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2230/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 vəkili “Femida” Vəkil Bürosunun vəkili X11 iştirakı ilə, X3 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X6 MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində mülkiyyət hüququ üzrə ona məxsus Binəqədi rayonu, S.S.Axundov küçəsi 3F-də yerləşən “Terasa Pub”-ın qapalı yer olduğuna və karantin rejimi qaydaları pozulduğuna görə barəsində Binəqədi RPİ-nin 5-ci PBnin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1-ci maddəsinə əsasən ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixində inzibati tənbeh vermə haqqında ******* saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərar xx.xx.2020-ci il tarixində ona təqdim edilmişdir. Polis əməkdaşları qanunvericiliyin tələblərinə əməl etməməklə bərabər hüquqlarını kobud şəkildə pozmuşlar. Hesab edir ki, hüquqları kobud şəkildə pozulmuş və məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli qərarına əsasən, 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilmişdir. Həmin qərarda göstərilmişdir ki, ictimai iaşə obyektinin açıq sahəsi dedikdə, ən azı 3 tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur. Ona məxsus “Terasa Pub” restoranı yüngül konstruksiyalı tikili olduğuna görə, həmin obyektin 3 tərəfi şüşəlidir. Bundan başqa hava şəraitinin isti keçməsi və obyektdə kondisionerin olmamasından yay fəsli ərzində obyektin 3 tərəf tamamilə açıq olur və hava axınına tam açıq sahədir. Operativ Qərargahın müvafiq qərarından sonra digər inzibati orqanların əməkdaşları tərəfindən obyektə baxış keçirilmiş, həmin qərarda göstərilən müddəalara uyğun olduğuna görə fəaliyyətində hər hansı bir problemin olmayacağını bildirmişlər. Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu o imzalamamışdır. Bunu ərizədə, həmçinin şəxsiyyət vəsiqəsində olan imzası ilə protokolda olan imzaya nəzər yetirilsə açıq şəkildə görmək mümkündür. Hesab edir ki, protokol tərtib olunan zaman inzibati orqanın əməkdaşları tərəfindən Operativ Qərargahın xx.xx.2020-ci il tarixli Qərarı və İXM-in müvafiq maddələrinin müddəaları kobud şəkildə pozulmuşdur. Göstərilən əsaslara görə ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərar qanuni hesab edilə bilməz, ona görə də həmin qərar və bu qərar əsasında verilmiş nəticələr ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X3 vəkili X13 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında göstərdi ki, “Terasa Pub” restoranı yüngül konstruksiyalı tikili olduğuna görə, həmin obyektin 3 tərəfi şüşəlidir. Bundan başqa hava şəraitinin isti keçməsi və obyektdə kondisionerin olmaması səbəbindən yay fəsli ərzində obyektin 3 tərəfi tamamilə açıq olur və hava axınına tam açıq sahədir. Həmin sahədə müştərilərə xidmət göstərilməsinə qanunla icazə verilmişdir. Buna baxmayaraq hüquqlarını müdafiə etdiyi şəxsin barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv ediləsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X14 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, S.Axundov küçəsi 37-də yerləşən “Terasa Pub ” restoranında qapalı yerdə fəaliyyət göstərmişdir. Nəticədə İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, S.Axundov küçəsi 37-də yerləşən “Terasa Pub” restoranında qapalı yerdə fəaliyyət göstərdiyinə görə İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariyaepidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ictimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur. İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən məhdudiyyətlərin X5 tərəfindən pozulması müəyyən olunmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərlə müəyyən olunur ki, Bakı şəhəri, S.Axundov küçəsi 37-də yerləşən “Terasa Pub” restoranı ikimərtəbəli binanın üç tərəfdən bütövlükdə hava axınına tam açıq 2-ci mərtəbəsində, yəni açıq hava sahəsində yerləşir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, ictimai iaşə obyektlərində müştərilərə açıq hava sahəsində yerində xidmətlərə icazə verilmiş və açıq hava sahəsi dedikdə, həmçinin ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə də nəzərdə tutulur. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqan “Terasa Pub” restoranın yerləşmə vəziyyətini, yəni üç tərəfdən bütövlükdə hava axınına tam açıq sahədə olmasını nəzərə almadan obyekti əsassız olaraq qapalı obyekt kimi qiymətləndirmiş və bunun əsasında X4 vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X2 Çərkəz Müftəlim oğlunu vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edərkən “Terasa Pub” restoranın açıq hava sahəsində yerləşməsini nəzərə almamış və onu əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmçinin qəbul edilmiş inzibati tənbeh vermə barədə qərarda əsassız olaraq “Terasa Pub” restoranın qapalı məkanda yerləşməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X3 vəzifəli şəxs kimi məsuliyyət daşıdığı “Terasa Pub” restoranın açıq sahədə yerləşməsi və belə bir sahədə yerləşən obyektdə müştərilərə xidmət göstərməsinə qanunla icazə verilməsi kimi halları nəzərə almadan onun barəsində İXM-in 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X3 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş nöqsanlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı, “Terasa Pub” restoranın açıq sahədə yerləşməsi məsələsinə diqqət yetirilməli və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X3 barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Binəqədi RPİ-nin 5-ci PB-yə göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2230/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2230/2020
03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver