Məhkəmə qərarları › İş №3(005)-2230/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2230/2023

21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2230/2023 21.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 01 (bir) övladı olan, Sumqayıt şəhəri X9, B- 237 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X6 tərəfindən Şəxs barəsində 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş protokollardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixində Nərimanov rayonu, F.Xan.Xoyski 98 ünvanında olarkən küçədə ünvansız nalayiq söyüşlər söymüş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru X6 bildirmişdir ki, xx.xx.2023-cü il tarixində inzibati ərzidə xidmətdə olarkən “Gənclik mall”un qarşısında Bakı şəhər X22 şöbəsinin yol patrul xidmətinin əməkdaşlarının köməyə ehtiyacı olduğu üçün qeyd olunan əraziyə yaxınlaşmışlar və bu zaman Şəxs polis əməkdaşlarına tabesizlik etdiklərini görmüş və həmin şəxsi intizama dəvət etdikdə iradlarına məhəl qoymamış, onu sakitləşdirməyə yönəlmiş hərəkətlərinə qarşı nalayiq söyüşlər söyməklə, əl-qol hərəkətləri ilə cavab vermişdir. Bu səbəbdən həmin şəxsi polis idarəsinə gətirmək istəyərkən o, hətta polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş və onu məcburi şəkildə avtomobillə idarəyə gətirmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyək izahatında göstərmişdir ki, hadisə günü taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə “Gənclik mall”un qarşısında müştəri gözləyərkən polis əməkdaşı ona yaxınlaşaraq avtomobil ilə burada dayanmamasını, irəli sürməyini bildirmişdir. Bu zaman o, polis əməkdaşına indi gedəcəyini bildirmişdir. Daha sonra isə polis əməkdaşı onun barəsində protokol tərtdib etdiyini bildirərək protokolu ona vermişdir. Daha sonra isə digər polis əməkdaşı ona yaxınlaşaraq avtomobildən düşməsini bildirmiş o isə bunun səbəbini soruşmuş bu zaman mübahisə yaranmışdır. Daha sonra polis idarəsinə aparılmışdır. Məhəkmə iclasında şahid qismində dindirilən X20 İdarəsinin əməkdaşı X7 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə “Gənlik mall” yaxınlığında xidmət apararkən ticarət mərkəzinin qarşısında dayanmış avtomobili idarə edən vətəndaşdan burada dayanmamasını, avtomobilini oradan çəkməsini bildirmiş, lakin Şəxs ona etiraz etmişdir. Daha sonra isə Şəxs onu videoya çəkməyə başlamışdır. Bunu gördükdə ona iradını bildirərək onu videoya çəkməməsini mobil telefonunu aşağı salmasını bu zamanda səs yazısının düşdüyünü bildirmişdir. Bundan başqa Şəxs sənədlərini təqdim etməkdən imtina etmiş və nalayiq ifadələrlə onu söyməyə başlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün qismən etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddələrinə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 iyul 2023-cü il tarixdən saat 19:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy İş № 3(005)-1343/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 03 may 2023-cü il Bakı şəhəri Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru Rəvan Salayev Zərərçəkmiş şəxs- X11 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs və müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxılır. İclas saat 13:00-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və inzibati protokolu tərtib edən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edirlər. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və iştirakçılardan azərbaycan dilində başa düşməklərini və danışa bilmələrini soruşur. İşdə iştirak edənlər hər biri ayrı-ayrılıqda azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı Nərimanov rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrlik etdiyini, məhkəmə iclas katibinin X3 olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqularını və etitaz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən iştirakçıların şəxsiyyətini və səlahiyyətini müəyyənləşdirir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1985-ci il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 7-ci Zığ küçəsi ev 117-də qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Şəxs Müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8. (order iş materillarına əlavə edildi) İnzibati xəta haqqında protokol tərtib edən şəxs: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru Rəvan Salayev. Zərərşəkmiş şəxs: X17, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay Azərbaycan Respublikasının vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olan Sədrlik edənin sualına cavab barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən işdə iştirak edənlərə onların İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçılarının hər biri hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirir. Sədrlik edən Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 hüquqlarının müdafiəsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edir. Sədrlik edənin sualına cavab barəsində inzibati xəta haqqında haqqında iş üzrə icraat aparılan şəxs: - Məhkəmədə hüquqlarımın müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən müdafiə edilməsinə etiraz etmirəm. Sədrlik edən müdafiəçini elan edir. Müdafiəçi: - X8. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili, order iş materiallarına əlavə olunub. Sədrlik edən proses iştirakçılarına müdafiəçinin prosesində iştirakını istisna edən halları izah edir və müdafiəçiyə etiraz etmək barədə vəsatətin olub-olmamasını müəyyənləşdirir. Müdafiəçiyə etiraz edilmədi. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsə izahat verməyi təklif edir. Protokol tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin sahə inspektoru Rəvan Salayev oğlunun izahatı: - Hörmətli hakim! xx.xx.2023-cü il tarixdə Şəxs "Tiktok" sosial şəbəkəsində canlı yayımda X13 təhqir etməsi əməli ilə cəmiyyətə qarşı hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törətmiş, bundan başqa Hüseynov Xaqani izahatının alınması məqsədilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində 18-ci Polis Şöbəsinə dəvət olunmuşdur. X10 18-ci Polis Şöbəsinə gələrək heç bir səbəb olmadan yüksək səslə danışmağa başlamış, polis şöbəsinə əsassız dəvət olunduğunu iddia edərək polisin ünvanına nalayiq ifadələr işlətmiş, vətəndaş intizama dəvət olunmasına baxmayaraq, polis əməkdaşının qanuni tələblərinə tabesizlik göstərmiş, bununla da polis şöbəsinin normal iş rejimini pozmuşdur. Ona görə də şəxs barəsində inzibati qatdada həbs verilməsini xahiş edirəm. Sual daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat verməyi təklif edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı: - Hörmətli hakim! Özümü qismən təqsirli bilirəm. xx.xx.2023-cü il tarixdə "Tiktok" və "İnstagram" sosial şəbəkəsində Azər Əmirov adlı şəxs "Xəbər-1" səhifəsində mənim adımdan saxta səs yazısı yayaraq məni rüsvay etmək istəmişdir. Mənim nüfuzuma ləkə salmaq istənilmişdir. Bundan sonra mən, əsəblərimi cilovlaya bilməmişəm və "Tiktok" sosial şəbəkəsində canlı yayım açaraq bu barədə açıqlama vermişəm və mənim barəmdə yalan məlumat yayan şəxsi təhqir etmişəm. X21 da canlı yayıma qoşularaq məni təhqir etmişdir. Bundan başqa mən Polis Bölməsinə çağırılan zaman idarənin qarşısında sosia şəbəkədə açıqlamalar vermişəm. Polis əməkdaşlarını təhqir etməmişəm və onların tələblərinə tabe olmuşam. Bununla yanaşı Polis Bölməsinə haqsız yerə dəvət edildiyimi qeyd etmək istəyirəm. Əməlimdən peşmanam və barəmdə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. Sədrlik edənin sualına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs cavabı: -Polisə qarşı heç bir nalayiq ifadələr və təhqiramiz söz deməmişəm. - Polis əməkdaşları tərəfindən mənə qarşı heç bir təziq olmamışdır. -Mən heç bir halda polis əməkdaşlarını etməmişəm. Mənim haqqımda xəbər paylaşan insanları təhqir etmişəm. Müdafiəçinin sualına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs cavabı: -Polis əməkdaşları tərərfindən məndən izahat alınmayıb və imza belə atmamışam. -Polisə qarşı hər hansı bir müqavimət gösətrməmişəm, qanuni tələblərinə zidd olacaq hər hansı bir davranışım olmayıb. Sədrlik edən barəsində zərərçəkmiş şəxsə izahat verməyi təklif edir. Zərərşəkmiş şəxs X11 izahatı: - Hörmətli hakim! - xx.xx.2023-cü il tarixdə “Tik-Tok" sosial şəbəkəsində mənə məxsus olan "Xəbər-1" səhifəsində “Xaqocan” adlı səhifənin sahibi olan Xəqani Hüseynov adlı şəxsin qanunsuz əməlləri barəsində xəbər paylaşmışdır. Həmin məlumatlar digər sosial mediya saytları tərəfindən də paylaşılmışdır. Məm paylaşım edəndən sonra da orda paylaşımın mənbəyini də göstərmişdim. Bundan sonra "Xaqocan" adlı səhifənin sahibi canlı yayım açaraq hər kəsin içərisində mənim ünvanıma nalayiq ifadələrlə təhqirlər etmiş, mənim harda olduğumu deyən şəxsə 500 manat mükafat verəcəyini bildirmişdir. Ona görə də həmin şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən sualına cavab zərərçəkmiş şəxs: - Şəxs şikayətçiyəm. Aramızda barışıq yoxdur. -Yardım kampaniyası ilə bağlı səs yazı paylaşılmışdı. Müdafiəçinin sualına cavab zərərçəkmiş şəxs: -Həmin səs yazısı əvvəlcədən paylaşılmışdı. Mən də ordan götürüb paylaşmışam. Əlavə sual daxil olmadı. Sədrlik edən müdafiəçinin münasibətini soruşur. Müdafiəçi 15 saylı Vəkil Bürosunun vəkili X8: -Möhtərəm hakim! Qeyd olunanlardan görünür ki, şəxs barəsində qanunsuz olaraq səs yazısı paylaşılıb. Şəxsin nüfuzuna xələl vurmaq üçün bu cür yola əl atılıb. Şəxs yardımsevər insandı. O, atasız uşaqlara yardım göstərir. Hazırda 10000 ailəyə yardım göstərir. Sadəcə burda şəxsin barəsində düzgün olmayan məlumatlar paylaşıldığından əsəbləşib və “Tik-Tok" sosial şəbəkəsində canlı yayım açaraq şəxs barəsində bəzi ifadələr söyləmişdir. Hazırda isə qarşı tərəfdən üzür istənilib. Ona görə də şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən işdə iştirak edən şəxslərin əlavə və vəsatətlərinin olub-olmadığını müəyyənləşdirir. İşdə iştirak edən şəxslərin əlavələri və vəsatətləri olmadı. Sədrlik edən çıxış üçün proses istirakçılarına söz verir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: - Hörmətli hakim! Qanuni qərar qəbul etməyinizi Sizdən xahiş edirəm. Zərəçəkmiş şəxs: - Hörmətli hakim! Qanuni qərar qəbul etməyinizi Sizdən xahiş edirəm. Müdafiəçi: - Hörmətli hakim! Barəsində inzibati icraat aparılan şəxsin barəsində iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hörmətli hakim! Barəmdə iş üzrə icraata xitam verilməsini xahiş edirəm. Sədrlik edən inzibati material üzrə sənədlər elan edilib məhkəmə baxışı keçirilir. Sədrlik edən müşavirə otağına getməsini elan edir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 13:20-də bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar