Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2230/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilən 00100-01741/25 nömrəli, 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, AZ1033 , Bakı səhəri Nərimanov rayonu, X1 ev 8 mənzil 23, ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) ünvanına 42197145, nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********9723 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Bas Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına göndərilən **********9723 sorğu nömrəli gömrük bəyannaməsi ilə göndərilən 42197145, nömrəli nəqliyyat vasitəsi ilə gələn mallara dair qısa idxal bəyannaməsi tərtib olunmayıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 00100-00381/25 nömrəli, 13 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ünvanına 42197145 nömrəli vaqonda daxil olmuş malların xx.xx.2025-ci il tarixli **********9723 sorğu nömrəli gömrük bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-546/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarını araşdırarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsidə eyni əməl üzrə, yəni Şəxs MMC-nin ünvanına göndərilən **********9723 sorğu nömrəli gömrük bəyannaməsi ilə göndərilən 42197145, nömrəli nəqliyyat vasitəsi ilə gələn mallara dair qısa idxal bəyannaməsinin tərtib olunmaması əsası ilə 00100-01741/25 nömrəli, 21 iyun 2025-ci il tarixli və 00100-00381/25 nömrəli, 13 fevral 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokollar tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-546/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində hazırki iş üzrə törədildiyi qeyd olunan inzibati xətaya baxılıq yekun qərar qəbul edildiyindən artıq 00100-01741/25 nömrəli, 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola məhkəmə tərəfindən münasibət bildirilə bilməz. İşin faktiki hallarının və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmə əsaslarının eyniliyini, eyni məsələ barədə preyudisial əhəmiyyətə malik məhkəmənin qüvvədə olan qərarının olmasını, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə əsasən həqiqətin müəyyən edilməsinin təmin etməyin məhkəmə icraatının vəzifəsi olduğunu nəzərə alaraq qeyd edilməlidir ki, yuxarıda göstərilən qərar Şəxs MMC-nin barəsində eyni əsaslarla qərar olduğundan Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 00100-01741/25 nömrəli, 21 iyun 2025-ci il tarixli protokulu üzrə icraata İXM-in 53.1.7-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 31, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 00100-01741/25 nömrəli, 21 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2230/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2230/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver