Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2232/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra Şöbəsi tərəfindən “X8” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 30 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-932/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4139/2024 saylı xx.xx.2024-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-852/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədləri icra edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, “X8” MMC Bakı Kommersiya Məhkəməsinin e-2-(113)- 932/2024 saylı, xx.xx.2025-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 4139/2024 saylı xx.xx.2024-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 852/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərini yerinə yetirməmişdir. Bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-932/2024 saylı, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs1 MMC ilə “X8” MMC arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5697 (beş min altı yüz doxsan yeddi) manat əsas borc, 220 (iki yüz iyirmi) manat cərimə məbləği olmaqla ümumilikdə 5917 (beş min doqquz yüz on yeddi) manat məbləğində pul, Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (yüz on) manat pul “X8” MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməli idi. Lakin hazırkı vaxtadək müxtəlif bəhanələrlə bu ödənişlərin edilməsi yubadılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzra icraat aparılan vəzifəli şəxsə və digər iştirakçılara məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-932/2024 saylı, xx.xx.2024-ci il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs1 MMC ilə “X8” MMC arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5697 (beş min altı yüz doxsan yeddi) manat əsas borc, 220 (iki yüz iyirmi) manat cərimə məbləği olmaqla ümumilikdə 5917 (beş min doqquz yüz on yeddi) manat məbləğində pul “X8” MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməlidir. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 110 (yüz on) manat məbləğində pulun cavabdeh “X8” MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-4139/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh “X8” MMC-dən iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, SA/15092023 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 9400 ( doqquz min dörd yüz) manat əsas borc və ödənilmiş 114 (yüz on dörd) manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-852/2025 saylı, xx.xx.2025-ci il tarixli “Qiyabi qətnaməsi”-dən görünür ki, cavabdeh “X8” MMC-dən 3340.02 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 54 manat pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 MMC-yə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-932/2024-033 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X8” MMC-yə göndərilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-4139/2024-013 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X8” MMC-yə göndərilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-852/2025-029 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu “X8” MMC-yə göndərilmişdir. “Xarici valyutanın satışının və alışının banka həvalə edliməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-4139/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu “X8” MMC-nin hesabında olan xarici valyuta ilə pul vəsaitləri üzərinə həbs qoyulmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2- (113)-4139/2024-013 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində nəzərdə tutulmuş həcmdə satışı banka həvalə edilmişdir. Bir neçə icra sənədinin ümumi icraata birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-932/2024-033 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-4139/2024-013 saylı, xx.xx.2024-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin e-2-(113)-852/2025-029 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli ərizəsi və ona əlavə olunan sənədlərdən görünür ki, o, “X8” MMC-nin təsisçi və direktor vəsifəsindən 7 avqust 2024-cü ildə azad olunmuş, vergilər xidmətinə müraciət olunmadığına görə sistemdə hüquqi şəxsin rəhbəri kimi görsənir. Hazırda isə şirkətin rəhbərindən bu barədə müraciət edilməsi xahiş edilmişdir. Təsis payının bağışlanması haqqında xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş müqavilədən görünür ki, Şəxs “X8” MMC-də olan nizamnamə kapitalındakı 100 faiz olan payı X1 bağışlamışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də inzibati xəta haqqında iş üzrə icraat materialında olan sənədləri nəzərdən keçirib sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyektinin Şəxs olması iş materialları ilə öz təsdiqini tapmadığına görə şəxsin əməlində inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, təsis payının bağışlanması haqqında notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Şəxs “X8” MMC-də olan nizamnamə kapitalındakı 100 faiz olan payı X1 bağışlamışdır. Lakin icra məmuru tərəfindən həmin xüsusat araşdırılmamış, Şəxs hüquqi şəxslə hazırkı əlaqəsi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş borc məbləğinin ödənilməsində məsul şəxs olması iş materialları ilə qəti olaraq məlum deyildir. Qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs borcu hüquqi şəxslə faktiki olaraq heç bir bağlılığı olmadığı halda onun hər hansı öhdəliyi və ya tələbi yerinə yetirməsi absurddur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, “X8” MMC-nin rəhbəri kimi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.2, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X8” MMC-nin rəhbəri kimi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2232/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2232/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver