Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2233/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 335.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 332.3 və 335.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyü YPX-nin inspektoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-in 332.3 və 335.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokollar və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılan həmin Məcəllənin müxtəlif maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərin dairəsi göstərilmiş və orada Məcəllənin 332.3 və 335.1-ci maddələri əks olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə fərmanından görünür ki, Azərbaycan Respublikası İXM-nin 332.3 və 335.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 332.3 və 335.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmələr deyil, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 332.3 və 335.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmədə baxıla bilməz. Həmin işlərə inzibati xətalar haqqında protokolları tərtib etmiş səlahiyyətli orqanın özü tərəfindən baxılıb, qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 111, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 335.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə geri qaytarılsın. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2233/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2233/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver