Məhkəmə qərarları › İş №3(005)-2244/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2244/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2244/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 05 iyul 2022-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, Şəxs ünvan 1 ünvanında yerləşən “Mətanət A" MMC-yə məxsus anbarın ərazisində yükləmə-boşaltma işlərinin aparıldığı meydançanın mövcud qaydaların tələblərinə uyğun hazırlanması təmin edilmədiyinə görə, «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları»nın (HПAOП 63.12-1.05-79) 1.3, 2.1 bəndlərinin tələblərini pozaraq xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində X2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun nümayəndəsi X4 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 xx.xx.2022-ci il tarixli, 50 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş M.B.Qəhrəmanovun bədən səthində aşkar edilmiş xəsarət sag budun arxa çıxığı ilə müşayiət olunan sağ sirkə kasasının çox qəlpəlı yerdəyişmiş sınığı (osteosiniez əməliyyatından sonrakı vəziyyət) küt əşyanın təsirindən törənmişdir: qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci it tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 xx.xx.2022-ci il tarixli, T 234/2022 nömrəli ekspert rəyindən görünür ki, M.B.Qəhrəmanovda sağ sirkə kasasının çoxqəlpəli yerinidəyişmiş sınığı, budun arxa yuxarı çıxığı, sol qasıq və oturaq sümüklərinin çoxqəlpəli yerinideyişmiş sınıqları, sağ oturaq sümüyünün yerdəyişmiş sınığı, L5 fəqərəsinin yan çıxıntılarının yerinidəyişən sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda götərilən vaxtda və şəraitdə, yəni 04 01.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin onu vurması və ya avtokarın yük qaldırıcı hissəsinin ona dəyməsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixli, 50 saylı saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizanın 29 iyun 2022-ci il tarixli, 10/3641 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 'Mətanət A" MMC-yə məxsus anbarın ərazisində yükləmə-boşaltma işlərinin aparıldığı meydançanın mövcud qaydaların tələblərinə uyğun hazırlanması təmin edilmədiyinə görə, «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları»nın (HПAOП 63.12-1.05-79) 1.3, 2.1 bəndlərinin tələbləri anbarda rəhbərliyi heyata keçirmiş şəxs tərəfindən pozulmuşdur. Anbar ərazisində yük avtomobilindən avtokarla yüklərin boşaldılması işinin aparılması zamanı avtokarın işlədiyi zonada adamların olmasının qarşısını alan tədbirlər görmədiyinə görə, vəzifə təlimatının 22-cı abzasının və «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları»nın (HПAOП 63.12 - 1.05-79) 7.28-ci bəndinin tələbləri anbardar tərəfindən pozulmuşdur. Anbar ərazisində yük avtomobilindən avtokarla yüklərin boşaldılması işinin aparılması zamanı yaxınlıqda adamların (konkret olaraq X5) olması ehtimalına baxmayaraq səs siqnalından istifadə etmədiyinə görə. «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydalan»nın (HПAOП 63 12-1.05-79) 7.9 bəndinin tələbləri avtokar sürücüsü X7 tərəfindən pozulmuşdur. X3 zavod ərazisində yükləmə və boşaltma əməliyyatı aparılan yerdən 4 metr aralıda dayanmalı olduğu tapşırılmasına baxmayaraq, sonuncu həmin tapşırığa riayət etmədiyinə gorə. onun tərəfindən «Təşkilat. idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11 bəndinin tələbləri pozulmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon prokurorluğunda toplanmış 181-C- 22 nömrəli material üzrə əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi, “Mətanət A" MMC-də anbarlara rəhbərlik edən Şəxs əməlində Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ünvan 1 ünvanında yerləşən “Mətanət A" MMC-yə məxsus anbarın ərazisində yükləmə-boşaltma işlərinin aparıldığı meydançanın mövcud qaydaların tələblərinə uyğun hazırlanması təmin edilmədiyinə görə, «Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları»nın (HПAOП 63.12-1.05-79) 1.3, 2.1-ci bəndlərinin tələblərini pozaraq xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində X2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 05 iyul 2022-ci il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddələrlə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar