Məhkəmə qərarları › İş №3(005)-2245/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2245/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2245/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X3 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də yük qaldırıcı (avtokar) sürücüsü, operator işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Sulutəpə qəsəbəsi, döngə 9, nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 198.3-cü maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 05 iyul 2022-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus anbar əraizində yük avtomobilindən avtokarla yüklərin boşaldılması işinin aparılması zamanı yaxınlıqda adamların (konkret olaraq X4) olması ehtimalına baxmayaraq səs siqnalından istifadə etmədiyinə görə, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (НПАОА 63,12-1,05-79) 7.9-cu bəndinin tələblərinin anbarda avtokar sürücüsü işləyən Şəxs tərəfindən pozulması səbəbindən xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində X4 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi X6 bildirmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü, ünvan 2 ünvanında yaşayan X1 almış olduğu xəsarətlərlə əlaqədar xx.xx.2022-ci il tarixdə “X10” publik hüquqi şəxsinə gətirilməsi faktı əsasında toplanmış material Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi İlkin İmanov tərəfindən rayon prokurorluğuna göndərilmişdir. Həmin material rayon prokurorluğunda 181-C-22 nömrəsi ilə qeydiyyata alınaraq araşdırmanın aparılması Nərimanov rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas İbrahim İbrahimova həvalə edilmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, aidiyyəti şəxslərin izahatları alınmış, məhkəmə-tibbi, əlavə məhkəmə-tibbi, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilərək rəylər alınıb iş materiallarına əlavə edilmiş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir. Araşdırma materiallarından görünür ki, təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 50 saylı rəyində qeyd edilmişdir ki, M.B.Qəhrəmanovun bədən səthində aşkar edilmiş xəsarət: sağ budun arxa çıxığı ilə müşayiət, olunan sağ sirkə kasasının çox qəlpəli, yerdəyişmiş sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) küt əşyanın təsirindən törənmişdir: qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş əlavə məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli T234/2022 saylı rəyindən görünür ki, M.B.Qəhrəmanovda sağ sirkə kasasının çoxqəlpəli yerinidəyişmiş sınığı, budun arxa yuxarı çıxığı, sol qasıq və oturaq sümüklərinin çoxqəlpəli yerinidəyişmiş sınıqları, sağ oturaq sümüyünün yerdəyişmiş sınığı, L5 fəqərəsinin yan çıxıntılarının yerinidəyişən sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda götərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin onu vurması və ya avtokarın yük qaldırıcı hissəsinin ona dəyməsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixli, 50 saylı saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Material üzrə təyin edilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/3641 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus anbarın ərazisində yükləməboşaltma işlərinin aparıldığı meydançanın mövcud qaydaların tələblərinə uyğun hazırlanması təmin edilmədiyinə görə, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (НПАОА 63,12-1,05-79) 1.3, 2.1 bəndlərinin tələbləri anbarda rəhbərliyi həyata keçirmiş şəxs tərəfindən pozulmuşdur. Anbar ərazisində yük avtomobilindən avtokarla yüklərin boşaldılması işinin aparılması zamanı avtokarın işlədiyi zonada adamların olmasının qarşısını alan tədbirlər görmədiyinə görə, vəzifə təlimatının 22-ci abzasının və “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (НПАОА 63,12-1,05-79) 7.28 bəndinin tələbləri anbardar tərəfindən pozulmuşdur. Anbar ərazisində yük avtomobilindən avtokarla yüklərin boşaldılması işinin aparılması zamanı yaxınlıqda adamların (konkret olaraq X4) olması ehtimalına baxmayaraq səs siqnalından istifadə etmədiyinə görə, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (НПАОА 63,12-1,05-79) 7.9 bəndinin tələbləri avtokar sürücüsü Şəxs tərəfindən pozulmuşdur. X2 zavod ərazisində yükləmə və boşaltma əməliyyatı aparılan yerdən 4 metr aralıda dayanmalı olduğu tapşırılmasına baxmayaraq, sonuncu həmin tapşırığa riayət etmədiyinə görə, onun tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11 bəndinin tələbləri pozulmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü X1 04.01,2022-ci il tarixdə "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən anbarında baş vermiş hadisə nəticəsində dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almışdır. Beləliklə də, araşdırma zamanı toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından xx.xx.2022-ci il tarixdə rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas İbrahim İbrahimov tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3- cü maddəsinin dispozisiyasında göstərilmişdir ki, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - əməyin mühafizəsi qaydalarının pozulması inzibati xətadır. Bu hal isə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına görə əməyin mühafizəsi qaydalarının pozulması inzibati xəta tərkibinin əlamətlərinin olmasına dəlalət edir. Göründüyü kimi, Şəxs ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus anbar ərazisində yük avtomobilindən avtokarla yüklərin boşaldılması işinin aparılması zamanı yaxınlıqda adamların (konkret olaraq X4) olması ehtimalına baxmayaraq səs siqnalından istifadə etmədiyinə görə, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (НПАОА 63,12-1,05-79) 7.9 bəndinin tələblərini pozaraq xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində X1 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Ona görə də Şəxs barəsində qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 xx.xx.2022ci il tarixli, 50 nömrəli, canlı şəxsin ekspertizasın rəyindən görünür ki, vətəndaş M.B.Qəhrəmanovun bədən səthində aşkar edilmiş xəsarət sağ budun arxa çıxığı ilə müşayiət olunan sağ sirkə kasasının çox qəlpəli yerdəyişmiş sınığı (osteosintez əməliyyatından sonrakı vəziyyət) küt əşyanın təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağız zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 24 iyun 2022-ci il tarixli, T234/2022 nömrəli, canlı şəxsin ekspertizasın rəyindən görünür ki, vətəndaş M.B.Qəhrəmanovda sağ sirkə kasasının çoxqəlpəli yerdəyişmiş sınığı, budun arxa yuxarı çıxığı, sol qasıq və oturaq sümüklərinin çoxqəlpəli yerinidəyişmiş sınıqları, sağ oturaq sümüyünün yerdəyişmiş sınığı, L5 fəqərəsinin yan çıxıntılarının yerinidəyişən sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobilin onu vurması və ya avtokarın yük qaldırıcı hissəsinin ona dəyməsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixli, 50 saylı rəyin nəticəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli, 10/3641 saylı əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus anbarın ərazisində yükləmə-boşaltma işlərinin aparıldığı meydançanın mövcud qaydalarının tələblərinə uyğun hazırlanması təmin edilmədiyinə və yükləyicilərin işlədiyi zonada damların olmasının qarşısını alan tədbirlər görülmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (НПАОА 63,12-1,05-79) 13.2, 2.1, 7.9, 7.28 bəndlərinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11 bəndinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus anbarın ərazisində yükləmə-boşaltma işlərinin aparıldığı meydançanın qaydaların tələblərinə uyğun hazırlanması təmin edilmədiyinə görə, “Müəssısədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (НПАОА 63,12-1,05-79) 1.3, 2.1 bəndlərinin tələbləri anbarda rəhbərliyi həyata keçirmiş şəxs tərəfindən pozulmuşdur. Anbar ərazisində yük avtomobilindən avtokarla yüklərin boşaldılması işinin aparılması zamanı avtokarın işlədiyi zonada adamların olmasının qarşısını alan tədbirlər gömədiyinə görə, vəzifə təlimatının 22-ci abzasının və “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (НПАОА 63,12-1,05- 79) 7.28 bəndinin tələbləri anbardar tərəfindən pozulmuşdur. Anbar ərazisində yük avtomobilindən avtokarla yüklərin boşaldılması işinin aparılması zamanı yaxınlıqda adamların (konkret olaraq X4) olması ehtimalına baxmayaraq səs siqnalından istifadə etmədiyinə görə, “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (НПАОА 63,12-1,05-79) 7.9 bəndinin tələbləri avtokar sürücüsü Şəxs tərəfindən pozulmuşdur. X2 zavod ərazisində yükləmə və boşaltma əməliyyatı aparılan yerdən 4 metr aralıda dayanmalı olduğu tapşırılmasına baxmayaraq, sonuncu həmin tapşırığa riayət etmədiyinə görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11 bəndinin tələbləri pozulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində AR İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokurorluğuna məlumat verilməsi və s. qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 05 iyul 2022-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar