Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2245/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X4 vəkili X8 iştirakları ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun sərəncamında işləyən X10 xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində nahar fasiləsində olarkən yolu piyada zolağının üzərindən keçərkən vətəndaş X3 idarəetdiyi avtomobilin onu vurması nəticəsində xəsarət almışdır. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilmiş və aiddiyyatı üzrə araşdırma aparılmışdır. O,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11nə 2023-cü ilin may ayında bu barədə məlumat vermiş, faktla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhər idarəsi araşdırma aparmış barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 555.3-ci maddəsinə əsasən 2000 (iyirmi) manat cərimə edilmişdir. X9 bədbəxt hadisəni gizlətmədiyini bildirərək, Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə elektron məlumat vermişdir. Şikayət ərizəsinə həmin elektron məlumatı əlavə edir. Əmək və Əhalinin Sosial Müdafiə nazirliyinin X11 mənim verdiyi məlumat əsasında təhqiqat başlamış və əsassız olaraq barəsində inzibati tənbeh vermişdir. Onun sərancamında işləyən X10 xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində müəsisədən kənarda nahar fasiləsində olarkən avtoqəza nəticəsində xəsarət alması istehsalatda bəxbəxt hadisə hesab edilmir. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü Hadisə baş verməmişdən əvvəl X10 aiddiyatı üzrə öz rəhbərinə məlumat verərək nahar fasiləsinə çıxdığını və nahar fasiləsindən sonra işə davam edəcəyini bildirmişdir. Barəsində tərtib olunmuş qərar aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X2 bildirdi ki, araşdırılma aparılmışdır, hadisə 2023-cü ilin yanvar ayında baş vermişdir. Dərhal məlumat verilməmiş, iyul ayında məlumat verilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 vəkili X12 tərtib olunmuş protokolun əsassız olduğunu bildirərək hadisənin 2023-cü ilin yanvar ayında baş verdiyini İXM-nin 555.1-ci maddəsində İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyət nəzərdə tutulur, lakin həmin norma İXM-nin 555.3-cü maddəsində qeyd olunmadığını qeyd edərək inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 2000 manat məbləğində inzibati cərimə olunmuşdur İş materiallarında olan xx.xx.2023-cü il tarixli X9 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanlanmış məktubdan görünür ki, şirkətin əməkdaşı X10, 10 yanvar 2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhər Xətai rayon S.Vurğun küçəsində vətəndaş X3 idarə etdiyi “X17” markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə şirkətin əməkdaşı X10 bədən xəsarəti almışdır və baş verən bədbəxt hadisənin təhqiqi və uçota alınması üçün müəssisədə təhqiqat komissiyasi yaradılmışdır. İşdə olan Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, sürücüX3 əməlində AR CM-nin 263.1-1 maddəsinin tərkib əlamətləri tanınmaqla toplanmış material üzrə AR CM-nin 40.3 maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 555.2. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib edilməməsinə görə- min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 555.3. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə- min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 555.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X4 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2245/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2245/2023
03.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver