Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2246/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olan materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Nərimanov Rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən 05 iyul 2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə qərardan görünür ki, "xxxx" MMC-yə məxsus anbarın ərazisində yükləmə-boşaltma işlərinin aparıldığı meydançanın mövcud qaydaların tələblərinə uyğun hazırlanması təmin edilmədiynə görə müəssisədaxili nəqiliyyat istismarında təhlükəsizlik texnikası qaydalarının tələbləri anbarda rəhbərliyi həyata keçirmiş şəxs tərəfindən pozulmuşdur. Həmçinin qərarda ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus anbarda anbardar vəzifəsini Şəxs həyata keçirdiyi qeyd edilmişdir. "xxxx" MMC-yə məxsus anbarda anbardar vəzifəsini icra edən Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi səbəbindən xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində X2 dərəcəsinə görə sağlamığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa “Az Ağır” zərər vurmaya aid xəsarətlər almışdır. Bu hal isə Şəxs əməlində Azərbayan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərədə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulmasına görə əməyin mühafizəsi qaydalarının pozulması inzibati xəta tərkibinin əlamətlərinin olmasını dəlalət etdiyi əks olunmuşdur. Məhkəmə iclas zalında Nərimanov Rayon Prokurorluğunun nümayəndəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbayan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq, sonuncu barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verərək bildirdi ki, hadisə Nərimanov Rayon Prokurorluğu tərəfindən düzgün araşdırılmamışdır və əsasız qərar qəbul edilmişdir. Belə ki, onun əmək kitabçasına əsasən onun fəaliyyət göstərdiyi müəssisə "xxxx" MMC yox, "xxxx" MMC-dır və o sonuncu həmin müəssisəsinin texniki təhlükəsizlik məsəsləsi ilə bağlı məhsul şəxsdir. Qeyd olunanlara əsasən inzibati işin yenidən araşdırılması üçün Nərimanov Rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Məhkəmə, müvafiq materiallar nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə müvafiq materiallar onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, “İnzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Nərimanov Rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən 05 iyul 2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə qərardan görünür ki, Şəxs "xxxx" MMC-yə məxsus anbarda anbardar vəzifəsini icra edən, texniki təhlükəsizliklə bağlı məhsuldar şəxsdir. Lakin Şəxs əmək kitabçasında müəyyən olunur ki, "xxxx" MMCnin işçisidir və bu hal iş materiallarında olan sənədlərdə təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati məsuliyyətə səbəb olur. Hazırda isə Şəxs oğlunun sözügedən anabrda texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edən məsul şəxs olduğu müəyyən olunmur. Məhkəmə iclasında tədqiq olunan mötəbər sübutlarla müəyyən olundu ki, Şəxs hadisənin baş verdiyi müəssisənin anbardarı olub-olmaması dəqiq araşdırılmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında zəruri hesab edilən hallar yenidən araşdırılmalı, ziddiyyətlərin aradan qaldırıması üçün Şəxs İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair müvafiq materiallar Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna yenidən araşdırılması üçün geri qaytarılsın. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2246/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2246/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver