Məhkəmə qərarları › İş №3(005)-2253/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2253/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2253/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Dilanova Aydan Vüsal qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X5, «X15 Klinikası» MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə «X15 Klinikası» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən «X15 Klinikası» MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 18 iyul 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X8 «X15 Klinikası» MMC tərəfindən xx.xx.2023-cü il tarixində əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinı cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi protokola uyğun ifadə verərək «X15 Klinikası» MMC tərəfindən barəsində tərtib olunmuş 18 iyul 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən «X15 Klinikası» MMC-nin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, X8 «X15 Klinikası» MMC-nin işçisi olmamışdır. Bəzən rəfiqəsi Süleymanova Aynurun yanına gedib işi öyrənə bilməsi üçün sadəcə müşahidə etmişdir. “X15 Klinikası”nda baş vermiş hadisə ilə bağlı təhqiqatçı tərəfindən izahat alınarkən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, araşdırma aparılmadan X2 işçisi olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir. X1 heç bir işlərə cəlb edilmədiyi, həkimin özünün ayrıca asistenti olmasının nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 bildirmişdir ki, dizaynerlik üzrə təhsil almışdır, eyni zamanda özünün şəxsi biznesi var və onu idarə edir. “X15 Klinikası”nda onun yaxın rəfiqəsi olan X7 işləyir. Özünün, həmçinin kosmetologiya sahəsinə marağı olduğundan ayda təxminən 1-2 dəfə işi öyrənə bilmək üçün onun yanına getmişdir. Həmin klinikada asistent geyimi bütov ağ rəngdir, o, isə həmin gün sərbəst geyimdə olmuş, sadəcə koftası ağ rəng olmuşdur. Hadisə günü xanımlar klinikada mübahisə yaratdıqları zaman, özü də orda idi. Amma həkim asistenti kimi işlərə cəlb edilməmişdir. Təhqiqatçı tərəfindən izahat alınarkən bildirilmişdir ki, klinikada işləmir sadəcə həkim Aynur Süleymanovanın yanına getmişdir. Etiraz etməsinə baxmayaraq, təhqiqatçı tərəfindən yenə də asistent kimi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən X7 bildirmişdir ki, o X8 ilə rəfiqədir. X8 «X15 Klinikası» MMC-nin işçisi olmamışdır. Bəzən onun yanına gedib işi öyrənə bilməsi üçün müşahidə etmişdir. Təhqiqatçı tərəfindən X4 həkimin asistenti kimi işlədiyi qeyd olunmuşdur. Aynur Süleymanova bildirmişdir ki, həkim kimi fəaliyyət göstərdiyi klinikada onun bir asistenti var, o da X9r. Klinikada həkimlər sərbəst geyimdə olsalar da, asistentlər bütöv olaraq ağ rəngli geyimdə olmalıdırlar. Aynur Atakişiyevanın onun asistenti olmadığını, klinikada heç bir işə cəlb edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X4 “X15 Klinikasın”da qeyri-rəsmi işçi kimi fəaliyyət gösərməsi ilə bağlı şikayət daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən əldə edilmiş çıxarışdan görünür ki, «X15 Klinikası» MMC ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan foto cəvdəl və fləşkartdakı videodan görünür ki, X3 fəaliyyət göstərən rəsmi işçi geyimində yox, ag rəngli kofta olan məişət geyimində olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materialları tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş MMC-nin nümayəndəsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsini və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, «X15 Klinikası» MMC tərəfindən işə cəlb edilmiş 1 nəfər şəxslə X8 ilə əmək müqaviləsi bağlanılmadığı üçün MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, məhkəməyə təqdim edilən müvafiq sübutlarla, həmçinin fləşkarta baxış zamanı müəyyən edilmişdir ki, X8 həmin klinikada qeyri-rəsmi şəkildə fəaliyyət göstərməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - «X15 Klinikası» MMC tərəfindən X4 iş saatlarında klinikada mütəmadi olması, həmin klinikada işlərə cəlb edilməsi və müqabilində hansısa əmək haqqı alıması müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: «X15 Klinikası» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar