Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2255/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında icraat başlayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi 15 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Tərtər rayonu, Qapanlı kənində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğundan Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı material 24 iyul 2023-cü il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 24 iyul 2023-cü il tarixli 154-İX-23 nömrəli inzibati xəta haqqında iş üzrə icraat materiallarında göstərilmişdir ki, Şəxs informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol vermişdir, bununla da İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında iş üzrə materialın məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq şəxs barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, keçmiş hərbiçidir və polkovnik rütbəsinə qədər yüksəlmişdir. Şəxs müəyyən şəxslər barəsində fikirlər irəli sürmüş, məqsədinin sadəcə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yol verdiyi pozuntularını göz önünə gətirmək olmuşdur. Göstərilənlərə iş üzrə barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs vəkili X1 Elnur Teymur oğlu barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi.Belə ki, onun əməlində İXM-in 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati xəta haqqında iş üzrə icraatın başıanması barədə xx.xx.2023-cü il qərarından görünür ki, ölkə təcavüzə məruz qalandan sonra sülh müqaviləsi bağlanmadığı halda "Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən faktiki olaraq müharibə vəziyyətində olduğu halda, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi, o cümlədən hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsi “Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanunun 7.8-ci maddəsinə əsasən ölkənin milli təhlükəsizliyinə hərbi təhdid hesab olunduğu halda, həmin qanunun 15-ci maddəsinə əsasən milli təhlükəsizliyinin təmin olunmasının digər sahələrlə yanaşı, informasiya sahəsində də qorunduğu halda, 20-ci maddəsinə əsasən informasiya sahəsində milli maraqların müdafiəsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi zəruri olduğu, bunun üçün kompleks tədbirlərin görüldüyü halda, informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR”, “Polkovnik Şəxs ŞOK AÇİQLAMALAR”, “Polkovnik Şəxs NÖVBƏTİ ŞOK AÇİQLAMALAR” və digər başlıqlar altında video görüntülərdə özünü müdafiə məsələləri üzrə mütəxəssis kimi qələmə verərək böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.11-ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar Şəxs izahatı və “Youtube” sosial şəbəkəsində olan səhifəsində yayılmış xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il videogörüntülərlə ilə təsdiq edilir. Şəxs izahatından görünür ki, o, məqsədli şəkildə ictimaiyyətin böyük kütləsinə ordunun ağır vəziyyətdə olmasını, ölkənin müdafiəsinə cavabdeh qurumların hərəkətsiz olmasını, bunun nəticəsində ölkənin müdafiə qabiliyyətinin zəif olmasını iddia edir. Bunu iddia etməkdə isə hər hansı bir dəlilə istinad etmir. “Milli Təhlükəsizlik haqqında” Qanunun 7.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının milli təhlükəsizliyinə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir. Həmin qanunn 7.8.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət hərbi təhdid təşkil edir. Həmin qanunun 15.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər. Həmin qanunun 20.2.2-ci maddəsinə əsasən informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər sırasındadır. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemi vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün yaradılır. “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müharibə vəziyyəti Azərbaycan Respublikası silahlı hücuma və ya təcavüzə məruz qaldıqda elan olunur və müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqda ləğv olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özü etiraf etməsə də, inzibati xəta haqqında digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 388-1.1.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 388-1.1.1-ci maddəsinə əsasəninformasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - 388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 388-1.2. İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 388-1-ci maddəsinin qeydindən göründüyü kimi Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasənmüharibə vəziyyəti Azərbaycan Respublikası silahlı hücuma və ya təcavüzə məruz qaldıqda elan olunur və müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqda ləğv olunur. Müharibə vəziyyətinin elan olunduğu və ya hərbi əməliyyatların başlandığı gün və saat müharibə dövrü başlanır və hərbi əməliyyatların qurtardığı gündə və saatda qurtarır. Azərbaycan Respublikasına qəflətən silahlı hücum və ya təcavüz edildikdə hərbi komandanlıq, dövlət qanunvericilik və icra orqanları müharibənin elan olunmasını gözləmədən silahlı hücumu və ya təcavüzü dəf etmək üçün bütün tədbirləri görməyə borcludurlar. “Milli Təhlükəzsizlik haqqında” Qanununun 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasının milli təhlükəsizliyi siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələr üzrə təmin olunur. Dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sahələrinin dəqiq müəyyənləşdirilməsi və vahid dövlət siyasəti kimi həyata keçirilməsi üçün müvafiq konsepsiya və onun əsasında konkret proqramlar qəbul edilir və təşkilati tədbirlər həyata keçirilir. Həmin qanunun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsidir. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər Azərbaycan Respublikasında informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möhkəmləndirilməsi; dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlumatların toplanılması; informasiya infrastrukturunun inkişaf etdirilməsi; dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi; kibercinayətlərə qarşı mübarizə; informasiya təhlükəsizliyinin və azadlığının təmin olunmasıbu sahədə görülən əsas tədbirlərdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanuna əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); .təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya kimi hallar nəzərdə tutulub. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol vermişdir, bununla da İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - 388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, Şəxs informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməsi, bununla da İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 388-1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 388-1.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 24 iyul 2023-cü il saat 19:50-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2255/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2255/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver