Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2256/2019 25.09.2019 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Əli-X1 iştirakı ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Bazarına Nəzarət Palatası "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 05 sentyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası Maliyyə Bazarına Nəzarət Palatasının ********** saylı, 22 iyul 2019-cu il tarixli sorğusu ilə tələb edilən sənədlərdən, səhmdarların ümumi yığıncağa çağırılmasını təsdiq edən sənədləri Palataya təqdim etməmişdir. Nəticədə "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Əli-X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Palataya vətəndaş X2 tərəfindən müraciət daxil olmuşdur. Həmin müraciətdə qeyd olunan məsələlərin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər əlavə edilməklə yeddi gün ərzində Palataya təqdim etməsi barədə ASC-nin ünvanına xx.xx.2019-cu il tarixdə sorğu göndərilsə də, ASC tərəfindən sorğuya heç bir münasibət göstərilməmiş, ********** saylı sorğu ilə tələb edilən sənədlər Palataya təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta törətmiş "xxxx" ASC-nin barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi "xxxx" ASCnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünür ki, nizamnamə kapitalı 4194072,00 manat olan "xxxx" ASC xx.xx.2002-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli məktubun surətindən görünür ki, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) vətəndaş X2 tərəfindən müraciət daxil olmuşdur. Bununla əlaqədar olaraq vətəndaşın müraciətinin araşdırılması üçün zəruri olan sənədləri (2018-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları, həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlər) 7 (yeddi) gün ərzində Palataya təqdim etməyiniz xahiş olunur.”. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanmış 01 avqust 2019-cu il tarixli, 83 nömrəli məktubun surətindən görünür ki, "xxxx" ASC Palatanın xx.xx.2019-cu il tarixli məktubuna cavab olaraq 2018-ci ilin yekununa görə çağırılmış səhmdarların ümumi yığıncağının protokolunu Palataya göndərmişdir ("xxxx" ASC səhmdarlarının ümumi yığıncağının 25 aprel 2019-cu il tarixli 01 saylı Protokolu əlavə olunmuşdur). İş materiallarında olan inzibati xəta haqqında icraata başlanılacağı barədə 21 avqust 2019-cu il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə barələrində 2019-cu il 05 sentyabr tarixində saat 15:00da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) inzibati xəta haqqında protokol tərtib olunacaqdır. Müvafiq sübutları təqdim etmək, sübutlar olmadığı təqdirdə tərtib olunacaq “İnzibati xəta haqqında protokol” ilə tanış olmaq və protokolun surətini almaq üçün səlahiyyətli nümayəndənin Palataya gəlməsi tələb olunur. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Bazarına Nəzarət Palatasının "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib etdiyi MN seriyalı ******* nömrəli, 05 sentyabr 2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Azərbaycan Respublikası Maliyyə Bazarına Nəzarət Palatasının ********** saylı, 22 iyul 2019-cu il tarixli sorğusu ilə tələb edilən sənədlərdən, səhmdarların ümumi yığıncağa çağırılmasını təsdiq edən sənədləri Palataya təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC Maliyyə Bazarına Nəzarət Palatasının ********** saylı, 22 iyul 2019-cu il tarixli sorğu məktubu ilə tələb edilən sənədlərdən, "xxxx" ASC səhmdarlarının ümumi yığıncağının 25 aprel 2019cu il tarixli, 01 saylı Protokolunu Palataya təqdim etsə də, həmin yığıncağa səhmdarların çağırılmasını təsdiq edən sənədlər ASC tərəfindən təqdim olunmamışdır. Burdan da görünür ki, "xxxx" ASCAzərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx"ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2256/2019
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2256/2019
25.09.2019 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver