Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2256/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Hürriyyət” qəzetinin baş redaktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə qəbul olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 iyul 2023-cü tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Fuad Əhmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci maddəsi ilə qəbul olunmuş 24 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilir ki, vəzifəli şəxs Şəxs – “Hürriyyət” qəzetinin baş redaktoru (FİN xxxxxxx) - ölkə təcavüzə məruz qalandan sonra sülh müqaviləsi bağlanmadığı, “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən faktiki olaraq müharibə vəziyyətində olduğu halda, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi, o cümlədən hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsi “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7.8-ci maddəsinə əsasən ölkənin milli təhlükəsizliyinə hərbi təhdid hesab olunduğu halda, həmin qanunun 15-ci maddəsinə əsasən milli təhlükəsizliyinin təmin olunmasının digər sahələrlə yanaşı informasiya sahəsində də qorunduğu halda, 20-ci maddəsinə əsasən informasiya sahəsində milli maraqların müdafiəsinin və informasiya təhlükəsizliyinin təmin edilməsini zəruri olduğu, bunun üçün kompleks tədbirlərin görüldüyü halda informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR”, “X3 ŞOK AÇİQLAMALAR”, “X3 NÖVBƏTİ ŞOK AÇİQLAMALAR” və digər başlıqlar altında video görüntülərdə böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yerləşdirməklə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.11-ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar Şəxs izahatı və “Youtube” sosial şəbəkəsində olan səhifəsində yayılmış xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli videogörüntülərlə təsdiq edilir. Şəxs izahatından görünür ki, o, məqsədli şəkildə ictimaiyyətin böyük kütləsinə ordunun ağır vəziyyətdə olmasını, ölkənin müdafiəsinə cavabdeh qurumların hərəkətsiz olmasını, bunun nəticəsində ölkənin müdafiə qabiliyyətinin zəif olmasını iddia edir. “Milli təhlükəsizlik haqqında” Qanunun 7.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının milli təhlükəsizliyinə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir. Həmin qanunun 7.8.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət hərbi təhdid təşkil edir. Həmin qanunun 15.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər. Həmin qanunun 20.2.2-ci maddəsinə əsasən informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər sırasındadır. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemi vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün yaradılır. “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müharibə vəziyyəti Azərbaycan Respublikası silahlı hücuma və ya təcavüzə məruz qaldıqda elan olunur və müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqda ləğv olunur. Şəxs həmin xətanı Nərimanov rayonunun ərazisində törətmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6 qərarı müdafiə edərək Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında göstərdi ki, müsahibə alan zaman tərəfin hər hansı qanunsuz fikrini bildirməsinin qarşısını almaq kimi bir imkanı yoxdur. Efirdə bir dəfə də olsun qanunsuz çıxış etməmişlər. Əsas fikirləri ölkə başçısının sözünə dəstək olaraq orduda baş vermiş pozuntuları işıqlandıraraq onların qarşısını almaqdır. Heç vaxt məqsədləri ordunun və dövlətin nüfuzunu alçaltmaq olmamışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X7 izahatında göstərmişdir ki, hər kəsin ölkə başçısının çıxışlarından məlumatı var. Jurnalist kimi Şəxs da ölkə başçısının sözlərinə dəstək olaraq üzərinə düşən vəzifəni yerinə yetirir. Əməlində heç bir xəta tərkibi yoxdur. Qeyd etdikləri nəzərə alınaraq Şəxs barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən qəbul olunmuş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və toplanmış materialların baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və sonuncuya həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 24 iyul 2023-cü il tarixdən saat 19:10-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2256/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2256/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver