Məhkəmə qərarları › İş №3(005)-2256/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2256/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2256/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, xx.xx.1955-ci il tarixdə Gürcüstan Res. Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Mirsaleh Cavadovun 12 may 2025-ci il tarixli qərarından və 26 iyun 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs 19 aprel 2025-ci il tarixdə saat 21:30 radələrində Hyundai Grandeur markalı **-KK-*** dövlət qeydiyyat nişanlı awtomobil ilə Nərimanov rayonu Atatürk pospekti ilə üzü Z.Bünyadov prospekti istiqamətində sol zolaqla 60 km/saat sürəti ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan Chevrolet Cobalt markalı avtomobil qəfildən dayandığı üçün o da həmin avtomobili lə ara məsafəsini düzgün seçmədiyi üçün əyləcdən istifadə etsə də, avtomobili saxlaya bilməyib həmin avtomobilin arxa hissəsinə çırpılmışdır.Zərbə nəticəsində 3 nəfər şəxs xəsarət almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21.30 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Kia Rio markalı **-LE-*** dövlət qeydiyyat nişanlı awtomobil ilə Nərimanov rayonu Atatürk pospekti ilə üzü Z.Bünyadov prospekti istiqamətində 2-ci zolaqla 50 km/saat sürəti ilə hərəkətdə olan zaman anidən avtomobilin arxa hissəsinə digər avtomobilin çırpılmasını hiss etmiş və avtomobili saxlamışdır.Hyundai Grandeur markalı avtomobilin Chevrolet Cobalt markalı avtomobilə çırpılması nəticəsində Chevrolet Cobalt markalı avtomobildə onun avtomobilin arxa hissəsinə çırpılmışdır.Hadisə baş verdikdən sonra Hyundai markalı avtomobilin sürücüsünü hadisə yerində görməmişdir.Chevrolet Cobalt markalı avtomobildə olan sərnişinlər xəsarət aldığı üçün hadisə yerinə gələn TTYS vasitəsi ilə onları xəstəxanaya aparmışlar.Hadisə zamanı o avtomobildə tək olub və heç bir xəsarət almayıb.Hadisə zamanı o heç bir xəsarət almayıb və MTE-dan keçməkdən imtina etmişdir. X8 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21.25 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Chevroelt Cobalt markalı **-YH-*** dövlət qeydiyyat nişanlı awtomobil ilə Nərimanov rayonu Atatürk pospekti ilə üzü Z.Bünyadov prospekti istiqamətində 1-ci zolaqla hərəkətdə olan zaman qarşıda svetaforun qırmızı işığı yandığı üçün qarşısındakı avtomobillər dayandığından o da avtomobili saxlamışdır.Bu zaman ondan arxada hərəkətdə olan Hyundai markalı avtomobil zərbə ilə onun avtomobilin arxa hissəsinə çırpılmış, zərbə nəticəsində idarə etdiyi avtomobil aşaraq damı üzərində çevrili vəziyyətdə qalmışdır.Hadisə zamanı idarə etdiyi avtomobilində olan bir qadın və iki kişi sərnişin xəsarət aldıqları üçün hadisə yerinə gələn TTYS vasitəsi ilə xəstəxanaya aparmışlar.Hadisə zamanı o bədən xəsarəti alıb. Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21.40 radələrində o özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Hyundai Grandeur markalı **-KK-*** dövlət qeydiyyat nişanlı awtomobil ilə Nərimanov rayonu Atatürk pospekti ilə üzü Z.Bünyadov prospekti istiqamətində sol zolaqla 60 km/saat sürəti ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan Chevrolet Cobalt markalı avtomobil qəfildən dayandığı üçün o da həmin avtomobili ilə ara məsafəsini düzgün seçmədiyi üçün əyləcdən istifadə etsə də, avtomobili saxlaya bilməyib həmin avtomobilin arxa hissəsinə çırpılmışdır.Zərbə nəticəsində qarşısındakı Chevrolet Cobalt markalı avtomobil aşaraq damı üstə çevrilmişdir.O dərhal avtomobili saxlayıb düşmüş və özünü itirdiyi üçün nə edəcəyini bilməmiş və oğluna məlumat vermişdir.Zərbə nəticəsində Chevrolet Cobalt markalı avtomobil də özündən qarşıdakı avtomobilin arxa hissəsinə dəymişdir.Hadisə zamanı o avtomobildə tək olmuş və heç bir xəsarət almamışdır.Buna baxmayaraq Chevrolet Cobalt markalı avtomobildə olan sərnişinlər xəsarət aldıqları üçün həmin şəxsləri hadisə yerinə gələn TTV avtomobili ilə xəstəxanaya aparmışlar.Hadisə zamanı o xəsarət almayıb və MTE- dan keçməkdən imtina etmişdir. X9 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində o tanışları Şəhriyar və Əfsanə ilə birlikdə Nəsimi rayonu ərazisindən taksi sifariş edərək Nərimanov rayonu Atatürk prospektində yerləşən «Kabab Mod» restoranına getmişlər.O sərnişini olduğu Chevrolet Cobalt markalı avtomobil ilə Nərimanov rayonu Atatürk prospekti ilə üzü Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan zaman qəfildən avtomobilin arxa hissəsinə zərbə ilə Hyundai markalı avtomobil çırpılmışdır, zərbə nəticəsində onların əyləşdiyi avtomobil aşaraq damı üzərində çevrili vəziyyətdə qalmışdır. Hadisə zamanı o avtomobildə ön oturacaqda, Şəhriyar və Əfsanə isə arxa oturacaqda əyləşmişdir.Hadisə zamanı o, Əfsanə, Şəhriyar və avtomobilin sürücüsü xəsarət almışlar.Hadisə yerinə gələn TTYS-nın həkim briqadası onları müayinə etmişlər, lakin onlar xəstəxanaya getməkdən imtina etmişlər.Daha sonra hadisə yerinə polis əməkdaşı gəlmiş və onlar bir neçə dəqiqə keçdikdən sonra hadisə yerindən uzaqlaşmışlar.Daha sonra isə mobil telefonuna aidiyyatı üzrə polis əməkdaşı ona zəng vurub baş vermiş hadisə ilə bağlı izahat vermək üçün onu Polis idarəsinə dəvət etmişdir.Daha sonra o xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir.Hadisə zamanı o xəsarət alıb. X6 izahatında bildirmişdir ki, xx.xx.2025ci il tarixdə saat 20 radələrində o tanışları Şəhriyar və Fərid ilə birlikdə Nəsimi rayonu ərazisindən taksi sifariş edərək Nərimanov rayonu Atatürk prospektində yerləşən «Kabab Mod» restoranına getmişlər.O sərnişini olduğu Chevrolet Cobalt markalı avtomobil ilə Nərimanov rayonu Atatürk prospekti ilə üzü Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan zaman qəfildən avtomobilin arxa hissəsinə zərbə ilə Hyundai markalı avtomobil çırpılmışdır, zərbə nəticəsində onların əyləşdiyi avtomobil aşaraq damı üzərində çevrili vəziyyətdə qalmışdır.Hadisə zamanı o və Şəhriyar arxa oturacaqda, Fərid isə ön oturacaqda əyləşmişdir.Hadisə zamanı o, Fərid, Şəhriyar və avtomobilin sürücüsü xəsarət almışlar.Hadisə yerinə gələn TTYS-nın həkim briqadası onları müayinə etmişlər, lakin onlar xəstəxanaya getməkdən imtina etmişlər.Daha sonra hadisə yerinə polis əməkdaşı gəlmiş və onlar bir neçə dəqiqə keçdikdən sonra hadisə yerindən uzaqlaşmışlar.Daha sonra isə mobil telefonuna aidiyyatı üzrə polis əməkdaşı ona zəng vurub baş vermiş hadisə ilə bağlı izahat vermək üçün onu Polis idarəsinə dəvət etmişdir.Daha sonra o xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir.Hadisə zamanı o xəsarət alıb. X3 oğlu izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində o tanışları Əfsanə və Fərid ilə birlikdə Nəsimi rayonu ərazisindən taksi sifariş edərək Nərimanov rayonu Atatürkprospektində yerləşən «Kabab Mod» restoranına getmişlər. O sərnişini olduğu Chevrolet Cobalt markalı avtomobil ilə Nərimanov rayonu Atatürk prospekti ilə üzü Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan zaman qəfildən avtomobilin arxa hissəsinə zərbə ilə Hyundai markalı avtomobil çırpılmışdır, zərbə nəticəsində onların əyləşdiyi avtomobil aşaraq damı üzərində çevrili vəziyyətdə qalmışdır. Hadisə zamanı o və Əfsanə arxa oturacaqda, Fərid isə ön oturacaqda əyləşmişdir. Hadisə zamanı o, Fərid, Əfsanə və avtomobilin sürücüsü xəsarət almışlar.Hadisə yerinə gələn TTYS-nın həkim briqadası onları müayinə etmişlər, lakin onlar xəstəxanaya getməkdən imtina etmişlər.Daha sonra hadisə yerinə polis əməkdaşı gəlmiş və onlar bir neçə dəqiqə keçdikdən sonra hadisə yerindən uzaqlaşmışlar.Daha sonra isə mobil telefonuna aidiyyatı üzrə polis əməkdaşı ona zəng vurub baş vermiş hadisə ilə bağlı izahat vermək üçün onu Polis idarəsinə dəvət etmişdir.Daha sonra o xx.xx.2025-ci il tarixdə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir.Hadisə zamanı o xəsarət alıb. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan hər üçün nəqliyyat vasitələrinə baxış keçirilərək protokollar tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis polkovnik-leytenantı Zaur Axundov tərəfindən tərtib edilmiş xx.xx.2025-i il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:40-da vətəndaş X10 DİN 102 xidmətinə müraciət edərək, Nərimanov rayonu Atatürk prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Chevrolet markalı ** YA *** dövlət qeydiyyat nişanlı avtomobillə Hyundai markalı və Kia markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər şəxsin xəsarət alması barədə məlumat vermişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/21793 saylı ,,g 04.2025-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, X4 alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/21796 saylı 20,04.20 25-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Məhkəmə-tibbi ekspertizanın 394 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X2 almış olduğu xəsarətlər-alın nahiyəsinin flkutasiya ilə müşayiət olunan hematoması və sıyrığı küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025ci il tarixdə baş vermiş yol-nəqliyyat padisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizanın 393 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü X5 almış olduğu xəsarətlər-sol gicgah nahiyəsinin, sol əlin sıyrıqları, sol budun qançırları küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizanın 392 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. X1 adına TTYS tərəfindən tərtib edilmiş 18-188/2-1373/2025 N arayışda qeyd olunan «Qarının küt travması» diaqnozu obyektiv əlamətlərlə əsaslandırılmadığından həmin diaqnoz xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsinin təyinində xəsarət kimi nəzərə alınmadı. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 may 2025-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin (Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 5-cü hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar