Məhkəmə qərarları › İş №3(005)-2259/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2259/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2259/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:55 radələrində Ziya Bünyadov prospektində Ford Transit markalı **-XY-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə hərəkətdə olduğu zaman heç bir səbəb olmadan onu polis əməkdaşı saxlamış, ilkin olaraq ban nömrəsini səbəb etmiş daha sonra isə hər şeyin qanuna uyğun olduğunu bildirdikdə yükü bəhanə etmiş və ona avtomobilini qanunsuz olaraq metal qəbulu məntəqəsinə dəvət etmişdir. O, bundan imtina etdikdə isə digər polis əməkdaşları da gələr onu polis idarəsinə aparmışdır. Orada onun təqsiri sübut edilməmiş və qısa zamanda idarədən çıxaraq avtomobilinin saxladığı yerə gəlmiş və avtomobilini tapa bilməmişdir. Daha sora isə ona avtomobilinin səbəbsiz cərimə meydançasına aparıldığı məlum olmuşdur. Qeyd olunanların nəzərə alınmasını və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, barəsində inzibati qərar qəbul edilən şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X14 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X14 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X9 xx.xx.2023-cü il tarixdə **-XY-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün yük daşıma qaydalarının pozulması, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə İXM-nin 342.5, 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X9 İXM-nin 342.5, 327.1 və 342.2.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X6 İXM-nin 342.5, 327.1 və 342.2.2-ci maddələrində ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİNnin Bakı şəhər X14 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsinin X15 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X9 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X9 barəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bununla da inzibati orqan inzibati xəta haqqında protokola baxaraq qərar qəbul edərkən X6 orda olmasına baxmayaraq barəsində tərtib olunmuş protokolu ona təqdim etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X9 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X9 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X14 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X6 İXM-nin 342.5, 327.1 və 342.2.2-ci maddələrində ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli TP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X9 barəsində işə yenidən baxılması Bakı şəhəri X14 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X14 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X6 İXM-nin 342.5, 327.1 və 342.2.2-ci maddələrində ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X15 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy İş № 3(005)-3632/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 25 noyabr 2022-ci il Bakı Şəhəri Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Şikayət vermiş şəxsin müdafiəçisi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, X7 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP515424 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 16:10-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 müdafiəçisi X8 məhkəmə iclasına gəlmiş, qərarı barəsində şikayət verilmiş quruma məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Sədrlik edən proses iştirakçısına qərarı barəsində şikayət verilmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinə münasibət bildirməyi təklif edir. Şikayət vermiş şəxs qərarı barəsində şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə yerində müşavirə edərək qərara aldı: İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclası davam etdirilsin. Sədrlik edən məhkəmə icraatının azərbaycan dilində aparıldığını bildirir və proses iştirakçısından azərbaycan dilində başa düşməsini və danışa bilməsini soruşur. Proses iştirakçısı azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə iclasına Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrlik etdiyini, məhkəmə iclas katibinin İbrahimova Ramilə Namiq qızı olduğunu elan edir, proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün qanuni əsasları izah edir. Etiraz daxil olmadı. Sədrlik edən proses iştirakçısının şəxsiyyətini müəyyənləşdirilir: Qərardan şikayət vermiş şəxsin müdafiəçisi: X8 – “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Sədrlik edən şikayət vermiş şəxsin müdafiəçisinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən hüquq və vəzifələrini izah edir. Şikayət vermiş şəxsin müdafiəçisi – hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən şikayət vermiş şəxsin müdafiəçisinə əlavə və vəsatətlərin olub-olmamasını soruşur. Müdafiəçi əlavə sənədləri etibarnamənin surətini, sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətini və digər sənədləri sədrlik edən hakimə təqdim edir. Sədrlik edən şikayət vermiş şəxsə şikayəti əsaslandırmağı təklif edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin müdafiəçisinin izahatı: - Hörmətli hakim! X10 barəsində 07 iyun 2022-ci il tarixində 418 nömrəli YPX avtomobilini idarə edən polis əməkdaşı guya X1 vəziyyətdə avtomobil idarə etməyinə görə avtomobilini cərimə meydançasına yerləşdirmiş və X10 barəsində inzibati xəta barədə icraat başlanmış və 09 iyun 2022-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib edilmişdir. X10 həmin protokolla razı olmadığı üçün, həmçinin qərəzli hesab etdildiyi üçün imza etməkdən imtina etmişdir. Həmçinin protokolun tərtib edilmə tarixi, protokolu tərtib edən şəxs düzgün göstərilməmişdir. X3 vəziyyətində olmamışdır və sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 07 iyun 2022-ci il tarixli 2/18999 nömrəli akt tın tərtibi zamanı da qanunvericiliyin tələbləri pozulmuşdur. Hesab edirəm ki, X10 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır, inzibati xətanın tərkib əlaməti olmadığı üçün həmin qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Əlavə suallar daxil olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Sədrlik edən iş materiallarını araşdıraraq elan edir. Sədrlik edən çıxış üçün şikayət vermiş şəxs X7 müdafiəçisi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 verir: - Hörmətli hakim! Şikayət ərizəsinin təmin olunaraq qərarın ləğv edilməsini xahiş edirəm. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını izah edir. Məhkəmə iclası saat 16:30-da bağlı elan olunur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar