Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-226/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülüzadə Çingiz qızının katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin nümayəndəsi X1 Barəsində protokol tərtib edilən şəxs Şəxs iştirakı ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən protokol tərtib edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs şəxsiyyəti müəyyənləşdirilərkən tərəfindən ******* seriya nömrəli hərbi quluqçunun şəxsi vəsiqəsini təqdim edərək Azərbaycan Respublikası Silahlı Qüvəllərinin hərbi qulluqçusu olduğunu bildirmişdir. İnzibati material, o cümlədən əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhkəmələr və hakimlər haqqında qanunun 31-ci maddəsinə əsasən Hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə, habelə inzibati xətalar haqqında işlərə baxır. Azərbaycan Respublikası İXM-nin 43.4-cü maddəsinə əsasən İXM-nin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İXP5146740 nömrəli, xx.xx.2023cü il tarixli Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsi tərəfindən “İnzibati tənbeh etmə” haqqında Şəxs barəsində tərtib edilmiş protokol və digər aidiyyəti sənədlər baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanıların törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-226/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-226/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver