Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-226/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4 iştirakları ilə, X6 barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, xx-xx-2024-cü il tarixində saat 9:30 radələrində yaşadığım ünvan 1 ünvanından şəxsi avtomobilim KHAZAR SD MİNİK **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Koroğlu metro stansiyasına tərəf hərəkətə başlamışdır. Saat 10:15 radələrində Koroğlu metro stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunun yanına çatarkən Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X3 idarə etdiyi nəqliyyat vasitəsinə "saxla" əmri verdi. O, nəqliyyat vasitəsini saxladıqda ona yaxınlaşaraq "spirtli içkidən istifadə etmisən?" sualını verdi. Daha sonra ona istifadəsində olan test aparatına üfürməyi bildirdi. O, üfürdükdən sonra, onun savadsız olmağından istifadə edib, onu aldadaraq "yoluna qoyacağıq, bircə bu kağıza yaz ki, daha içkili nəqliyyat vasitəsi idarə etməyəcəksən" dedi. Oda, inanıb yazdı və ona bildirdi ki, içkili deyil. Dəfələrlə inspektordan onu Respublika Narkoloji Mərkəzə aparıb yoxlamaqlarını tələb etsə də, aparmadılar və nəqliyyat vasitəmi cərimə meydançasına yerləşdirdilər. Daha sonra, o saat 11:25 radələrində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə gedib müayinədən keçdi və spirtli içkinin təsiri altında olmadığı barədə tibbi sənəd aldı. O, dəfələrlə Nərimanov rayon DYPŞ Yol Patrul Xidmətinə gedərək protokolu tələb etsə də, ona protokolu vermədilər. Daha sonra 102 xidmətinə və 902 qaynar xətə müraciət etdikdən sonra, 11 gündən sonra ona protokolu təqdim etdilər. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X6 şikayətə uyğun izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş qərar qanunsuz olduğundan ləğv edilməlidir, avtomobil idarə edərkən içkili olmamışdır, polis əməkdaşları dediyi üçün protokola içkili olmasını qeyd etmişdir. Yenidən həkim müayinəsindən keçdiyini və içkili olmadığını təsdiq edən sənədi məhkəməyə təqdim edərək barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X9 tərəfindən tərtib olunmuş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X6 tərəfindən Azərbaycan Respublikası İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Nərimanov rayon Polis İdarəsinin Dövlət X9nin əməkdaşı tərəfindən məhkəmədə təqdim edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokolda X6 “spritli içki içdiyini” qeyd etmiş, öz imzası ilə təsdiq etmişdir. Həmçinin əlavə edilmiş qəbzdən görünür ki, X6 4.177% promil spirlti içki qəbul etmişdir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə qeyd olunanları, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü və həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, inzibati protokolu tərtib etmiş şəxsin məkhəməyə təqdim etdiyi sənədlərdən görünür ki, hadisə olan zaman X6 alkotesrla müayinə edilmiş 4.177% promil içki içdiyi müəyyən olumuş, şəxs barəsində tərtib edilmiş protokolda X6 içki içdiyini qeyd edərək öz əl imzası ilə təsdiqləmişdir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X9 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-226/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-226/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver