Məhkəmə qərarları › İş №3(005)-2264/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2264/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2264/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə barəsində inzibati protokol tərtib olunuş Şəxs müdafiəçisi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsi 16ci Polis Bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli 15 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Azadlıq prospekti 112 ünvanında qardaşı A.Y.Rəfiyevə məxsus Toyota “Land Cruser” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili daş parçası ilə cızaraq 4500 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclas zalında Şəxs izahat verərək bildirdi ki, hadisə zamanı maşına dəymiş zərərin məbləği ilə razı deyil, zərərçəkmiş şəxs tərəfindən zərər aktının təqdim edilməsini xahiş etmişdir. Məhkəmə iclas zalında müdafiəçi X3 vurulmuş ziyanın miqdarını müəyyən etmək üçün məhkəmə texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsini təklif etdi. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin 16-cı PB-nə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi” haqqında qəradan görünür ki, X2 şikayət ərizəsi əsasında Nərimanov RPnin 16-cı Polis Şöbəsində toplanılmış 711 saylı material üzrə təhqiqatçı Asif Abışovun cinayət işinin başlanılmasının rədd edilməsi barədə 06 iyun 2021-ci il tarixli qərarı əsasız olduğundan ləğv edilmişdir. İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Prokurorunun 19 iyul 2022-ci il tarixli qərarı ilə X2 şikayət ərizəsi əsasında Nərimanov RP-nin 16-cı Polis Şöbəsində toplanılmış 711 saylı material əlavə araşdırma üçün Nərimanov RP-nin 16-cı Polis Bölməsinə göndərildiyindən, Şəxs barəsində tərtib olunmuş 15 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar