Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2268/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsinin X7 şöbəsinin inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin diektoru X1 iştirakları ilə iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsinin Şəxs MMC barəsində İXM-in 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus ofisdə yanğın-texniki müayinə keçirilən zaman qanunvericiliyin pozulması aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 3-cü ərazi X7 İdarəsinin X7 şöbəsinin inspektoru X5 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək protokolu müdafiə etdiklərini, lakin eyni zamanda qeyd edilən yanğın-texniki müayinə keçirilən zaman qanunvericiliyin pozulması hallarının sonradan Şəxs MMC tərəfindən aradan qaldırıldığını bildirmişdir.İnzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 məhkəmə iclasında izahat verərək MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilən yanğın-texniki müayinə keçirilən zaman qanunvericiliyin pozulması hallarının sonradan Şəxs MMC tərəfindən aradan qaldırıldığını bildirmişdir.Bununla bağlı sənədləri məhkəməyə təqdim edərək,göstərilənlərə əsasən inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü Ərazi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-18-65/Q-1516/2025 nömrəli qərarından görünür ki, Şəxs MMC barəsində illik iş planının yoxlamanın aparılması qərara alınmışdır; xx.xx.2025-ci il tarixli, 4489 nömrəli yanğın-texniki müayinə aktından görünür ki: - Obyektin elektrik təsərrüfatına proflaktiki baxış keçirlərək akt tərtib edilməyib -Obyekt odsöndürən balonlarla tam təmin olunmayıb -Obyektdə mövcud olan yanğın xəbərverici siqnalizasiya mütəxəssis tərəfindən baxış keçirilməmiş və akt tərtib edilməmişdir. -Obyekt İcbari qaydada sığortalanmamışdır ( Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi). Məhkəmə iclası keçirilən zaman Şəxs MMC-nin direktoru X1 təqdim etdiyi “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”, “Uyğunluq sertifikatı”, “Xüsusi Lisenziya”, “X9-Qısa Forma”, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə İdarəsinə ünvanlanan “X2 Məlumat” rəsmi məktubundan görünür ki, yanğın-texniki müayinə keçirilən zaman qanunvericiliyin pozulması halları aradan qaldırılmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə tərəfindən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin diektoru X1 təqdim etdiyi “Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsi”, “Uyğunluq sertifikatı”, “Xüsusi Lisenziya”, “X9-Qısa Forma”, , Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə İdarəsinə ünvanlanan “X2 Məlumat” rəsmi məktubundan görünür ki, yanğın-texniki müayinə keçirilən zaman qanunvericiliyin pozulması halları aradan qaldırılmışdır. Bu halda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsinin Şəxs MMC barəsində İXM-in 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, işdə olan bütün şübhələr Şəxs MMC-nin xeyrinə həll edilməlidir. Şəxs MMC təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 40; 43; 48-50; 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 3-cü ərazi X7 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2268/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2268/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver