Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2269/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru X4, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X5 iştirakı ilə, X5 Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə "** YP ***” dövlət qeydiyyat nişanlı YPX avtomobilini idarə edən polis əməkdaşı tərəfindən saxlanılmış, əvvəlcə guya sərxoş vəziyyətdə olmağını bəhanə etmiş, dəfələrlə etiraz etməyindən sonra sərxoş olmadığı rəsmi qaydada müəyyənləşdirilmiş, bundan sonra bütün bu hadisələrdən qəzəblənərək ona qərəzli münasibəti formalaşmış və barəsində inzibati xəta barədə icraat başlanmış, 08 iyun 2025-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokolla razı olmadığı üçün, həmçinin qərəzli hesab etdiyi üçün imza etməkdən imtina etmişdir. Belə ki, xx.xx.2025ci il tarixdə axşam saat 00:00 radələrində Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli 88 ərazisində yerləşən “Monkey Pub" ictimai iaşə obyektindən çıxdıqdan sonra, Azadlıq prospekti istiqamətində hərəkət edərkən, Nəsimi bazarı yaxınlığında “**-MD-***” dövlət qeydiyyat nişanlı “X10” markalı avtomobili ilə **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Nərimanov rayon DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X8 tərəfindən saxlanılmışdır. Polis əməkdaşının əmrinə riayət edərək avtomobili yol kənarında saxladıqdan sonra Quliyev Orxan avtomobilinə yaxınlaşmış və özünü ona təqdim etmədən kobudcasına, səsini yüksəldərək danışmağa başladı. Qeyd edir ki, polis əməkdaşı ona yaxınlaşarkən əlində sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitə (alkotester) ilə yaxınlaşmışdı. Alkotesterin nə üçün olduğunu soruşduğunda qışqıraraq “üfürün" dedi. Bu qanunsuz hərəkətlərlə razılaşmayaraq ondan saxlanılmağının səbəbini soruşduqda isə manevr qaydasını pozduğuna görə məni saxladığını qeyd etdi. DYP əməkdaşı saxlayıb manevr qaydalarını pozduğunu bildirdiyində onu ona etik qaydalarına uyğun olaraq bildirmişdir ki, onun tərəfindən belə bir hərəkət törədilməsi mümkün deyildir, çünki manevr etməmişdir. Tərəfindən pozuntuya yol verildiyinə dair müvafiq sübutu, o cümlədən foto və videogörüntünün təqdim edilməsini ondan xahiş etmişdir. Lakin polis əməkdaşı belə bir sübutu təqdim etməyə borclu olmadığını dediyində o, mövzunun uzanmaması və polis əməkdaşı ilə aralarında heç bir söz-söhbətin olmaması məqsədilə etiraz etmədən, prosedur qaydalarının həyata keçirilməsinə razı olduğunu bildirərək protokol yazmasını bildirmişdir. Bundan sonra polis serjantı X8 bildirdi ki, birbaşa protokol yaza bilməz, ilk öncə sərxoş olub-olmadığını yoxlamalıdır. O, isə onun sərxoş olduğunu düşünməyinin səbəbini soruşmuş, cavab olaraq dedi ki, “sizi şübhəli görmüşük”. Lakin bu barədə hər hansısa əsas göstərməmiş, nəyə görə şərxoş olduğunu düşündüyünü əsaslandıra bilməmiş və ona təkrar “üfürün" deyə qışqırmışdır. O, isə manevr qaydasını pozduğunu iddia edirsə, bununla əlaqədar protokol yazmasını tələb etsə də, polis serjantı X1 olub-olmadığını yoxlamaqda israr etdi, Fuad Bayramovu polisə tabe olmamaqda ittiham edərək PPX-nı çağırmaqla hədə-qorxu gəldi. Bildirir ki, polis əməkdaşının onun yanına gələrkən əlində alkotesterin olmasından anlamışdır ki, saxlanılmağının səbəbi sərxoşluq vəziyyətinin yoxlanılması məqsədini daşıyırdı. DYP əməkdaşına bildirmişdir ki, onun “Monkey Pub"-dan çıxmağını onlar görə bilməzdilər, çünki qeyd olunan iaşə obyekti ilə saxlanıldığı yer arasında kifayət qədər məsafə var idi. O təxmin etmişdir ki, onlar iaşə obyektinin yanında olan hər hansı bir üçüncü şəxslə sövdələşərək oradan çıxıb avtomobilə minən şəxslər və nəqliyyat vasitələri haqqında onlara məlumat verilməsi, bunun müqabilində həmin şəxslərə ödəniş etməyi öz öhdələrinə götürmüşdürlər. Ona görə DYP əməkdaşına “siz niyə heç bir qanuni əsas olmadan kiminsə, yəni mənim haqqımdaki məlumatları digər şəxslərin məni təqib etmələri vasitəsi ilə toplayırsınız? Bu qanunsuzdur, o qanunsuz təqibi aparan şəxs barəsində tədbir görülməsi üçün şikayət edəcəm” dedikdə ona, “çağırım o məlumatı verən mülki şəxsi, onun üzünə deyə bilərsən?" demişdir. X2 ilə olan söhbətdən aydın olur ki, avtomobilə minmədən öncə əyləşdiyi obyektdən onlara yola düşməyi barədə xəbər verilmiş, qarşılıqlı şəkildə öncədən planlaşdırılaraq polis əməkdaşı tərəfindən saxlanılmışdır. Hələ üstəlik təkrar olaraq polis əməkdaşlarının qanunsuz və əssasız göstərişlərinə görə onu təqib edən şəxsin barəsində şikayət edəcəyini bildirdiyində, polis əməkdaşı kobud formada "əəə, üfür, tez ol, yoxsa post patrulu çağırıb deyəcəm ki, polis əməkdaşlarına tabesizlik göstərirsən, qoy səni həbs etsinlər" sözləri ilə onu təkrar təhdid etmişdir. Mübahisəni uzatmadan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitənin kalibrovka sənədini görmək istədiyini polis əməkdaşına bildirmişdir. Kalibrovka sənədini görməklə sərxoşluq vəziyyətini müəyyən etmək üçün gətirdiyi xüsusi texniki vasitənin dəqiqliyinə və düzgün işlədiyinə əmin olmaq istəmişdir. X2 isə kalibrovka sənədinin maşında olmadığını bildirmişdir. Kalibrovka sənədinin olmamağından ötrü texniki vasitə tərəfindən sərxoş olub-olmamağının yoxlanılmasına etiraz etmişdir. Polis əməkdaşı bu halda bildirdi ki, Narkoloji Mərkəzə getməlidirlər. O, heç bir etiraz etmədən onlarla razılaşaraq bildirmişdir ki, ora gedəcəyi təqdirdə bütün hərəkətlərinin protokollaşdırılaraq ona təqdim edilməsini tələb edəcək. Heç bir cavab verməsə də, öz təqsirsizliyini sübuta yetirmək üçün onlarla razılaşaraq yola çıxmışdır. Birlikdə mərkəzə getdikdən və yoxlamadan sonra rəsmi şəkildə məlum oldu ki, orqanizmində alkoqol izinə rast gəlinməmişdir. Həm kameralar, həm də yanındakı şahid analiz nəticəsində sərxoş olmadığının təsdiq edildiyini sübut edə bilər. Oradan çıxdıqda polis əməkdaşı bu səfər də ona manevr qaydasını pozduğuna görə protokol yazmaq istədiyini bildirdikdə, artıq polis əməkdaşının onunla qərəzli şəkildə belə davrandığını başa düşdüyü üçün onlardan manevr qaydasını pozduğumu təsdiq edən video görüntünü göstərməklərini istəmişdir. Onlar isə cavab olaraq ona bu video görüntünü təqdim etməyə məcbur olmadıqlarını bildirdilər. Bayramov Fuad isə onun hərəkətlərinin və tələblərinin ziddiyyətli, qərəzli olduğunu düşündüyü üçün video görüntünü təqdim etmələrində israr etmişdir, lakin həqiqətən də manevr qaydasını pozmuşdursa, niyə video görüntünü təqdim etməkdən boyun qaçırdıqları sual altındadır. Hadisədən dərhal sonra polis əməkdaşlarının yanında olduğu zaman 102 qaynar xəttinə zəng edərək polis əməldaşlarının vəzifə və səlahiyyətlərindən suiistifadə edərək hüquqazidd davranışlarını bildirmişdir. Məsələ ilə bağlı araşdırma edilərək geri dönüş edəcəklərini bildirsələr də, hələ belə bir geri dönüş olunmayıb. Avtomobildən endikdə polis əməkdaşı tərəfindən tərtib olunmuş protokol ona təqdim edilmişdir. Bildirir ki, Bakı Şəhər Narkoloji Dispanserinə aparılmağına və analiz verdikdən sonra orqanizmində heç bir alkoqolun olmamasının müəyyən edilməsinə baxmayaraq, normada qeyd olunanın əksinə mənə sərxoş olmadığı ilə bağlı tibbi müayinə aktının nüsxəsi təqdim edilməmiş bununla da qanunvericiliyin tələbləri bir daha pozulmuşdur.X3 polislər Daxili İşlər orqanları əməkdaşlarının etik davranış kodeksinin norma və tələblərini pozaraq insan hüquq, azadlıq və qanuni maraqlarının qorunmasına və müdafiəsinə xidmət etmək əvəzinə vətəndaşa qərəzli münasibət bəsləyərək, vəzifə və səlahiyyətlərindən sui-istifadə edir. Yuxarıda qeyd etdiyi normadan fərqli olaraq, X8 yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş olmasına baxmayaraq yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək əvəzinə onunla qərəzli davranaraq polis adına xələl gətirmiş, onun barəsində sübutsuz, əsassız protokol tərtib etmişdir. Dəfələrlə protokol yazmasına səbəb olan sübutu, video-görüntünü tələb etsə də, ona göstərməməkdə israr etmişdir. Beləliklə, göründüyü kimi, heç bir pozuntuya yol verilməməsinə baxmayaraq polis əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri nəticəsində heç bir səbəb və əsas olmadan, bir neçə saat ərzində azadlığını məhdudlaşmış, öz işləri ilə məşğul olmaqdan məhrum edilmiş və nəticədə hüquqları pozulmuşdur. Qeyd edir ki, barəsində İXM-İn 327.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair 08 iyun 2025-ci il tarixli İXP ******* nömrəli hərəkət zolağına çıxmadan manevr etmə barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Nərimanov Rayon DYPŞ polis kapitanı X6 tərəfindən TP ******* nömrəli, 12 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Onu da qeyd edir ki, tərəfindən Nərimanov rayon DYPŞ-ə ərizə ünvanlanaraq, qanunsuz və əsassız olaraq tərtib edilmiş protokolun və qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, adları çəkilən polis əməkdaşları barəsində xidməti araşdırma aparılmasını və onların qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilmələrini xahiş etməyinə baxmayaraq ərizəsinə imtina cavabı verilmişdir. Məhkəmə iclasında X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək yol hərəkəti qaydasını pozmadığını, onun YPX-nin inspektoru tərəfindən saxlanılmasının əsl səbəbinin sərxoşluq vəziyyətinin müayinəsi ilə bağlı olduğunu, lakin dönmə işığını yandırmadan zolağı dəyişməklə qayda pozuntusuna yol verməsi bəhanə edilərək barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini, sərxoşluq vəziyyəti müayinə olunduqdan sonra sərxoşluğun müəyyən edilmədiyini bildirməklə barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş videogörüntüyə münasibətdə qeyd etmişdir ki, YPX-nin əməkdaşları tərəfindən saxla işarəsi verdikdən sonra o zolağı dəyişmiş, yəni onun saxlanmasının əsas səbəbi dönmə işığından istifadə etməməklə bağlı olmamış, saxla işarəsinədək heç bir qayda pozuntusu etməmişdir. Videogörüntüdə səs olmadığına görə bu halı müəyyən etmək mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru X8 məhkəməyə inzibati xəta hadisəsini əks etdirən görüntüləri CD diskdə təqdim edərək verilmiş şikayətin əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat cərimə edilmişdir. CD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, **-MD-*** dövlət qeydiyyat nişanlı “Hyundai Genesis” markalı nəqliyyat vasitəsi hərəkət zolağını dəyişərkən dönmə işığından istifadə etməmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsi dinləyib, onun şikayət ərizəsi və ona əlavə etdiyi materialları tədqiq edərək müəyyən etmişdir ki, X7 xx.xx.2025-ci il tarixdə saat 00:11-də Bakı şəhəri, A.A.Mirqasımov küçəsi 28g ərazisində “Hyundai Genesis” minik markalı, **-MD-*** nömrəli nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə barəsində Nərimanov rayon DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş, hadisə görüntülərini əks etdirən videogörüntülərə baxış keçirilərkən X5 polis əməkdaşının “saxla” əmri verdikdən sonra və yaxud əvvəl dönmə işıqlarını istifadə etmədən digər zolağa keçdiyi müəyyən etmək mümkün olmur. Belə olan halda məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi qeyd olunan inzibati xətanın törədilməsinə dair hər hansı sübut təqdim etmədiyindən və şikayətçinin gətirdiyi dəlillər və arqumentlər yoxlanılmalı olduğundan inzibati tənbeh vermə haqqında qərarın ləvğinə və yenidən inzibati araşdırma aparılmasına zərurət yaranmışdır. Məhkəmə hesab edir ki, X7 barəsində Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X7 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Nərimanov rayon DYPŞ-yə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Nərimanov rayon DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2269/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2269/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver