Məhkəmə qərarları › İş №3(005)-2270/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2270/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2270/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Qusar rayon X5 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10584979 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Qusar rayon X5 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10584979 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qusar rayonunda, xx.xx.2022-ci il tarixdə, istifadəsində olan "HYUNDAİ SANTA FE MİNİK” markalı, **-BV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini yolun dayanmağın qadağan edilmədiyi kənarında dayandırmışdır. Bu zaman Qusar rayon DYPB-nin Yol patrul xidməti inspektoru tərəfindən dayanma və durma qaydalarını pozmağı iddia edilərək İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 124.6-cı maddəsinə əsasən barəsində xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10584979 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar çıxarılaraq İXM-nin 346.1-ci maddəsinə əsasən inzibati cərimə tətbiq edilmişdir. Lakin o, bu qərarla razı deyil. Belə ki, İXM-nin 124.6-cı maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmalıdır. Yol patrul xidməti inspektoru tərəfindən qeyd edilən tələbə əməl edilməyərək, İXM-nin tələbi kobud şəkildə pozulmuşdur. Eyni zamanda inspektor tərəfindən qərara əlavə olunan fotoşəkillərdə nəqliyyat vasitəsini guya 3.27 və ya 3.28 (müvafiq olaraq “Dayanmaq qadağandır" və ya “Durmaq qadağandır”) nişanlarından hər hansısa birinin təsir dairəsində saxladığım iddia olunur. Fotoşəkillərdən də göründüyü kimi, nəqliyyat vasitəsini qeyd olunan nişanların təsir dairəsində dayandırdığı sübut olunmur. Belə ki, fotoşəkillərdə qadağanedici hər hansısa bir məlumat (“Dayanmaq qadağandır” və ya “Durmaq qadağandır" nişanlarından hər hansısa biri, məlumat lövhəsi və s.) əks olunmur. "Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İV hissəsində dayanmanın qadağan edildiyi hallar göstərilmişdir və nəqliyyat vasitəsinin həmin andakı vəziyyəti dayanmağın qadağan edildiyi hallardan kənardadır. Eyni zamanda qərarda və fotoşəkillərdə qadağanedici nişanların və nəqliyyat vasitəsinin koordinatları barədə heç bir məlumatın olmaması, fotoşəkillərdə nişanın olmamasına baxmayaraq, inspektor tərəfindən nəqliyyat vasitəsini yolun qadağan olunan hissəsində saxlamasına dair digər hər hansısa bir sübutun əlavə edilməməsi, həmin qərarın qanuniliyini şübhə altına alır. Bir daha bəyan edirəm ki, mən nəqliyyat vasitəsini hər hansısa bir qadağanedici nişanın təsir dairəsində deyil, yolun saxlamağın qadağan olunmayan kənarında saxlamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X3 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş Qusar rayon X5 Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Elektron xidmətlər portalından olan çıxarışdan görünür ki, Qusar rayon X5 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10584979 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 20 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 469.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qusar rayon X5 Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10584979 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar