Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2270/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən X2 Elgiz Bəhlul oğlunu, Şahid2, Şahid3 əmək müqaviləsi olmadan işlətmişdir. O, X15 Xidmətinin xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına cavab olaraq bildirir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən işğaldan azad edilmiş ərazilərə giriş icazəsi aldığı şəxslərin heç də hamısı "xxxx" MMC-nin əməkdaşı olmamışdır, Belə ki, Şahid1 və Şahid2 iş təklif etdikdən sonra onlar öz arzuları ilə həmin ərazilərə gedərək yerində işlə və mövcud şəraitlə tanış olduqdan sonra "xxxx" MMC ilə əmək müqaviləsi bağlamaqdan özləri şəxsən imtina etmişlər. Bundan sonra "xxxx" MMC mövcud şəraiti əlverişli etmək məqsədi ilə işçilər üçün Ağdam rayonu Xıdırlı kəndində kamp quraraq gecələmək üçün yataqxana tikmişdir. Yataqxana kampı qurulduqdan sonra xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində qarşılıqlı razılıq əsasında “CONRAD" MMC ilə Şahid1 və Şahid2 arasında əmək müqaviləsi bağlanmış və onlar yenidən Ağdam rayonu Xıdırlı kəndinə getmişlər. Bundan başqa, X4 portaldan icazə almağının səbəbi budur ki, X6 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli 04/07 saylı icarə müqaviləsi olmuşdur, həmin icarə müqaviləsinə əsasən X6, "xxxx" MMC-yə **-BJ-*** dövlət nömrə nişanlı “MERCEDES BENZ 308D KA” markalı mikroavtobus icarəyə vermişdir. X6 icarəyə verdiyi mikroavtobusun sürüləcəyi ərazilərə baxmaq, müqaviləyə əlavələr etmək və mikroavtobusun sazlığına nəzarət etmək məqsədi ilə onun barəsində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən işğaldan azad edilmiş ərazilərə giriş icazəsi almağını xahiş etmişdir, "xxxx" MMC-də mövcud şəraiti nəzərə alaraq portaldan icazə almışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə X6 "xxxx" MMC-yə icarə haqqı ilə dolanışığının zəif olduğunu, fəhləlik işini bacardığını, mümkünsə fəhlə kimi işə götürülməsini xahiş etmişdir və "xxxx" MMC onun xahişini yerinə yetirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli "İnzibati tənbeh vermə haqqında“ Qərarının ləğv edilməsi haqqında qərar edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 3(005)- 2270/2024 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək yenidən araşdırma aparılması üçün səlahiyyətli orqana göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(103)-1782/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və iş materialları yenidən araşdırılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(103)-1782/2024 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmə iclasında tərəflərin iştirakını təmin etməklə birinci instansiya məhkəməsi təqdim etdikləri sübutlar əsasında işin hallarını yenidən araşdırmalı Şahid1, Şahid2 və X6 iş üzrə şahid qismində məhkəmə iclasında dindirilməli, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirli olub-olmamasını və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutların təqdim edilməsini təmin etməli, bundan sonra işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli və buna müvafiq olaraq qərar qəbul edilməlidir. 04 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şikayət vermiş şəxs X9 çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli "İnzibati tənbeh vermə haqqında“ qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir. O, məhkəmə iclasında şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X11 çıxış edərək bildirmişdir ki, inzibati araşdırma tam qanuni aparılmış və şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X1 fəaliyyət göstərdiyi hüquqi şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə məhkəmə tərəfindən baxılmış və hüquqi şəxs cərimə edilmişdir. Həmin işə dair Bakı Apellyasiya Məhkəməsinin qərarından da göründüyü kimi araşdırma aparılmış və Şahid1, Şahid2, Şahid3 Qarabağda işləməsi faktı öz təsdiqini tapmışdır. Məhkəməyə müvafiq qərarı təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 bildirmişdir ki, o, Qarabağda 5-6 gün fəaliyyət göstərmişdir. Lakin hüquqi şəxs tərəfindən onun üçün əmək haqqını almasına dair bank hesab kartı belə açılmamışdır. Səhhətində yaranan xəstəliklə əlaqədar işdən çıxmalı olmuşdur. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, Şahid1, Şahid2, Şahid3 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X9 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X3 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3.000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X9 şikayətdə tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X2 Elgiz Bəhlul oğlunu, Şahid2, Şahid3 əmək müqaviləsi olmadan əmək fəaliyyətinə, işlərin görülməsinə cəlb etmişdir. Belə ki, səlahiyyətli orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1660/2024 nömrəli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMC ilə Şahid1 və X6 arasında əmək müqaviləsi bağlanmadan onların Qarabağ ərazisinə getmələri və işə cəlb edilmələri faktı öz təsdiqini tapmışdır. Bununla da məhkəmədə hazırda baxılan şikayətdə adları qeyd edilən vətəndaşlardan Şahid1 və X4 münasibətdə əmək qanunvericliyinin pozulmaması faktı artıq xx.xx.2024-cü il tarixli qərarla sübuta yetirilmişdir. Digər şəxs Şahid2 münasibətdə isə hazırkı məhkəmə iclasında şahidin verdiyi izahatından görünür ki, o, əmək müqaviləsi bağlanmadan X9 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, həmçinin əmək haqqı da ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X9 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X9 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2270/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2270/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver