Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2271/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10, Zərərçəkmiş şəxslər X7 və X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1985-ci ildə Cəlilabad rayonu, Həziabad kəndində anadan olan, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsində işləyən, Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski pros.ev 140 A, mənzil 64-də qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində MN ******* nömrəli, 01 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra sənədlərinin icrasını tam şəkildə üzrsüz səbəbdən icra edilməmişdir, bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X21 bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-84/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən icra sənədlərinin icrası tam şəkildə üzrsüz səbəbdən icra edilməmişdir. Bu səbəblə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 protokolla razılaşmayaraq bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi "xxxx"MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Qeyd edilən ərazidə heç bir söküntü və ya tikinti işləri aparılmamışdır. 138 və 140-cı binalarda yalnız köçürmə işləri aparılır. Hazırda tələbkarlar "xxxx" MMC-yə qarşı qərəzli mövqe tuturlar. Belə ki, tələbkarlar "xxxx" MMC ilə müqavilə bağlayaraq həmin ərazidən köçürülmələrini tələb etsələr də, onların tələbkarlar ilə müqavilə bağlamaq fikri yoxdur. Qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 bildirmişdir ki, icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilsə də, hazırda qeyd edilən binanı qəzalı vəziyyətə sala biləcək işlər davam etdirilir. Onların işıq, qaz və suları mütəmadi olaraq kəsilir, kanalizasiya qapaqları tez-tez açılır, yollar yarasız vəziyyətə salınır. Söküntü-tikinti işləri məhz gecə saatlarında aparılır. Bütün bunlar onların ərazidə yaşamalarını dözülməz həddə çatdırmışdır. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X3 bildirmişdir ki, onların binası ilə söküntü işləri aparılan yataqxana arasında məsafə az olsa da, həmin yataqxanada olan sakinlər köçürüldüyü halda onlar ərazidən köçürülmür. Binanın ətrafında aparılan söküntü işləri onların gündəlik həyat şəraitlərinə mənfi təsir göstərərək, ərazidə yaşamağı dözülməz həddə çatdırmışdır. Yollar yarasız vəziyyətə salınmış, binanın ətrafında olan ağaclar yandırılan zaman tüstü onların evinin içərisinə qədər daxil olmuşdur. Hətta iki uşaq tüstüdən zəhərlənmişdir. Söküntü işləri zamanı toz-torpaqdan evdə oturmaq mümkün deyil. Söküntü-tikinti işləri məhz gecə saatlarında aparılır. Onun oğluna məxsus qaraj pis hala salınmış, yəni qarajın darvazasının önü taxta və dəmir əşyaları ilə bağlanmış, maşın qarajdan çıxa bilmir. Söküntü-tikinti işləri məhz gecə saatlarında aparılır.Evə toz-torpaq dolur, uşaqlar öskürür, nəfəs almaq mümkünsüz hala düşür. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “ İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2024-cü il tarixli, e87703/2024-15-27 nömrəli bildirişdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra etməyi borcludan tələb olunur. “İcra sənədinin icrasına dair” xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-282/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, Bakı şəhəri. Nərimanov rayonu, X32, Faiq Yusifov və Ağa Neymətulla küçələrinin kəsişməsində. yerquruuşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.6 ha sahəsində (Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli, 164 nömrəli sərəncamından irəli gələn) yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 43 və ünvan 2 ünvanında olan yaşayış binalarında söküntü və tikinti işlərinin aparılması dayandırılmalıdır. “Qeyri-əmlak xarakterli icra sənədinin icrasına dair” 28 iyun 2024-cü il tarixli Aktdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-84/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 saylımülki ış üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 1 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti vəbinanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(005)-84/2024 nömrəli qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1871/2024 mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, ünvan 3 ünvanında yerləşən binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə ala biləcək hər hansı bir fəaliyyət göstərilməsi "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2742/2024 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5131/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, İddiaçılar X7, X6, X8, X15, X11, X4, X9, X16, X17, X18, X12 cavabdeh Bakı şəhər icra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2271/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2271/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver