Məhkəmə qərarları › İş №3(005)-2272/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2272/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2272/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra məmuru X3, Şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-576/2021-017 nömrəli, 17 fevral 2021-ci il tarixli icra sənədini icra etməməsi ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında icra məmuru X1 Mikayıl Zülfüqar oğlu barəsində tərtib edilmiş MN1059119 nömrəli, 27 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolun, borclu Şəxs tərəfindən həbs qoyulmuş əmlakı təqdim etdiyi üçün təmin edilməməsini xahiş etmişdir. Həmçinin Z.Kazımov borclu Şəxs barəsində tərtib edilmiş 27 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çıxış edərək, barəsində tərtib edilmiş inzibati protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X3 tərərfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, ərizədən görünür ki, borclu Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şəxs tərəfindən protokolun geri qaytarılması xahişini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim: Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar