Məhkəmə qərarları › İş №3(005)-2273/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2273/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2273/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs Müşfiq oğlunun və onun qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli şəhəri, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Şahmar Qurbanovun xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Nərimanov RPİ tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 09:47 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində idarə etdiyi “Wolkswagen Passat” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yol hərəkəti haqqında” AR Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolu keçən piyada Zərərçəkmiş şəxs Müşfiq oğlunu vuraraq sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında protokola uyğun izahat verərək, inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, xx.xx.2020-ci tarixdə saat 10.20 radələrində etibarnamə ilə idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində yerləşən körpünün altında üzü Koroğlu metrosu istiqamətində bir zolaqlı yol ilə saatda 40-50 km sürətlə hərəkətdə olarkən piyada ondan sol tərəfdən yolun solunda dayanmış vəziyyətdə olan yük avtomobilinin qarşısından üzü sağ istiqamətində qaçaraq yolu keçmək istəyərkən əyləci basıb saxlamaq istəmiş, lakin avtomobilimin sağ ön hissəsi ilə həmin piyadanı vurmuşdur. Həmin piyadanı dərhal öz avtomobilinə əyləşdirib əvvəlcə 1 saylı TTYS-nə aparmış və orada ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım vasitəsi ilə həmin piyadanı Bakı Səhiyyə İdarəsinin 1 saylı KTM-nə aparmışdır. Bütün tibbi xərclərini çəkmişdir. Dərman lazım olmuş almışdır. 150 manat məbləğində xərc var. Sığorta şirkətini də çağırmışdır. Sığorta şirkəti ona 700 manat ödəməlidir. Zərərçəkmiş şəxs gedib o pulu da ala bilər. Maddi imkanı çox aşağıdır. Zərərçəkmiş şəxsin anası uşağın dişinə implant qoymaq istəyir. Onun isə buna maddi imkanı yoxdur. Son olaraq əməlindən səmimi peşman olduğunu, qeyd etməklə barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Müşfiq oğlu qanuni nümayəndəsi X1 iştirakı ilə izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci tarixdə saat 09.45 radələrində Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi ilə “Çermet” körpüsü deyilən körpünün piyada səkisi ilə hərəkətdə olarkən həmin yolun solundan sağ tərəfinə doğru keçərkən “Volkswagen Passat” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilin ön hissəsi ilə onu vurmuş və nəticədə o, yerə yıxılaraq xəsarət almışdır. Həmin şəxs onu öz avtomilinə əyləşdirərək xəstəxanaya aparmışdır. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2019-cu il tarixli, 2/11084 nömrəli aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin Nərimanov rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 20/113-M saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Müşfiq oğlunda aşkar edilmiş xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüklərinin yerini dəyişməyən qapalı sınığı, üst çənədə mərkəzdən sağa 1, mərkəzdən sola 2 ədəd dişin travmatik sınığı, sağ diz oynağının yan bağlarının zədələnməsi, üzün sıyrılmış yaraları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat qəzası şəraitində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin qeyd olunan yolnəqliyyatı hadisəsi sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİnin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, Zərərçəkmiş şəxs Müşfiq oğlunun RM-778 nömrəli rədd materialında olan izahatı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 327.8ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə barəsində inzibati icraat aparılan şəxsin məhkəmə iclasında vermiş olduğu izahatını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar