Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2273/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və müdafiəçisi və nümayəndəsi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs MMC-nin 2015-ci ilədək direktoru olmuş X7 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 tərəfində borclu Şəxs MMC-nin 2015-ci ilədək direktoru olmuş X7 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 21 iyul 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:00-da ünvan 1 ünvanında Şəxs MMC-nin 2015-ci ilə qədər olan direktoru X5 onun rəhbərliyi dövründə pozulmuş müqavilə öhdəlikləri ilə bağlı çıxarılmış məhkəmə qərarlarının icrası ondan tələb olunmuş, lakin X14 icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta haqqında protokola MN ******* saylı əlavədən görünür ki, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs MMC-dən 113456,15 avro məbləğində pul tutularaq tələbkar Belarusun "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs MMC-nin ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10-1(102)-16/18 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs MMC-dən 311508,28 avro məbləğində pul tutularaq tələbkar Belarusun "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs MMC-nin ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarlarını könüllü icra etmədiyinə görə borclunun ünvanına xəbərdarlıq məktubları göndərilmiş, lakin borclu tərəfindən məhkəmə qərarlarının icrası təmin edilməmişdir. İcra sənədləri xx.xx.2020-ci il tarixdə bir icraatda birləşdirilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclunun həm hüquqi, həm də faktiki ünvanlarında olan zaman borclu təşkilatın həmin ünvanlarda fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Eyni zamanda “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən, borclunun adına “LİEBHERR UTM630” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş, xx.xx.2018-ci il tarixdə həmin əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-1468/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuş, həmin əmlak açıq hərrac vasitəsilə "xxxx" ASC tərəfindən alınmış, əldə edilmiş pul vəsaiti "xxxx" ASC-nin tələbkar olduğu icra sənədi üzrə borcdan silinmiş, "xxxx" ASC-nin məktubuna əsasən həmin icra sənədi üzrə borc tam ödənildiyinə görə icra sənədi üzrə icraata xitam verilmişdir. Borclunun adına başqa əmlak aşkar edilməmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdə borcluya məxsus bank hesabları ilə bağlı inkasso sərəncamları qəbul edilərək icra edilməsi üçün müvafiq banklara göndərilmiş, borclunun bank hesablarında vəsait aşkar olunmamışdır. xx.xx.2018-ci il tarixdə Şəxs MMC tərəfindən aparılmış sonuncu vergi əməliyyatının hansı tarixdə həyata keçirilməsi və yaranmış vergi borcunun həcmi barədə məlumat verilməsi ilə bağlı isə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə sorğular göndərilmiş, alınmış cavaba əsasən, borclu tərəfindən sonuncu vergi əməliyyatı xx.xx.2018-ci il tarixdə müəssisə tərəfindən 2018-ci ilin noyabr ayı üzrə təqdim olunmuş ƏDV bəyannaməsi olmuş, borclunun şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə 126815 manat, maliyyə sanksiyası üzrə 3954,48 manat, faiz üzrə 25876 manat olmaqla, cəmi 156645,61 manat borcu mövcuddur. xx.xx.2022-ci il tarixdə borclu Şəxs MMC-nin rəhbəri X12 barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 3(005)-690/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Görülmüş tədbirlər nəticə vermədiyindən icra sənədləri xx.xx.2022-ci il tarixli qərarla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə geri qaytarılmışdır. Sonradan icra sənədi üzrə tələbkar və borclu arasında bağlanmış müqavilələrin borclu Şəxs MMC-nin hal-hazırda təsisçisi, müqavilələr bağlanan zaman direktoru olmuş X14 tərəfindən imzalandığı müəyyən edilərək bu səbəbdən tərəflər arasında bağlanmış müqavilələrə və məhkəmə qərarlarına nəzər yetirilmiş, BelTSP yanında Beynəlxalq Arbitraj Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən "xxxx" ASC israr edir ki, xx.xx.2014-cü il tarixdə Şəxs MMC ilə avadanlığın icarəsinə dair 2 saylı müqaviləni bağlayıb və icarəyə götürən tərəf olaraq cavabdeh-icarəyə götürənin müvəqqəti sahibliyinə və istifadəsinə avadanlıqları verib. 19 dekabr 2014-cü il tarixdə tərəflər müqaviləni bağlayıblar. Həmin müqavilənin 1.1-ci bəndinə uyğun olaraq icarəyə verən şəklində çıxış edən iddiaçı cavabdeh-icarəyə götürənə Azərbaycan Respublikası ərazisində dəmir-beton boruların istehsalı üçün müddətli və ödənişli sahibliyinə avadanlıqlar verir, cavabdeh isə avadanlıqları qəbul edir, onu təyinatına uyğun istifadə edir və icarə haqqını həmin müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə və müəyyən edilmiş müddətdə ödəyir, icarə müddəti sona çatdıqda isə onu texniki saz halda geri qaytarır. Protokola əlavə edilmiş X7 izahatına əsasən Abbasov Asif tələbkar tərəfindən 2014cü ildə cəmiyyətə tunelqazan qurğuların icarəyə verildiyini, həmin avadanlıqların tələbkar Şirkətin əməkdaşları tərəfindən gətirildiyini, həmin avadanlıqların gömrük baxışından keçirildikdən sonra müvəqqəti saxlanc kimi ölkə ərazisinə daxil olduğunu, həmin avadanlıqların tələbkar Şirkətin 60-a yaxın əməkdaşları tərəfindən gətirildiyini və müqavilədə nəzərdə tutulmuş qaydada istismar edildiyini, tələbkar tərəfin avadanlıqları 2014-cü ilin dekabr ayında gətirdiyini, Cəmiyyətin ərazisində 4-5 ay ərzində istismar edildiyini, avadanlıqların tələbkar tərəfin əməkdaşları tərəfindən istifadə edildiyini, həmin avadanlıqlara Cəmiyyətin əməkdaşlarının toxunmasına icazə verilmədiyini, işlər bitdikdən sonra tələbkar tərəfin avadanlıqlarla birlikdə Cəmiyyətin ərazisini tərk etdiyinin şahidi olduğunu, ərazidə tələbkar tərəfə məxsus heç bir əmlakın qalmadığını, avadanlıqların müqavilədə nəzərdə tutulmuş qaydada Belarus Respublikasına göndərildiyini, 2015-ci ildə faktiki olaraq Cəmiyyətdən uzaqlaşdığını, həmin ildən sonra baş verən hadisələrdən məlumatsız olduğunu, onun getməsindən sonra bütün işlərin başında digər təsisçi X8 durduğunu, yeni direktorları onun təyin etdiyini, 2017-ci ildən sonra təyin olunmuş direktorları tanımadığını, Yusifov Eminin etdiyi qanunsuz əməllər nəticəsində onun cinayət məsuliyyətinə cəlb olunduğunu, baş verənlərdən xəbəri olmadığını, onun işlədiyi dövrdə heç bir qanunsuz əməlin olmadığını, borcun yaranma səbəbləri barədə suallara mühasibatlıq və maliyyə məsələlərinə qarışmadığı üçün cavab verə bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 müdafiəçisi və nümayəndəsi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, müdafiə etdiyi şəxs X11 2015-ci il noyabr aydından Şəxs MMC-də direktorluq fəaliyyətinə xitam verilmiş və onun bu müəssə ilə bu günədək heç bir əlaqəsi olmamışdır. xx.xx.2015-ci il tarixli Akt əsasında cəmiyyətə rəhbərliyi Kənan Əhmədova təhvil vermişdir. Cəmiyyətin möhürü, ştampı, idarəçiliklə və mühasibatlıqla bağlı heç bir sənədi X9 deyil. Cəmiyyətin borcları və fəaliyyəti barədə heç bir məlumatının olmadığını, 2015-ci ildən sonrakı dövrdə cəmiyyətin faktiki idarəçiliyini X8 həyata keçirdiyini, sonuncu direktoru da qanunvericiliyin tələblərinə uyğun olmayaraq təkbaşına təyin etdiyini, hazırda da cəmiyyətin vergi borclarına görə axtarışda olduğunu bildirmişdir. X13 hazırda başqa yerdə işlələyir, Şəxs MMC-də heç bir vəzifəsi yoxdur, idarəçiliyinə heç bir təsir imknanı yoxdur, cəmiyyət barədə məlumatı yoxdur, cəmiyyətin adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və cəmiyyəti təmsil etmək səlahiyyəti yoxdur. X1 3 şəxs həmin müəssəsinin direktoru kimi fəaliyyət göstərmişdir. X14 barəsində tərtib olunmuş protokol əsasız olduğundan onun xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi : “İcra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18/1 saylı, xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18/1 saylı, xx.xx.2013-cü il tarixli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-571/2019 saylı xx.xx.2019-cu il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3046/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin ümumi icraatda 180388/18 № ilə birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18 saylı, 29 iyun 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi Belarusun "xxxx" ASC-nin Baş direktoru Abakumov S.Y. tərəfindən verilmiş ərizənin təmin edilməsi, ərizəçi – iddiaçı Belarusun "xxxx" ASC-nin xeyrinə cavabdeh Azərbaycanın Şəxs MMC-dən əsas borc olan 226.394.88 avro məbləği, dəbbə pulu olan 73.328.36 avro məbləği və arbitraj rüsumu xərci olan 11.785.02 avro, cəmi 311.508.28 avro tutulması müəyyən edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18 saylı, 29 iyun 2013-cü il tarixli icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-1(102)-16/18/1 saylı, 29 iyun 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi Belarusun "xxxx" ASC-nin Baş direktoru Abakumov S.Y. tərəfindən verilmiş ərizənin təmin edilməsi, ərizəçi – iddiaçı Belarusun "xxxx" ASC-nin xeyrinə cavabdeh Azərbaycanın Şəxs MMC-dən əsas borc olan 78.825.00 avro məbləği, dəbbə pulu olan 28.244.25 avro məbləği və arbitraj rüsumu xərci olan 6.386.90 avro, cəmi 113.456.15 avro tutulması müəyyən edilmişdir. İş materiallarında olan inkasso sərəncamlarından görünür ki, inkasso sərəncamları Şəxs MMC-nin bank hesabları üzrə icra olunmaq üçün aidiyyəti üzrə banklara göndərilmişdir. "xxxx" ASC və "xxxx" ASC-dən daxil olmuş məktublardan aydın olur ki, Şəxs MMC-nin müvafiq bank hesabları bağlı olduğu üçün həmin inkasso sərəncamları icra olunmadan Nərimanov rayon İcra Şöbəsinə geri qaytarılmışdır. 13 aprel 2022-ci il tarixli “İcra sənədinin məhkəməyə qaytarılması barədə” qərara əsasən Ali Məhkəmə tərəfindən verilmiş 10-1(102)-16/18/1 saylı xx.xx.2013-cü il tarixli icra sənədi Azırbaycan Respublikasının Ali Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-61/2022-ci il tarixli hökmünə əsasən X14 Azərbaycan Respublikasının Cnayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək ona islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Nərimanov İcra Şöbəsinin Ali Məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli 6765 nömrəli məktubuna əsasən 10-1(102)- 16/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi geri qaytarılmışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən Şəxs MMC-nin sonuncu vergi əməliyyatı xx.xx.2018-ci il tarixdə müəssisə tərəfindən 2018-ci ilin noyabr ay üzrə təqdim edilmiş ƏDV bəyannaməsi olmuşdur. Şəxs MMC-nin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə 126815,0 manat, maliyyə sansiyası üzrə 3954.48 manat, faiz üzrə 25876.13 manat olmaqla, ümumilikdə 156645.61 manat borcu vardır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 inzibati xəta törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM 528.1-ci maddənin dizpozisiyasından məlum olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmçinin İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslərin inzibati məsuliyyəti onlar öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, vəzifəli şəxs dedikdə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bundan başqa Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilən icra vərəqələrində Ali Məhkəmə tərəfindən tanınan və məcburi icra edilən Belarus Ticarət- Sənaye Palatası yanında Beynəlxalq Arbitraj Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2016-cı il tarixli qətnamələrinə əsasən iddiaçı Belarusun “Trest № 15 "xxxx" ASC-nin xeyrinə cavabdeh Azərbaycanın Şəxs MMC-dən borcun tutulması müəyyənləşdirilmişdir. Bu qərarda Şəxs MMC-nin hər hansı bir vəzifəli şəxsini və ya direktorunun adı konkret olaraq göstərilməmiş, ümumilikdə müəssisə nəzərdə tutulmuşdur. Həmçinin də tələb olunan borc məbləğinin X15 tərəfindən ödənilməsi qeyd olunmamışdır. X7 2015-ci ilin noyabr ayında həmin müəssisədə direktorluq fəaliyyətinə xitam verilmiş, o illik hesabatlarını növbəti direktora təqdim edərək müəssisə ilə əlaqəsini kəsmişdir. Daha sonra isə həmin müəssisə ilə bağlı yerinə yetirilməli olan öhdəliklər barəsində digər direktorlar məsuliyyət daşımışdır. Hazırki şəraitdə iş üzrə tərəflərin izahatları və təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, 2015-ci il tarixindən Şəxs MMC-də X14 faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrini və ya sahibkarlıq fəaliyyətini həyata keçirməmişdir. Belə olan təqdirdə, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti hesab oluna bilməz. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, hüququn ədalətlilik, təqsirə görə məsuliyyət və təqsirsizlik prezumpsiyası prinsiplərini rəhbər tutaraq qeyd edir ki, fərd ancaq hüquqazidd əməlinə və onun şəxsiyyətə, cəmiyyətə və dövlətə ziyan vuran nəticəsinə müəyyən psixi münasibəti mövcud olduqda məsuliyyət daşıya bilər. Təqsirlə bağlı olmayan, yəni qəsd və ya ehtiyatsızlıqdan törədilməyən əmələ görə məsuliyyət yarana bilməz. Şəxs yol verdiyi əməlin ictimai təhlükəliliyini dərk etməmişdirsə və ya dərk etmək imkanından məhrum edilmişdirsə belə əməl onun üçün məsuliyyət yarada bilməz. Təqsirlə əhatə olunmayan əmələ görə məsuliyyətə cəlb etmə məsuliyyətə alma obyektiv təqsirləndirməyə gətirib çıxarardı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Beləliklə, məhkəmə X14 barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xatanın törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2273/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2273/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver