Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2274/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X4 Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X2 şikayətində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi **-OA-*** dövlət qeydiyyat nişanlı “Volvo S 80” minik markalı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsi ilə hərəkət edərkən Sumqayıt şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327-ci maddəsinin tələblərinin pozulması səbəbi ilə, yəni svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi səbəbi ilə inzibati xəta haqqında protokol tərtib edəcəyini və bu səbəblə sənədlərini təqdim etməyini bildirmişdir. O, törətdiyi pozuntu ilə bağlı video görüntü istəmiş, bu tələbi polis əməkdaşını əsəbləşdirmiş, onu hədələməyə, PPX çağırmaqla qorxutmağa və əl hərəkətləri etməyə başlamışdır. O, avtomobildən düşdüyündə digər polis əməkdaşı avtomobilin açarını özbaşına almışdır. Nəticədə haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş və etirazı nəzərə alınmadan qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur. O, etiraz etməyinə və protokol tərtib edib ünvanına göndərilməsini xahiş etməyinə baxmayaraq polis inspektoru birbaşa qərar çıxarmışdır. Sadəcə bu fakt belə onu göstərir ki, polis inspektoru törətdiyini iddia etdiyi inzibati xətanı sübut edə bildiyi üçün etiraz etməyinə baxmayaraq tamamən qanunsuz və vəzifə səlahiyyətlərini kobud şəkildə pozaraq birbaşa qərar qəbul etmişdir. Hesab edir ki, xx xxxxxxxx 2020-ci il tarixli TP ******* nömrəli qərarı tamamilə qanunsuz və əsassızdır. O, hər hansı bir inzibati qayda pozuntusu etməmiş və polisin protokolda yazdıqları da tamamilə onun qeyri-obyektiv mülahizələridir. Hərəkət etdiyi yolda hərəkəti tənzimləyən nişan (işarə), gələn nəqliyyat vasitəsinə üstünlük tanıyaraq o keçdikdən sonra keçməyə icazə verir. O, hərəkət edərkən heç bir nəqliyyat vasitəsinə mane olmamışdır. YPX inspektoru onu saxlamaqla protokol tərtib edərək cərimə tətbiq etməsi ilə qəti şəkildə razılaşmamış və buna narazılığını ifadə etmişdir. Göründüyü kimi qanunvericiliyin tələbi olmasına baxmayaraq, YPX əməkdaşı protokol tərtib etmədən qərar qəbul etmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmadığı üçün, inspektor protokol tərtib edərkən onu baxılması üçün yuxarı vəzifəli şəxsə və ya orqana göndərmək əvəzinə səlahiyyəti olmadan qərarı özü qəbul etmişdir. YPX əməkdaşı tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən hüquq və vəzifələri izah edilməmişdir. Göründüyü kimi yol polis əməkdaşı inzibati xəta haqqında iş üzrə icraat aparılarkən öz vəzifə borcunu layiqincə yerinə yetirməmiş və onun bu hərəkətsizliyi ilə protokol prosessual pozuntularla tərtib olurmuş və bunun nəticəsində də onun hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:05-də Sumqayıt şəhəri, Sülh və Nərimanov küçələrinin ərazisində “Volvo S 80” minik markalı 90OA680 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sfetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X5 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X5 inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı hər hansı qayda pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda əsassız olaraq birbaşa qərar qəbul edilmiş və barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən yol polis əməkdaşı inzibati xəta haqqında protokol tərtib etməli, ona hüquq və vəzifələrini izah etməli və həmin protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və İsmayıl İsmayıllının iştirakı ilə araşdırma aparıb qərar qəbul etməli idi. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki iş üzrə İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halı da baş vermiş, yəni İXM-in 124-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, sözügedən maddəyə uyğun olaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Bu hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Beləliklə məhkəmə hesab edir ki, X5 tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi müəyyən edilmədiyindən X4 İXM-in 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru, polis baş serjantı X8 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-2274/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2274/2020
30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver