Məhkəmə qərarları › İş №3(005)-2279/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2279/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2279/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Şəxs-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Xankəndi Şəhər Prokurorluğundan daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Xankəndi Şəhər Prokurorluğu tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 01 iyul 2025-ci il tarixli qərar və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan və digər materiallardan görünür ki, Hüquqi şəxs "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyən vəzifəli şəxs X20 adıçəkilən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X8 2024-cü ilin iyun ayının sonlarından 12 avqust 2024-cü il tarixədək fəhlə vəzifəsində, bundan başqa X16 2024-cü ilin iyun ayının sonlarından 06 avqust 2024-cü il tarixədək hörgü ustası vəzifəsində Xankəndi şəhər ərazisində elektrik stansiyasının tikintisində hörgü işlərinin görülməsi ilə bağlı İşlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Xankəndi Şəhər Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlamadan heç kim işə götürməmişlər, X11 və X21 ilə əmək müqaviləsi bağlanmış və bundan sonra onlar işə cəlb edilmişlər. MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iş üzə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərm işdir ki, 20 iyun 2024-cü il tarixdən 06 sentyabr 2024-cü il tarixədək Şəxs MMC-nin işçisi olmuşdur. Belə ki, həmin tarixlərdə Xankəndində Yarımstansiyanın tikilişinə həm rəhbərlik etmiş, həm də digər işləri görmüşdür. X8 və X16 da iş ilə əlaqədar olaraq tanımışdır. Belə ki, həmin şəxsləri təxminən 6-15 avqust 2024-cü il tarixlərində təxminən bir neçə gün fərq ilə işə qəbul etmişdir və Xankəndində olarkən Ərastun və Asif ilə əmək müqaviləsi bağlamışdır. X22 həmin vaxt Zəngilan rayonunda işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, təxminən 20 iyun 2024-ci il tarixindən 2024-cü ilin iyul ayının sonralarına qədər Xankəndində Şəxs MMC-nin işçisi olaraq çalışmışdır. X1 vasitəsi ilə işə düzəlmişdir. Ərastun və Asif adlı şəxsləri tanımır. Əgər eyni vaxtda işləmiş olsa idilər onları mütləq tanıyardı. Həmin ilin avqust ayında isə yenə də həmin rayonda işləməyə getmişdir. X17 isə həmin vaxt tanımışdır. X7 ilə hər hansı bir iş əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, 2024ci iyun ayından tarixindən 2024-cü ilin iyul ayının sonralarına qədər Xankəndində Şəxs MMC-nin işçisi olaraq çalışmışdır. X1 vasitəsi ilə işə düzəlmişdir. Rəhbərləri də Ramiz Şadmanov olmuşdur. İşçilərin hamısının adını bilməmişdir. Lakin qeyd edir ki, Ərastun və Asif adlı şəxslərin orada işləməsini eşitməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapır, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Xankəndi Şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, X14 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda X2, X15 və X4, X14 arasında əmək müqaviləsi bağlanıb-bağlanılmaması ilə bağlı həmin hissədə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün material Xankəndi şəhər prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının Xankəndi Şəhər Prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan və materialdan aydın olur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və toplanmış material baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Əmək müqaviləsinə bildirişindən görünür ki, X21 ilə Şəxs-nin direktoru X9 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə bildirişindən görünür ki, X21 ilə Şəxs-nin direktoru X9 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə bildirişindən görünür ki, X21 ilə Şəxs-nin direktoru X9 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə bildirişindən görünür ki, X11 ilə Şəxs-nin direktoru X5 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrdən görünür ki, X21 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndi ilə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. xx.xx.2024-cü tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrdən görünür ki, X21 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndi ilə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. xx.xx.2024-cü tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrdən görünür ki, X21 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndi ilə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. xx.xx.2024-cü tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrdən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndi ilə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. Məhkəmədə tədqiq edilmiş əmək müqavilələrindən aydın olur ki, X11 və X21 ilə əmək müqavilələri yalnız onlar işə cəlb edildikdən sonrakı aylarda bağlanılmışdır ki, bu da əmək qanunvericiliyinin normalarına ziddir. Bundan başqa məhkəmədə şahid qismində dindirilən şəxslər tərəfindən X6 və X15 əmək müqaviləsi olmadan işə cəlb edilməmələri ilə bağlı izahatlarına münasibətdə məhkəmə qeyd edir ki, özünü müdafiə xarakterli ifadələr hesab olunmalı və Xankəndi şəhər Prokurorluğund verilmiş izahatlar sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Xankəndi Şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir, Xankəndi Şəhər Prokurorluğu tərəfindən isə xx.xx.2025-ci il tarixdə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qərar qəbul edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmənin icraatında olduğu müddətdə 03 (üç) aylıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs MMC barəsində protokol tərtib etməyə əsas olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 17 may.2025-ci il tarixdə qəbul edilmişdir ki, bununla da inzibati məsuliyyətə cəlb etmə müddətindən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar