Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2281/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 3 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4200 manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 54 manatı iddiaçı X5 xeyrinə ödənilməlidir. Həmin icra sənədi Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Nərimanov rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində “Elektron İcra” İnformasiya Sisteminin əmlak, avtomobil nəqliyyat və əmək müqaviləsi məlumatlarında tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlak olması barədə sorğu edilmiş və borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq Nərimanov Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 3(005)-2914/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Yenidən borclu barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq Nərimanov Rayon Məhkəməsinə göndərilmiş məhkəmənin 3(005)-529/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə əmək haqqısına yönəldilmiş cəmi 973 manat tutularaq tələbkarın bank hesabına ödənilmiş və xx.xx.2024-cü il tarixdə isə işdən azad olunmuşdur. Həmçinin borclu Şəxs iş üzrə məhkəmənin hissə-hissə ödənilməyə dair qərarı olmamasına baxmayaraq özü istədiyi müddətdə xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 254 manat, xx.xx.2024-cü il tarixdə 219 manat, xx.xx.2025-ci il tarixdə 100 manat ödəniş etmiş, bu günə 1781 manat ödənilməmiş borc öhdəliyi qalmışdır. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, əvvəllər Xüsusi Müalicə Sağlamlıq Kompleksində tibb bacısı vəzifəsində işləyirdi və ona görə borc öhdəliyini hissə-hissə də olsa icra edə bilirdi. Təxminən bir ildir ki, işləmədiyinə görə icra sənədi üzrə borcunu maddi imkanı olmaması səbəbilə ödəyə bilmir. Hazırda işsizdir, iki azyaşlı uşağına və onkoloji xəstəliyi olan anasına baxır. Uşaqlarının atası ilə rəsmi nikahları yoxdur, həmin şəxs onunla yaşamır, uşaqların saxlanması üçün aylıq maddi köməklik edir. Həmin pulu da kirayə haqqına, uşaqların və anasının xərcinə sərf edir, çox çətinliklə dolanırlar. Əvvəllər hər ay tələbkara 100-200 manat ödənişlər etmişdir. Bu gün də kimdənsə pul tapıb İcra şöbəsində tələbkara 100 manat ödəniş etmişdir. Hazırda 1781 manat borcu qalmışdır, onu verməkdən boyun qaçırmır. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X10 çıxış edərək bildirmişdir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona olan borcunu ödəmir. Könülü qonşusu Qalya vasitəsilə tanımış, ona borc pul vermişdir. Sonuncu dəfə 2024-cü ilin noyabr ayında 100 manat və bu gün icra şöbəsində 100 manat ödəniş etmişdir. İcra sənədi 3 ildir ki, icra olunmur. Dəfələrlə ona müraciət etməsinə baxmayaraq borcunu ödəmir. Hazırda Şəxs ona 1781 manat borcu var. Qeyd olunanlara əsaslanaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 4200 manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 54 manatı iddiaçı X5 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6487/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş, onun tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir. “EMİS”dən əldə olunan şəxsi məlumatlardan çıxarışdan görünür ki, Şəxs xx.xx.2009cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il tarixli X4 adlı iki övladı var. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 200 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 150 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 100 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 200 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 250 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 300 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 500 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 254 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 219 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 200 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 100 manat ödəniş edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, borclu tərəfindən məhkəmə qətnaməsinin hazırkı vaxtadək icra edilməməsinin səbəb Şəxs maddi imkanının olmaması ilə əlaqədar olmuş, icra sənədini icra etməkdən boyun qaçırmaq kimi qərəzli hərəkətlərlə əlaqədar deyildir. Borclu bir ilə yaxındır ki, işləmir, lakin iş materiallarından görünür ki, işlədiyi vaxtlarda hissə-hissə də olsa tələbkar X6 4254 manat borcundan 2473 manatını vermişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş borc məbləğinin ödənilməsindən yayınmır, sadəcə borcu tam olaraq qaytarmaq üçün maddi imkana sahib deyildir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun işlədiyi müddətdə hər ay mütəmadi olaraq maddi imkanın yol verdiyi həddə ödənişlər etməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan və borclu Şəxs tərəfindən icra sənədinin üzrlü səbəblərdən icra edilməməsi halı mövcud olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-2281/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2281/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver