Məhkəmə qərarları › İş №3(005)-2284/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2284/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2284/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmnalı Pınar Zakir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş- Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi – X1, Şəxs ASC-nin nümayəndəsi X2 iştirakı ilə Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində İXM-nin 598.1.1 və 598.1.2-ci maddələri ilə tərtib edilmiş 23 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində İXM-nin 598.1.1 və 598.1.2-ci maddələri ilə tərtib edilmiş 23 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 1. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-də (Lizinq şirkəti) xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində aparılmış hərtərəfli yoxlama (xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasmdakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (ƏL/TMM) Qanunun 4.6.3-cü maddəsinə görə (anoloji tələb aşağıda göstərilən xətalar törədilən zaman qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) Qanunun 9.8-ci və 9.9-cu maddəsində göstərilmişdir) öhdəlik daşıyan şəxslər hüquqi şəxsin və xarici hüquq r təsisatın benefisiar mülkiyyətçisinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onun eyniləşdirilməsi və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası-üçün ağlabatan tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs olan 6 müştəriyə münasibətdə bu tələbə əməl edilməmiş, müştərilərin benefisiar mülkiyyətçüəri müəyyən edilməmiş və ya təsisçilərinin şəxsiyyət vəsiqələri əldə olunmamışdır.

2. "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 2.1.1.9-cu maddəsinə görə (anoloji tələb xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (PL/TMM) Qanunun 12.1-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurları təsdiq edilməlidir.Yoxlama zamanı müəyyən edilmişdir ki, Lizinq şirkətində qeyd edilən qayda və prosedurlar mövcud olmamışdır (Yoxlama haqqında hesabat, səh 9). Bununla yanaşı, ƏL/TMM Qanunun 10.1.2-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.8-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsmi həyata keçirməlidir. Yoxlama zamanı aşkar edilmişdir ki, Lizinq şirkətində məsul şəxsi əvəz edən şəxs yalnız xx.xx.2024-cü il tarixində təyin edilmiş və bu tarixədək təşkilatda məsul şəxsi əvəz edən şəxsin funksiyalarını icra edən əməkdaş müəyyən edilməmişdir. Bundan başqa, ƏL/TMM Qanunun 10.1.5-ci maddəsinə görə (anoloji tələb PL/TMM Qanunun 12.1.7-ci maddəsində də göstərilmişdir) öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırümasma və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasmda qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsinə dair tədbirlər görməlidirlər. Yoxlama zamanı müəyyən edilmişdir ki, yoxlanılan dövrdə Lizinq şirkətində ƏL/TMM üzrə daxili audit mexanizmi təşkil edilməmiş, həmin sahənin auditi həyata keçirilməmişdir. Bununla da Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 protokolu müdafiə edərək Şəxs ASC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi X4 tərtib edilmiş protokola etiraz edirək etirazı yazılı şəkildə məhkəməyə təqdim etmiş və bildirmişdir ki, İXM-nın 598.1.1-ci maddəsi ilə əhatə olunan və pozuntu müəyyən edilmiş 6 müştəri ilə əməliyyatlar Mərkəzi Bank tərəfindən hazırlanmışdır. Yoxlamanın nəticələrinə dair Aktda xx.xx.2020-xx.xx.2021-ci illər aralığında imzalanmış müqavilələr üzrə pozuntular aşkar etmişlər. Həmin müddətdə isə mövcud qanun yox idi. Bundan başqa qanunvericiliyin bu norması uzanan və ya davam edən inzibati xəta hesab edilmir, buna görə də protokol əsassız olaraq tərtib olunmuşdur. Etirazda göstərilənlərin nəzərə alınmasını və Mərkəzi Bankın Cəmiyyət barəsində tərtib etdiyi protokolun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankın baş direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində Şəxs ASC"-də (Lizinq Şirkəti) xx.xx.2023 — xx.xx.2024-cü il dövrlərini'əhatə etməklə aparılmış planlı-tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsi qiymətləndirilmişdir. Yoxlama zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (ƏL/TMM Qanunu) bəzi maddələrinin pozulması faktları aşkarlanmış və həmin faktlar yoxlama hesabatında əks etdirilmişdir. Yoxlama nəticəsində Lizinq Şirkəti tərəfindən ƏL/TMM Qanununun 4.4.4-cü, 4.6.3-cü, 7-ci, 10.1.2-ci, 10.1.5-ci və 21.7-ci maddələrinin tələblərinin pozulması halları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə monitorinqi departametini həyata keçirmiş olduğu - xx.xx.2023-xx.xx.2024-cü illəri əhatə edən yoxlamanın nəticəsindən aydın olur ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.1 və 598.1.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.6-cı maddəsinə əsasən müştərisi hüquqi şəxs və ya xarici hüquqi təsisat olan öhdəlik daşıyan şəxslər əlavə olaraq aşağıdakı müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər: 4.6.1. müştərilərin fəaliyyətinin xarakterinin, sahiblik, nəzarət və idarəetmə strukturunun müəyyən edilməsi; 4.6.2. adı, təşkilati-hüquqi forması, mövcudluğuna dair dəlillər, habelə təsis sənədləri, cari fəaliyyətinə rəhbərlik edən vəzifəli şəxslərin adları, hüquqi və faktiki ünvanına dair məlumat və sənədlər əsasında müştərilərin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumatlar, sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya edilməsi; 4.6.3. hüquqi şəxsin və xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onun eyniləşdirilməsi və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlərin görülməsi. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində tədbirləri (10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi.) görməlidirlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; İXM-nin 598.1.2-ci maddəsinə əsasən maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. İXM-nin 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs ASC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin tələblərini pozmuş, bununla da, Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs ASC-ninməsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və İXM-in 25.4-cü maddəsi nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəlləsinin 25.4-cü maddəsinə əsasən 50000 (əlli min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar